Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-8280/2025 25.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəliyev Ruslan Əsəd oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2022-ci il tarixli AL/05069/88/4 nömrəli müqaviləyə əsasən 178.42 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASCnə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirdərək məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdə cavabdehin Sabunçu rayonu ərazisində yaşaması barədə heç bir sübut əlavə etməmişdir. CMS – “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə olunan məlumata əsasən cavabdeh kimi göstərilmiş şəxslərdən:
1. xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh4 rəsmi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov küçəsi, ev 41-dir;
2. xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh2 rəsmi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Sülh küçəsi, ev 1 mənzil 220-dir;
3. xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh1 rəsmi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Sülh küçəsi, ev 1 mənzil 220-dir;
4. xx.xx.2020-ci il təvəllüdlü Cavabdeh3 rəsmi ünvanı ünvan 4 Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Müəyyən edilir ki, cavabdehlərdən Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 yetkinlik yaşına çatmayan uşaqlardır və onların yaşayış yerləri qüvvədə olan qanunvericiliyə görə valideynlərinin yaşayış yeri sayılır. Cavabdeh4 isə rəsmi ünvanı ünvan 5i ərazisinə aiddir. Ona görə də hazırkı iddia ərizəsinə Sabunçu Rayon Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-ci maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263- 264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu büdcədən İddiaçı ASC-yə geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ruslan Mirzəliyev