Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-852/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı Mı̇ rzəyeva Amalya Abbas qızının və onun nümayəndəsi X3, ilk iddia üzrə cavabdeh Əlı̇ yeva Səı̇ də Şı̇ rəli qızının və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlk iddia üzrə iddiaçı Mı̇ rzəyeva Amalya Abbas qızının cavabdeh Əlı̇ yeva Səı̇ də Şı̇ rəli qızına qarşı maneənin aradan qaldırılması tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı tikilinin sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı Mı̇ rzəyeva Amalya Abbas qızı cavabdeh Əlı̇ yeva Səı̇ də Şı̇ rəli qızına qarşı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya və ailə üzvlərinə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində həyata keçirilən təmir-bərpa işlərinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və ailə üzvləri 1985-ci ildən göstərilən ünvanda - ünvan 2 yaşayış evi iddiaçının mərhum həyat yoldaşı X1 məxsus olmuşdur. Uzun illərdir ki, yuxarıda göstərilən ev onların xüsusi mülkiyyətlərindədir. Bu ünvanda ailə üzvləri ilə birgə yaşayırlar. Yaşadıqları yaşayış evi köhnə tikili olduğu üçün başqa yaşayış sahəsi olmadığına görə təmir-bərpa görülməsinə ehtiyac yaranmışdır. Bununla əlaqədar xüsusi mülkiyyətdə təmir-bərpa işlərinə başlamaq qərarına gəlmişlər. Son günlər hava şəraitinin pisləşməsi, leysan yağışlar yağması nəticəsində evə xeyli su dammış və ziyan dəymişdir. Ona görə də yaşayış evinin təmir bərpa işlərini başlamaq məcburiyyətində qalmışlar. Bu təmir- bərpa işlərinin görülməsi yaşayış evinin dam örtüyünün təzələnməsi və bərpası zəruriyyəti yaratdı. Təmir bərpa işlərinə başladıqdan sonra Cavabdeh iddiaçının gördüyü təmir-bərpa işlərinə narazılığını bildirdi. Belə ki, o, dam örtüyünün yenilənməsinin onun yaşayış evinə guya müdaxilə və təsir edəcəyini bəhanə gətirərək, yaşayış evinin bərpasının aparılmasına maneçilik törətməyə başladı. Cavabdehin maneələri ondan ibarətdir ki, o heç bir əsas olmadan bildirir ki, dam örtüyü yenilənərsə, onun yaşayış evinin həyətinə və torpaq sahəsinə su töküləcəkdir. Hansı ki, iddiaçının apardığı təmir bərpa işləri hər hansı bir narahatçılıq yaratmır. Belə olduğu halda cavabdeh süni olaraq səs-küy yaradaraq, təmir-bərpa işləri görən ustaları qovur, onlara hədə-qorxu gəlir, görəcəkləri işlərin qarşısını alır və müxtəlif üsullarla işləri görməyə imkan vermir. Cavabdeh bir neçə dəfə Sabunçu rayon İcra Hakimiyyətinə və Sabunçu rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinə şikayətlər edərək əsassız maneələr yaradır. İddiaçı isə yaşadıqları evin təmir bərpa işlərinə ehtiyac duyur. Mülkiyyətçi kimi öz hüquqlarını həyata keçirmək istəyir. Hər hansı qanunsuz bir iş görmür. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı qanunsuz tikilmiş tikintinin öz hesabına sökülməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadıqları ev onların ata-baba yurdudur və ata, babaları bu evdə doğulub yaşayıblar. Hal-hazırda ataları X9 ağır şəkər xəstəsi olduğu üçün qonşu X5 tərəfindən məruz qaldığı haqsızlıq və qeyri-qanuni hərəkətlərdir. 2019-cu il pandemiya başlayarkən Azərbaycan vətəndaşları ölüm hayında olarkən qonşu X5 yaşadıqları birmərtəbəli evin üzərində daha iki mərtəbə tikərək onların yaşadığı evin təbii işıqlandırmasını kəsmiş, apardıqları qeyri-qanuni tikinti işləri ilə onların normal yaşamaq hüquqlarını pozmuş, mənəvi-psixoloji təsirlərə məruz qoymuşdur. Bütün bunlar haqqında DİN-ə, AR FHN-ə, Bakı ŞİH-nə ərizələrlə müraciət edilsə də, hələlik bir nəticə olmamışdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı Mı̇ rzəyeva Amalya Abbas qızının nümayəndəsi X8 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması, qarşlıqlı iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh Əlı̇ yeva Səı̇ də Şı̇ rəli qızının nümayəndəsi və vəkili Vəkil, qarşılıqlı iddia ərizəsini məzmununa uyğun ifadə verərək ilk iddia tələbinin rədd olunması, qarşılıqlı iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilmsini xahiş etmişdir. O, bildirdi ki, qarşılıqlı iddia üzrə cavabdehin tikinti aparmağa icazəsi olmadığına görə tikinti dayandırılmalıdır. İş materiallarında olan 30/119 nömrəli, xx.xx.1985-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi, 5 nömrəli ev ¾ hissədə X1, ¼ hissədə X6 məxsusdur. - AZ-İ seriyalı, 844712 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi, 5 nömrəli ev İddiaçı yoldaşı X1 məxsus olmuşdur və 1985-ci ildən ailə üzvləri ilə birlikdə həmin evdə yaşayırlar. Cavabdeh İddiaçı qonşusudur. Cavabdeh iddiaçının tikinti aparmasından narazıdır. Narazılığının əsasını İddiaçı müvafiq icazələr almadan aparması ilə əsaslandırır. İddiaçı onun həmin evdə təmir bərpa işləri aparmasına Cavabdeh tərəfindən maneələr yaradılmasını bildirir. Bu maneələr ondan ibarətdir ki, qonşuluqda təmir getməsinə görə onların həyəti qonşunun ustaları tərəfindən görünür və bundan başqa tikintinin səsi də onlara mane olur. Həmin maneələrin aradan qaldırılmasını xahiş edir. İşin mübahisəli halı iddiaçının apardığı tikintinin qonşusu olan Cavabdeh hər hansı şəkildə mane olub olmamasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinin tələblərinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin məcəllənin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Həmin məcəllənin 240.3-cü maddəsinə əsasən mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Şəhərsalma Və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Beləliklə, məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi, 5 nömrəli ev İddiaçı yoldaşı X1 məxsus olmuşdur və 1985-ci ildən ailə üzvləri ilə birlikdə həmin evdə yaşayırlar. Həmin evdə bir neçə il əvvəl mərtəbə sayından 1-dən 3-ə qaldırılmaqla tikinti işləri aparılmış, hal-hazırda isə təmir bərpa işləri görülməkdədir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh təmir işlərinin qanunsuz aparıldığını iddia etdiyi üçün maneələr yaratdığını bildirmişdir. Məhkəmə hesab edir ki, mülkiyyətçi konistitusiya ilə qorunan mülkiyyət hüququndan maneəsiz istifadə etmək hüququna malik olduğundan, cavabdehin iddiaçının mülkiyyət hüququnu həyata keçirməsinə mane olan hətəkətləri əsasız hesab edilməli, ilkin iddia tələbi təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsini nəzərdən keçirərək müəyyən edir ki, qarşılıqlı iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 169.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 171.3-cü maddəsinə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Qarşılıqlı iddia ərizəsindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh tərəfindən aparılan təmir bərpa işlərinin ona təsiri barədə evin təbii işıqlandırmasını kəsdiyini, onların normal yaşamaq hüquqlarını pozduğunu və mənəvi-psixoloji təsirlərə məruz qoymasını əsas gətirsə də, bu halları sübut edən əsasları təqdim etməmişdir. Eyni zamanda məhkəmə xüsusilə qeyd edir ki, mülki qanunvericiliyə əsasən, tikinti zamanı qonşunun (cavabdehin) sahənin sərhədlərini qərəzsiz pozması halında belə, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməli, habelə daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin (indiki halda görüntünün qismən məhdudlaşması və ustaların tikintidə onun həyətini görməsi) öz sahəsinə təsirini qadağan edə bilməz. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla tikilmiş tikili maraqlı şəxsin müraciətinə əsasən o, halda sökülə bir ki, həmin tikili maraqlı şəxsin hər hansı hüququnu və qanunla qorunan mənafeyini pozmuş olsun. Bu mənada məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehə məxsus mənzildə aparılan təmir işləri iddiaçının öz sahəsindən istifadə etməsində elə bir ciddi maneçilik yaratmadığı üçün qarşılıqlı iddia ərizəsində iddiaçının irəli sürdüyü dəlillər əsaslı sayıla bilməz. Bundan başqa, məhkəmə Cavabdeh iddia etdiyi kimi İddiaçı məxsus evin tikintisinə müvafiq icazəsinin olmadığına görə dayandırılması tələbinə də qiymət verərək, aşağıdakı qanunun normalarını diqqətə çatdırır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.5-ci bəndinə əsasən, yerli icra hakimiyyətinin başçı yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə bağlı aşağıdakı halları aşkar etdikdə tikinti işlərinin dayandırılmasını sifarişçiyə (podratçıya) yazılı qaydada tövsiyə edir, tikinti işlərinin dayandırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini məlumatlandırır və bu barədə bütün məlumatları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərir:
1. ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmamasını;
2. özbaşına tikinti işlərinin qarşısının alınmamasını;
3. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini;
4. habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə uyğun olaraq tikinti işlərinin başlanmasına əsas olmadan tikinti obyektinin tikildiyini;
5. tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikinti fəaliyyətinin həyata keçirildiyini. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının: 10.1. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra mətndə "ŞTM") müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Tikinti fəaliyyətinin həyata keçirilməsinə icazə verilməsi barədə inzibati orqanın qərarı üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğu hallarda da eyni qayda tətbiq olunur. 10.2. ŞTM-nin 95.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 10.3. "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən, ŞTM-nin 95.3-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. 10.4. ŞTM-nin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Odur ki, qeyd olunanlara əsasən məhkəmə müəyyən edir ki, müvafiq icazələrin alınması və həmin icazələrin alınmadan tikintinin dayandırılması müvafiq orqanlar tərəfindən həyata keçirilməlidir. Yəni hər hansısa tikintinin aparılmasının qadağan edilməsi yalnız qonşuluq hüququ müstəvisində qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlkin iddia tələbi təmin edilsin. İddiaçı və ailə üzvlərinə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində həyata keçirilən təmir-bərpa işlərinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Adilə Paşayeva