Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-766/2023 17.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qaşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı əmlaka “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı vurulmuş maddi ziyanın, yəni 2149 (iki min yüz qırx doqquz) manat pul vəsaitinin və 41,49 (qırx bir manat 49 qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərmanov rayonu, Z.Bünyadov prospektində “Mercedes Benz C200 minik” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, onun idarə etdiyi “Mercedes Benz C 230 minik ” markalı ** NS *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə ona maddi ziyan yetirmişdir. Qeyd edilən hadisə ilə əlaqədar Cavabdeh barəsində xx.xx.2022-ci il tarixdə Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə TP ******* sayı inzibati xəta haqqında protokol tərtib edilmiş və iş üzrə TP ******* saylı X4 haqqında elektron qərar qəbul edilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus “Mercedes Benz C 230 minik ” markalı, ** NS *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər məbləğinin müəyyən edilməsi müstəqil ekspert X3 tərəfindən həyata keçirilmiş və tərtib edilən xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən, avtomobilə dəymiş zərər 2149 (iki min yüz qırx doqquz) manat məbləğində müəyyən olunmuşdur. Hadisə baş verən zaman cavabdeh tərəfindən idarə edilən “Mercedes Benz C200 minik” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası olmamışdır. İddiasını qanuni və əsaslı sayaraq hesab edir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ‘‘Mercedes Benz C 230 minik “ markalı ** NS *** dövlət nömrə nişanlı avtomobilinə dəymiş 2149 (iki min yüz qırx doqquz) manat məbləğində maddi ziyan və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 41,49 (qırx bir manat 49 qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq ona, yəni İddiaçı ödənilməlidir. Cavabdehə maddi ziyanın ödənilməsi məqsədilə dəfələrlələ görüş təklif edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, X4 haqqında TP ******* nömrəli Qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15.40 radələrində Nərimanov rayonu, Ziya Bünyadov prospektində baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh xx.xx.2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsin törədilməsində təqsirli hesab edilmiş və İXM-nin 327.1-ci maddəsi ilə “40” manat məbləğində cərimə edilmişdir. İnzibati Xəta haqqında İXP-nin ******* nömrəli protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsəi zamanı İddiaçı məxsus avtomobillə toquşmuş və Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədərək barəsində protokol tərtib edilmişdir. Nəqliyyat Vasitəsinin AD nömrəli 315843 nömrəli Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, X1 ** RA *** dövlət qeydiyyat nişanlı, Mercedes Benz C200 minik markalı avtomobilin mülkiyyətçisidir. xx.xx.2022-ci il tarixli ƏN-Vİİİ 172831 nömrəli etibarnəmənin surətindən görünür ki, X2 öz xüsusi mülkiyyətində olan RA 843 dövlət qeydiyyat nişanlı, Mercedes Benz C200 minik markalı avtomobilini idarə etmək və s hərəkərlərin edilməsi üzrə 10 ay 30 gün müddətinə Cavabdeh etibarnamə vermişdir. Dəymiş ziaynın hesablanmasına dair arayışdan görünür ki, Mercedes Benz C 230 markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtomobilə 2149 manat maddi ziyan dəymişdir. Nəqliyyat Vasitəsinin AD nömrəli 069186 nömrəli Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı ** NS *** dövlət qeydiyyat nişanlı, Mercedes Benz 230 minik markalı avtomobilin mülkiyyətçisidir. İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə arayışdan görünür ki, Mercedes Benz C200 minik markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2022-ci il tarixdə icbari siğortası olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin xx.xx.2023-cü il tarixli, 9/368 nömrəli ekspertiza rəyindən görünür ki,xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1998-ci il buraxılışlı “Mercedes Benz C230” markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1839 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 41.49 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə məhkəmə araşdırılması zamanı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin xx.xx.2023-cü il tarixli, 9/368 nömrəli ekspertiza rəyindən də müəyyən edilir ki, caavbdeh Cavabdeh 30 avqust 2022-ci il tarixində təxminən saat 15:40 radələrində Bakı şəhəri, Nərmanov rayonu, Z.Bünyadov prospektində “Mercedes Benz C200 minik” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, iddiaçıya məxsus “Mercedes Benz 230 minik ” markalı ** NS *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə ona zərər yetirmişdir. İddiaçı qeyd edilən hadisə zamanı ona məxsus olan avtomobilə 2149 manat məbləğində zərər yetirilmiş olduğunu bildirsə də, məhkəmə tərəfindən təyin edilmiş eksperizanın rəyindən görünür ki, hadisə zamanı iddiaçıya məxsusu olan avtomobilə 1839 manat zərər deymişdir. Hadisənin törədilməsində təqsirli olan şəxsin idarə etdiyi avtomobilin hadisə törədilən tarixı icbari siğortası mövcud olmadığından, zərər dəymiş avtomobilin mülkiyyətçisinə dəymiş ziyan ödənmədiyindən, iddiaçı məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 1839 (bir min səkkiz yüz otuz doqquz) manat maddi ziyanın tutularaq İddiaçı ödənməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 38.39 manat dövlət rüsum Cavabdeh alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 1839 (bir min səkkiz yüz otuz doqquz) manat maddi ziyanın və 38.39 (otuz səkkiz manat, otuz doqquz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-766/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-766/2023
17.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver