Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-765/2024 12.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı "xxxx" ASC nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi əvəzində 8152,46 (səkkiz min yüz əlli iki manat, qırx altı qəpik) manat məbləğində vəsaitin, 101,52 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin "xxxx" ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** SB *** dövlət qeydiyyat nişanlı Nissan X-Trail markalı avtonəqliyyat vasitəsi ilə xx.xx.2021-ci il tarixli yol nəqliyyat hadisəsi nəticəsində piyada X4 vurmuş və piyada yolun əks istiqamətində hərəkətdə olan "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** AA *** dövlət qeydiyyat nişanlı BMW 740 markalı avtonəqliyyat vasitəsinin ön şüşəsinin üzərinə düşmüş və bununla da avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Hadisə ilə bağlı Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli 1(009)-93/2022 nömrəli hökmünə əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** AA *** dövlət qeydiyyat nişanlı BMW 740 markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** AA *** dövlət qeydiyyat nişanlı BMW 740 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 8152,46 (səkkiz min yüz əlli iki manat, qırx altı qəpik) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən sığortalı dəymiş zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmirə yönəldilmiş və 8152,46 (səkkiz min yüz əlli iki manat, qırx altı qəpik) manat məbləğində sığorta ödənişi avtomobilin təmiri üçün fərdi sahibkar X1 hesabına köçürülmüşdür. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan ** AA *** dövlət qeydiyyat nişanlı BMW 740 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 8152,46 (səkkiz min yüz əlli iki manat, qırx altı qəpik) manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilən xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, "xxxx" ASC tərəfindən 8152,46 (səkkiz min yüz əlli iki manat, qırx altı qəpik) manat məbləğində sığorta ödənişi avtomobilin təmiri üçün fərdi sahibkar X1 hesabına köçürülmüşdür. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş avtonəqliyyat vasitələrinin tam sığorta şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək dövlət qeydiyyat nişanı ** AA ***, markası BMW 740 olan avto nəqliyyat vaistəsi "xxxx" ASC-də icbari siğorta ilə sığortalanmışdır. İş materiallarında olan Təhvil-Təslim aktından surətindən görünür ki, 02 dekabr 2021-ci il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış ** AA *** dövlət qeydiyyat nişanlı BMW markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 8152,46 manat zərər məbləği müqabilində təmir olunaraq səlahiyyətli şəxsə təhvil verilmiş və əvəzində həmin şəxs öz növbəsində onu qüsur və çatışmamazlıqlar müəyyən olunmadan saz vəziyyətdə təhvil almışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli ***-*******15 nömrəli arayışdan görünür ki, Cavabdeh idarə etdiyi, özünə məxsus Nissan X-Trail minik markalı, **-SB-*** qeydiyyat nişanlı avtomobillə 02 dekabr 2021-ci il tarixdə saat 07:09 radələrində Bakı-Qazax yolu ilə Qazax istiqamətində hərəkətdə olaraq yolun “Bibiheybət” məscidinin yanından keçərkən yolu sağdan sola doğru keçən piyada X4 ehtiyyatsızlıqdan vurmuş, sonuncu yolun əks istiqaməti ilə mərkəzə doğru hərəkətdə olan X2 idarə etdiyi “Neft şirkətinə” məxsus BMV 740 minik markalı, **-AA-*** qeydiyyat nişanlı avtomobilinin alın şüşəsinə dəyərək yolun kənarına düşüb hadisə yerində ölmüşdür. İstintaq zərurəti aradan qalxdığından “BMV 740 li minik” markalı, 10-AA- 659 dövlət qeydiyyat nişanlı avtomobilin istənilən ünvana nəql edilməsinə və təmir edilməsinə icazə verilmişdir. İş materiallarında olan 02 dekabr 2021-ci il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakt üzrə toplanmış materiallarda Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin tərkib əlamətləri olduğundan fakt üzrə həmin maddə ilə cinayət işi başlanması və icraatına qəbul edilib ibtidai istintaqı aparılması qərara almışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi, polis polkovnik-leytenantı cənab Röyal Hümbətova göndərdiyi 01 mart 2022-ci il tarixli 8/343 nömrəli rəyindən görünür ki, İstintaq tərəfindən verilən məlumatlara əsasən, Nissan X-Trail markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. BMW 740 markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısını almağa texniki imkanı olmamışdır və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1, 25.1.3, 25.1.8-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.8-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır. İcbari Sığorta Haqqında Azərbaycan Respublikası qanununu 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən idarə olunan ** SB *** dövlət qeydiyyat nişanlı Nissan X-Trail markalı avtonəqliyyat vasitəsi ilə xx.xx.2021-ci il tarixli yol nəqliyyat hadisəsi nəticəsində piyada X4 vurmuş və piyada yolun əks istiqamətində hərəkətdə olan "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** AA *** dövlət qeydiyyat nişanlı BMW 740 markalı avtonəqliyyat vasitəsinin ön şüşəsinin üzərinə düşmüş və bununla da avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Hadisə ilə bağlı Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli 1(009)-93/2022 nömrəli hökmünə əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** AA *** dövlət qeydiyyat nişanlı BMW 740 markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** AA *** dövlət qeydiyyat nişanlı BMW 740 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 8152,46 (səkkiz min yüz əlli iki manat, qırx altı qəpik) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən sığortalı dəymiş zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmirə yönəldilmiş və 8152,46 (səkkiz min yüz əlli iki manat, qırx altı qəpik) manat məbləğində sığorta ödənişi avtomobilin təmiri üçün fərdi sahibkar X1 hesabına köçürülmüşdür. İddiaçı subroqasiya hüququnun yarandığına istinad edir və cavabdehdən bu əsasla qalan 8152,46 manatı geri tələb edir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, 8152,46 (səkkiz min yüz əlli iki manat, qırx altı qəpik) manat sığorta ödənişinin, ödənilmiş 101,52 (bir yüz bir manat, əlli iki qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, 8152,46 (səkkiz min yüz əlli iki manat, qırx altı qəpik) manat sığorta ödənişinin, ödənilmiş 101,52 (bir yüz bir manat, əlli iki qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-765/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-765/2024
12.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver