Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-8284/2025 14.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlu, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 1274.4 manat əsas, 171.97 manat faiz, 42.66 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 1489.03 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 34.90 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddiadan iddia ərizəsi və sənədlərin, habelə ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin: 152.1.-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.9. iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbz əsasında 34.90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iş üzrə ödənilmiş 34.90 manat dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizə təmin edilsin. İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş materiallar iddiaçıya geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbz əsasında ödənilmiş 34.90 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Fuad Babaşov
Məhkəmə qərarları › İş №e-2(008)-8284/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-8284/2025
14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver