Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-788/2024 05.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin nümayəndəsi Mirzəzadə Şəbnəm Çingiz qızının iştirakı ilə, İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” barədə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, **********75 nömrəli tam kart müqaviləsinə əsasən, nağd kredit borcu üzrə 893.81 manat əsas borc, 15.66 manat faiz borcunun və kart üzrə 199.54 manat əsas borc 10.87 manat faiz borcu olmaqla, ümumilikdə 1119.88 manat məbləğində pul vəsaitin, həmçinin ödənilmiş 31.20 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********75 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla, 1100 manat məbləğində nağd kredit verilmişdir. Həmçinin, "xxxx" ASC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli **********75 nömrəli kredit müqaviləsinə əsasən, X4 illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 300 manat məbləğində kart limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 3 saylı “Asan Xidmət” mərkəzi Notariat ofisi tərəfindən verilən məlumata əsasən, mərhum X3 xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış və Cavabdeh xx.xx.2023-cü il tarixdə, 2V/48 reyestr nömrəli “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. İş materiallarında olan maliyyə arayışına əsasən X3 xx.xx.2020-ci il tarixli BPM**********75 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit borcu üzrə ödənilməmiş 893.81 manat əsas borc, 15.66 manat faiz borcu olmaqla, cəmi 909.47 manat borcu yaranmışdır. Eyni zamanda X3 xx.xx.2020-ci il tarixli BPM**********75 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən, kart borcu üzrə Banka ödənilməmiş 199.54 manat əsas borc, 10.87 manat faiz borcu olmaqla, cəmi 210.41 manat borcu qalmışdır. Cavabdeh X3 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Hazırki mübahisə üzrə iddia qiyməti 1119.88 manat olduğundan, tərəflərindən 31.20 manat dövlət rüsumu və 0.40 manat xidməti haqqı ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2020ci il tarixli BPM**********75 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla 1100 manat məbləğində nağd kredit verilmişdir. Həmçinin "xxxx" ASC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli **********75 nömrəli kredit müqaviləsinə əsasən, X4 illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 300 manat məbləğində kart limiti ayrılmışdır. İş materiallarında olan Nizami filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X3 xx.xx.2020-ci il tarixli BPM**********75 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, Banka ödənilməmiş 893.81 manat əsas borc, 15.66 manat faiz borcu olmaqla, cəmi 909.47 manat borcu yaranmışdır. Eyni zamanda X3 xx.xx.2020-ci il tarixli BPM**********75 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən, kart borcu üzrə Banka ödənilməmiş 199.54 manat əsas borc, 10.87 manat faiz borcu olmaqla, cəmi 210.41 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş 28 mart 2023-cü il tarixli, 6-2-22/2-8171/2023 nömrəli nömrəli bildirişin surətindən görünür ki, Cavabdeh Ərşad qızından borca görə üzrə öhdəliklərin icrasının həyata keçirməsi qanunla müəyyən olunmuş qaydada tələb olunmuşdur. Müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciyət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş 257810 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş 3 saylı “Asan xidmət” mərkəzi notariat ofisi tərəfindən verilmiş 421 nömrəli məktubdan görünür ki, Cavabdeh Ərşad qızına 3 saylı “Asan xidmət” mərkəzinin notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və o xx.xx.2023-cü il tarixində, 2 V/48 reyestr “Vərəsəlik hüququ haqqında şəhadətnamə” qanun üzrə vərəsə kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 31,20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli Plenum Qərarına əsasən Plenum hesab edir ki, kreditorun borcun ipoteka predmetinə yönəldilməsini tələb edə bilməsi üçün, ilk öncə, borclunun, onun ölümü halında isə vərəsələrinin icra vaxtı çatmış öhdəliyi pozması, yəni öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Bu baş verdiyi halda ipoteka qoyana qarşı ipoteka müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı müqavilə üzrə tərəflər arasında nəzərdə tutulmuş öhdəlikləri tam olaraq yerinə yetirmiş, lakin müqavilənin digər tərəfi olan Cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Cavabdeh nağd kredit üzrə xx.xx.2020-ci il tarixli **********75 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit borcu üzrə, 893,81 (səkkiz yüz doxsan üç manat, səksən bir qəpik) manat əsas borc, 15,66 (on beş manat, altmış altı qəpik) manat faiz borcu olmaqla, cəmi 909,47 (doqquz yüz doqquz manat, qırx yeddi qəpik) manat borc, kart limiti üzrə 199,54 (yüz doxsan doqquz manat, əlli dörd qəpik) manat əsas borc, 10,87 (on manat, səksən yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 1119,88 (min yüz on doqquz manat, səksən səkkiz qəpik) manat borcunun, və ödənilmiş 31,20 (otuz bir manat, iyirmi qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh nağd kredit üzrə xx.xx.2020-ci il tarixli **********75 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit borcu üzrə 893,81 (səkkiz yüz doxsan üç manat, səksən bir qəpik) manat əsas borc, 15,66 (on beş manat, altmış altı qəpik) manat faiz borcu olmaqla, cəmi 909,47 (doqquz yüz doqquz manat, qırx yeddi qəpik) manat borc, kart limiti üzrə 199,54 (yüz doxsan doqquz manat, əlli dörd qəpik) manat əsas borc, 10,87 (on manat, səksən yeddi qəpik) manat faiz borcu olmaqla cəmi 1119,88 (min yüz on doqquz manat, səksən səkkiz qəpik) manat borcunun və ödənilmiş 31,20 (otuz bir manat, iyirmi qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-788/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-788/2024
05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver