Məhkəmə qərarları › İş №e-2(008)-808/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-808/2025

12.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-808/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Astararayon məhkəməsinin 2(018)-524/2021 №-li xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləğinin artırılaraq, tərəflərin övladları - xx.xx.2007-ci il tarixdə doğulmuş X3, xx.xx.2009-cu il tarixdə doğulmuş X5 və xx.xx.2013-cü tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmisi 705 manat məbləğində alimentin və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı və Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, xx.xx.2007-ci il tarixdə X3, xx.xx.2009-cu il tarixdə X5 və xx.xx.2013-cü tarixdə X6 adlı doğulmuş, nikahlarına xx.xx.2023-cü il tarixdi xitam verilmişdir. Astara rayon məhkəməsinin 2(018)-524/2021 №-li xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixdən hesablanmaqla, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay hər uşağa görə 100 manat, cəmi 300 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda uşaqlar üçün yaşayış minimumu 235 manatdır. Təyin edilmiş aliment uşaqların saxlanmasına kifayət etmir, aliment artırılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini bildirdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki işin icraatına xitam verilməlidir. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı ilə cavabdehin nikah münasibətlərindən yetkinlik yaşına çatmamış üç uşaqlraı var: xx.xx.2007-ci il tarixdə doğulmuş X3, xx.xx.2009-cu il tarixdə doğulmuş X5, xx.xx.2013-cü tarixdə doğulmuş X6 (Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələri, məhkəmə qətnaməsi). Astara rayon məhkəməsinin 2(018)-524/2021 №-li xx.xx.2021-ci il tarixli qətnaməsilə Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay hər uşağa görə 100 manat, cəmi 300 manat olmaqla sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Tərəflərin nikahlarına xx.xx.2023-cü il tarixdə xitam verilmişdir (AZ-İ seriyalı 429545 №-li nikahın pozulması haqqında şəhadətnamə). Elektron məhkəmə sistemindən iddiaçının iki yerdə tibb bacısı işlədiyi və cəmi 986 manat məbləğində əmək haqqı aldığı müəyyən edilmiş, cavabdehin əmək müqaviləsi və əmlakı barədə məlumat aşkar edilməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35,5 kv metr olan mənzili iddiaçıya bağışlamışldır. Cavabdehin ikinci evlilikdən iki uşağı var: xx.xx.2023-cü il tarixdə doğulmuş X7 xx.xx.2024-cü il tarixdə doğulmuş X4 (AZ-İV № 912101 və AZ-V № 029687 doğum haqqında şəhadətnamələr). Hazırda iddiaçı alimentin məbləğinin 100 manatdan hər uşaq üçün hər ay 235 manata artırılmasını istəyir. Məhkəmə, iş materiallarını araşdıraraq aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə əsasən baxılmalı olduğundan iş üzrə icraat xitam verilməlidir. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4cü bəndinə aşağıdakı məzmunda 8.4-3-cü yarımbənd əlavə edilmişdir: «Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1 -ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” Hazırki iddiadan göründüyü kimi, iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanır və iddianın mahiyyəti indeksasiya xarakteri daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 261.0, 261.0.1-ci maddələrinə əsasən işə məhkəmədə və ya mülki icrat qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraat xitam verir. Həmin Məcəllənin 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə uyğun ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə uyğun ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar