Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-7637/2025 18.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X1, iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş aidiyyat qaydaları pozulmaqla verildiyindən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarında göstərilir ki, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq qeyd edir ki, hazırkı iş məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, qanunvericilikdə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün 3 meyar nəzərdə tutulmuşdur ki, aidiyyət müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Həmin meyarlara subyekt tərkibi, mübahisənin predmeti, hüquq münasibətinin xarakter aiddir Məhkəmə hər bir meyarla bağlı aşağıdakıları qeyd edir. Subyekt tərkibi ilə bağlı məhkəmə qeyd edir ki, subyekt tərkibi dedikdə, barəsində mübahisə edilən hüquq münasibətinin iştirakçıları, yəni iddiaçı cavabdeh başa düşülür. İşin məhkəmə aidiyyəti müəyyən edilərkən baxılan mübahisənin sahibkarlıq fəaliyyəti həyata keçirib-keçirməməsi müəyyən edilməlidir. Bunun üçün iddiaçı və cavabdehin hər ikisinin sahibkarlıq fəaliyyəti keçirib-keçirməməsi müəyyən olunmalıdır. Belə ki, Ali Məhkəmə Plenumun qeyd olunana qərarında da göstərilmişdir ki, tərəflərdən yanlız birinin sahibkarlıq fəaliyyəti həyata keçirməsi işin kommersiya məhkəməsində baxılması üçün əsas deyildir. Hazırkı iş üzrə iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətidir və dövlət orqanı olsa da, baxılan mübahisə onun sahibkarlıq fəaliyyəti həyata keçirməsi ilə bağlıdır. Həmçinin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh də fərdi sahibkar olmaqla, bağlanmış olan müqavilə onun sahibkarlıq fəaliyyəti həyata keçirməsi ilə bağlıdır. Mübahisənin predmeti ilə bağlı qeyd edir ki, baxılan mübahisə müqavilədən irəli gələn öhdəliklə bağlıdır və həmin müqavilə icarə müqaviləsi olmaqla, tərəflərin hər ikisinin sahibkarlıq fəaliyyəti keçirməsi ilə əlaqədardır. Yekun olaraq, hüquq münasibətinin xarakteri ilə bağlı MPM-nin 1-ci maddəsinin qeydində göstərilmişdir ki, kommersiya mübahisəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olan mübahisələrdir. Hazırkı iş üzrə də bağlanan müqavilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmaqla, əsas məqsədi əmlakın istifadəsindən gəlir, mənfəət götürülməsidir. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, qeyd olunan meyarların hər üçü mövcud olduğuna görə iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyatı üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X3.
Məhkəmə qərarları › İş №e-2(008)-7637/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-7637/2025
18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver