Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-802/2024 21.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən akt üzrə yaranmış borca görə 12.374,50 manat, debitor borca görə 634,12 manat və dövlət rüsumuna görə 129,03 manat olmaqla, cəmi 13.137,65 manat məbləğində pul vəsaitinin məcburi qaydada tutularaq, iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixində 11/6260 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı abonentə yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı Bakı X6 Departamenti tərəfindən **********20000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 327,30 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 362,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1004 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 241,20 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 8812,80 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1342,08 manat olmaqla, cəmi 12.374,50 manat məbləğində İddiaçınə maddi zərərin dəydiyi müəyyən olunmuşdur. Bildirilir ki, cavabdehin ödənilməmiş 2013-cü il qalıq 184,34 manat sərfiiyat borcu, 2020-ci ilin mart-dekabr ayları üzrə 297 manat sərfiyyat borcu və limitdən əlavə 24,50 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 99,94 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 95,04 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-sentyabr ayları üzrə 69,60 manat sərfiyyat borcu, cəmi 770,42 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin mart ayından 2023-cü ilin oktyabr ayına qədər cavabdeh 136,30 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə, cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 634,12 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçınə ödənilməli borc məbləği hazırda Abonentin saldo üzrə ümumi 13.008,62 manat təşkil edir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində, vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, 2016-2018-ci illərdə qaz xəttinə qeyri-qanuni qoşulma olmuşdur. 2023-cü ilin fevral ayında da qısa müddətli qanunsuz qoşulma halına yol versə də, hesablanmış zərər məbləği həddən artıq yüksəkdir. 2023-cü ilin oktyabr ayında isə, qanunsuz qoşulma baş verməmişdir. Həmçinin yaranmış 634,12 manat debitor borcu qəbul edir. Cavabdeh maddi vəziyyətini nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. - Təbii X4nın pozulması haqqında xx.xx.2016-cı il tarixli aktdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ünvan 2 ünvanında iddiaçı X1 məxsus evə baxış keçirilərkən abonet kodu **********20000 olan abonentin abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat , qış ayları üçün orta günlük iş rejimi 8 saat və hesabat müddəti 74 gün, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 16 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat , orta günlük iş rejimi 24 saat və hesabat müddəti 74 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 3273 m3 itki hesablanmışdır. - Təbii X4nın pozulması haqqında xx.xx.2017-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ünvan 2 ünvanında istehlakçı X1 məxsus evə baxış keçirilərkən abonet kodu **********20000 olan abonentin abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat , orta günlük iş rejimi 18 saat və hesabat müddəti 72 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1814 m3 itki hesablanmışdır. - Təbii X4nın pozulması haqqında xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ünvan 2 ünvanında istehlakçı X1 məxsus evə baxış keçirilərkən abonet kodu **********20000 olan abonentin abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 2.5 m3/saat , yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 88 gün, qış ayları üçün orta günlük iş rejimi 18 saat və hesabat müddəti 92 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 5020 m3 itki hesablanmışdır. - Təbii X4nın pozulması haqqında xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ünvan 2 ünvanında istehlakçı X1 məxsus evə baxış keçirilərkən abonet kodu **********20000 olan abonentin abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat , orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat , orta günlük iş rejimi 10 saat və hesabat müddəti 30 gün, dəmir peçin maksimal saatlıq qaz sərfi 1.4 m3/saat , orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1422 m3 itki hesablanmışdır. - Təbii X4nın pozulması haqqında xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ünvan 2 ünvanında istehlakçı X1 məxsus evə baxış keçirilərkən abonet kodu **********20000 olan abonentin abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1206 m3 itki hesablanmışdır. - Təbii X4nın pozulması haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ünvan 2 ünvanında istehlakçı X1 məxsus evə baxış keçirilərkən abonet kodu **********20000 olan abonentin abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, iran sobanın maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 73440 m3 itki hesablanmışdır. - Təbii X4nın pozulması haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ünvan 2 ünvanında istehlakçı X1 məxsus evə baxış keçirilərkən abonet kodu **********20000 olan abonentin abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3 , orta günlük iş rejimi 12 saat və hesabat müddəti 233 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 11184 m3 itki hesablanmışdır. - Abonentin saldosundan görünür ki, cavabdehin ödənilməmiş 2013-cü il qalıq 184,34 manat sərfiiyat borcu, 2020-ci ilin mart-dekabr ayları üzrə 297 manat sərfiyyat borcu və limitdən əlavə 24,50 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 99,94 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 95,04 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-sentyabr ayları üzrə 69,60 manat sərfiyyat borcu, cəmi 770,42 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin mart ayından 2023-cü ilin oktyabr ayına qədər cavabdeh 136,30 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 634,12 manat borcu (debitor borc) da qalmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X4” Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz xəttindən qanunsuz qoşulma halının mövcud olması iş materiallarında olan sübutlardan əlavə, cavabdehin etirafı ilə də öz təsdiqini tapır. tərtib edilmiş xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli aktlar üzrə zərər məbləği cavabdehdən tam şəkildə tələb edilməlidir. Məhkəmə hesab edir ki, sayğacdan kənar qaz xəttindən istifadəyə görə borcun məbləği artıq hesablandığından, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə orta günlük iş rejimi 24 saat deyil, 12 saat, hesabat müddəti isə 360 gün deyil, 30 gün qəbul edilməlidir. Belə olan halda, itirilmiş qazın bərpası 1.2x12x30=432m3, 3x12x30=1080m3, 2x1.4x12x30=1008m3, 1.5x12x30=540 m3 olmaqla, cəmi 3060 m3 hesablanmalıdır və alınan rəqəm Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0.12 qəpiyə vurulmalıdır. Bu zaman cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərin 367,20 manat məbləğində olması müəyyən edilir. Məhkəmə hesab edir ki, sayğacdan kənar qaz xəttindən istifadəyə görə tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən hesablanmış borcla bağlı sübutlar yetərli olmadığından, iddia tələbi həmin akt üzrə borcun tutulması hissəsində təmin edilə bilməz. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən – cavabdehdən vurulmuş 2586,90 manat maddi ziyan, cavabdeh tərəfindən istehlak edilmiş, lakin əvəzi ödənilməmiş qaz sərfiyyatına görə 634,12 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 129,03 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, 129,03 manat məbləğində dövlət rüsumunun 52,01 manat hissəsi Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2586,90 (iki min beş yüz səksən altı manat, doxsan qəpik) manat məbləğində maddi ziyan, 634,12 (altı yüz otuz dörd manat, on iki qəpik) manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış borc olmaqla, cəmi 3201,02 (üç min iki yüz bir manat, iki qəpik) manat məbləğində pul vəsaiti və 52,01 (əlli iki manat bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-802/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-802/2024
21.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver