Məhkəmə qərarları › İş №e-2(008)-835/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-835/2024

06.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-835/2024 06.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi İddiaçı İB-nin nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, İddiaçı İB Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 5896,60 (beş min səkkiz yüz doxsan altı manat, altmış qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 1623,01 (min altı yüz iyirmi üç manat, bir qəpik) manat və 95,20 (doxsan beş manat, iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 7614,81 (yeddi min altı yüz on dörd manat, səksən bir qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq, İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (İBAN: AZ50İBAZ********************, SWİFT:İBAZA2X, Alan Bankın müxbir hesab: AZ03NABZ********************, Alan Bankın kodu: 805153, Bankın VÖEN: **********, Müştəri VÖEN: **********) hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci il tarixində AKX-00426xx/xx-2018 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 486 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 853,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 198 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 187 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 1188 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 396 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 396 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 396 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 194,40 manat olmaqla cəmi 5896,60 (beş min səkkiz yüz doxsan altı manat, altmış qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2020-ci ilin apreldekabr ayları üzrə 58,10 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 256,04 manat sərfiyyat borcu və limitdən əlavə 34,88 manat sərfiyyat borcu, 2022-ci ilin yanvardekabr ayları üzrə 626,75 manat sərfiyyat borcu və limitdən əlavə 48,50 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-oktyabr ayları üzrə 641,52 manat sərfiyyat borcu və limitdən əlavə 56,48 manat sərfiyyat borcu, cəmi 1722,27 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin aprel ayından 2023-cü ilin oktyabr ayına qədər cavabdeh 99,26 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 1623,01 (min altı yüz iyirmi üç manat, bir qəpik) manat borcu (debitor borc) qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO və Gazrep üzrə ümumi 7519,61 (yeddi min beş yüz on doqquz manat, altmış bir qəpik) manat təşkil etməkdədir. Məhkəmə iclasında iştirak edən İddiaçı İB-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, 2018-ci ilin noyabrın 30-da sayğaca müdaxilə ilə bağlı akt tərtib edildiyini, digər aktların isə sayğacdan kənar qeyri-qanuni qoşulma ilə bağlı olduğunu, aktlar üzrə 5896.60 manat dəymiş ziyan hesablandığını, həmçinin 2020-ci ilin aprel ayından iddia qaldırılan tarixə 1623.01 manat debitor borcu yarandığını bildirmiş və ümumilikdə 7614.81 manat borcun tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək, debitor borcunun olduğunu və bunu da tez bir zamanda ödəyəcəyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə təbii X2nın pozulması haqqında qeyd edilən aktlar əsasında hesablanmış ziyan məbləğini qismən əsaslı hesab edir. Belə ki, iş materiallrında olan xx.xx.2018-ci il tarixli ******* nömrəli akt sayğaca müdaxilə ilə bağlı tərtib olunduğundan, sayğacın klapanı işlək olmaması cavabdehin təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığı üçün, İddiaçı İB tərəfindən tərtib edilmiş təbii X2nın pozulması haqqında ******* nömrəli, xx.xx.2018-ci il tarixli akta əsasən **********10000 nömrəli abonent Cavabdeh qanunsuz olaraq hesablanmış 486 manat borc silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* nömrəli təbii X2nın pozulması haqqında aktın sürətindən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 10 saat və hesabat müddəti 180 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1.2x6x180=1296 m3 1.5x10x180=2700 m3 1.4x18x180=4536 m3 hesablanmışdır. Məhkəmə aparılmış hesabatı əsaslı hesab etməyərək, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün kimi, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 10 saat və hesabat müddəti 90 gün kimi, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalı, 1.2 x 6 x 90 x 0,12 = 77,76 manat, 1.5 x 10 x 90 x 0,12 = 162 manat, 1.4 x 12 x 90 x 0,12 = 181,44 manat olmaqla cəmi 421,20 manat ziyan məbləğini əsaslı hesab edir. İş materiallarında olan digər aktlər məhkəmə tərəfindən qanuni və əsaslı hesab edilmir. Belə ki, qeyd olunan aktlar sayğacdan kənar qeyri qanuni qoşulma halları ilə bağlı olsa da, qeyri qanuni qoşulma hallarının təstiqi ilə bağlı aktlara əlavə edilmiş foto şəkillərə diqqət edən zaman bütün fotoşəkillərin xx.xx.2021-ci il tarixdə çəkilməsi özü-özlüyündə bu aktların həqiqiliyini şübhə altına salır. Belə qənaətə gəlinir ki, İddiaçı İB nümayəndələri tərəfindən qeyd olunan ünvana baxış keçirilmədən hər ay eyni ünvana aktlar tərtib edilmiş və bütün aktlara da çəkiliş tarixi xx.xx.2021-ci il tarixini əks etdirən fotoşəkillər əlavə edilmişdir. Həmçinin iş materiallarında olan abonentin saldosundan da göründüyü kimi cavabdehin 1623,01 (min altı yüz iyirmi üç manat, bir qəpik) manat debitor borcunun olması işin mübahisəsiz halıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh dəymiş ziyan olaraq 421,20 (dörd yüz iyirmi bir manat, iyirmi qəpik) manat dəymiş ziyan, 1623,01 (min altı yüz iyirmi üç manat, bir qəpik) debitor borc cəmi 2044,21 (iki min qırx dörd manat, iyirmi bir qəpik) borc və 40,44 (qırx manat, qırx dörd qəpik) manat dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulmalı, tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş ziyan olaraq 421,20 (dörd yüz iyirmi bir manat, iyirmi qəpik qəpik) manat, 1623,01 (min altı yüz iyirmi üç manat, bir qəpik) debitor borc olmaqla, cəmi 2044,21 (iki min qırx dörd manat, iyirmi bir qəpik) borc və 40,44 (qırx manat, qırx dörd qəpik) manat dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar