Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-867/2024 18.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "dəymiş zərərin ödənilməsi" tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "dəymiş zərərin ödənilməsi" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsi 205 nömrəli 5 mərtəbəli binanın 19 nömrəli mənzilinə su axıtması nəticəsində həmin mənzilə dəymiş zərərin əvəzi kimi 4 868,20 manat pul vəsaitinin cavabdeh X1 alınaraq ona ödənilməsi, Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsi 205 nömrəli 5 mərtəbəli binanın 19 nömrəli mənzilindən su axmasının qarşısının alınması məqsədi ilə həmin mənzilin su borularının təmir edilməsi öhdəliyinin digər Cavabdeh1 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində istifadədə olan 0,07508 ha torpaq sahəsində yerləşən 205 nömrəli 5 mərtəbəli binada 42,22 kv.m ümumi, 29.22 kv.m yaşayış sahəsindən ibarət 19 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə ona məxsusdur. xx.xx.2023-cü ildə mənzilinin üst mərtəbəsində yaşayan Cavabdeh2 məxsus 22 nömrəli mənzildən mülkiyyətində olan 19 nömrəli mənzilə su axıdılıb. Su axıdılması nəticəsində mənzilinin bütün otqalarının tavanı zədələnmiş, divarlarına ciddi ziyan dəymişdir. Bu fakt 56 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi, sahə nəzarətçiləri tərəfindən qeydə alınmaqla akt tərtib edilmişdir. Qiymətləndirmə və Consulting Mərkəzi tərəfindən “dəymiş ziyanın müəyyən edilməsi barədə mütəxəssis rəyinə əsasən üst mərtəbədən axan su nəticəsində mənzilinə dəymiş ziyanın məbləği 12 sentyabr 2023-cü il tarixi üçün 4868,20 manat təşkil edir. Bakı şəhəri 19 nömrəli notariat ofisinin vəkil sorğusu əsasında təqdim etdiyi 30 avqust 2023-cü il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsindən və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş 10 iyul 2023- cü il qeydiyyat tarixli çıxarışdan da görünür ki, hadisə baş verən zaman mənzil tam mülkiyyət hüquqları ilə mülkiyyətçi Cavabdeh2 məxsus olmuşdur. Bu tarixdən sonra mənzil yeni alıcı Cavabdeh1 mülkiyyətinə verilmiş, hal-hazırda da onun mülkiyyətindədir. Mənzilinə maddi olaraq zərər Cavabdeh2 tərəfindən vurulmuşdur, bu səbəbdən də vurulmuş zərər Cavabdeh2 tələb edilməlidir. Ancaq bununla yanaşı hal-hazırda mənzilin mülkiyyətçisi Cavabdeh1dur və həmin mənzildən yaşadığı mənzilə suyun təkrarən axıdılması təhlükəsi aradan qaldırılmayıb, yəni suyun axmasına səbəb olmuş nasaz su boruları təmir edilməyib. Bu səbəbdən hesab edir ki, Cavabdeh1 məxsus mənzildən yaşadığı mənzilə su axmasının qarşısını almaq üçün həmin mənzildə olan nasaz su borularının təmir edilməsi Cavabdeh1 üzərinə öhdəlik kimi qoyulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək rəylə razı olduğunu bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 iddianı qismən qəbul edərək, evi alıb 10 gün sonra bu problem çıxmışdır. Hadisənin olduğunu etiraf edir, lakin məbləğ yüksəkdir. Evin bir hissəsinə ziyan dəymişdir, lakin rəydə bütün evi onların hesabına təmir etdirilməsi nəzərdə tutulmuşdur. Evin təmiri onlar tərəfindən aparılmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid X2 izahatında bildirmişdir ki, o, Cavabdeh2 həyat yoldaşı ilə dostdur. Cavabdeh2 evi təzə almışdı, gecə boru partdadıqdan sonra onu çağırdılar, o da gəlmişdir. Altdakı evin hamamına, koridoruna, zalın bir hissəsinə və mətbəxə su sızmışdır. Nəzakətin tapşırığı ilə onlara təklif etmişdir ki, su qurusun ondan sonra təmir edərlər. Su damcı formasında axırdı. Evdə yaşayan rus xanım idi, iddiaçını orada görməmişdir. Hadisə olan günü evdə heç bir təmir işləri aparılmamışdır, çünki ev təmirli idi. Nəzakət aldığı gündən 2 ay sonra evi yenidən satmışdır. İş materiallarında olan MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın surətindən görünür ki, Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində istifadədə olan 0,07508 ha torpaq sahəsində yerləşən 205 nömrəli 5 mərtəbəli binada 42,22 kv.m ümumi, 29.22 kv.m yaşayış sahəsindən ibarət 19 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 583 nömərli reyestr kitabının 53640 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsi ev 205 mənzil 22 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsusdur. - xx.xx.2023-cü il tarixli 56 nömrəli MKİS-nin mühəndisi N.Məmmədov, sahə nəzarətçiləri T.Qədirli, S.Şirinova tərəfindən tərtib edilmiş aktdan görünür ki, Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən 205 nömrəli evin 22 nömrəli mənzilindən (mənzilin sahibi X3) 19 nömrəli mənzilinə su axır, su axması nəticəsində 19 nömrəli mənzilin bütün otaqlarının tavanı zədələnmiş, divarlara ciddi ziyan dəymişdir. - AN-İ seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh2 ona məxsus Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən 205 nömrəli evin ümumi sahəsi 42,52 kv.m olan 22 nömrəli mənzili Cavabdeh1 120000 manata satmışdır. - "Qiymətləndirmə və Consulting mərkəzi"nin QCM/S004-126/23 nömrəli xx.xx.2023-cü il tarixli dəymiş ziyanın müəyyən edilməsi barədə mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə üst mərtəbədən axan su nəticəsində dəymiş ziyanın məbləği 4868,20 manat təşkil edir. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/1785 nömrəli rəyindən görünür ki, Bakı şəhəri Yasamal rayonu Əsəd küçəsində yerləşən 205 nömrəli evin 19 nömrəli mənzilinə həmin mənzil ilə eyni proeksiyada olan və binanın 3-cü mərtəbəsində yerləşən 22 nömrəli mənzildən su axıdılığı və nəticədə 19 nömrəli mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuş, 22 nömrəli mənzil təmirli olduğundan, su kanalizasiya xətlərinin gözlə görünən hissələrinin üzərində qüsur olmadığından, 19 nömrəli mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamış, Bakı şəhəri Yasamal rayonu Əsəd küçəsində yerləşən 205 nömrəli evin 19 nömrəli mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 3662 manat məbləğində müəyyən olunmuşdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri Yasamal rayonu Əsəd küçəsində yerləşən 205 nömrəli evin 19 nömrəli mənzili iddiaçıya məxsusdur. Həmin mənzilə yuxarı mənzildən, yəni Bakı şəhəri Yasamal rayonu Əsəd küçəsində yerləşən 205 nömrəli evin 22 nömrəli mənzilindən xx.xx.2023-cü ildə su axıdılması nəticəsində iddiaçıya ziyan vurulmuşdur. Ekspertin rəyi ilə vurulmuş ziyan 3662 manat məbləğində qiymətləndirilmişdir. Bakı şəhəri Yasamal rayonu Əsəd küçəsində yerləşən 205 nömrəli evin 22 nömrəli mənzil suyun axıdılması nəticəsində delikt üzrə öhdəliyin yarandığı zaman Cavabdeh2 məxsus olmuşdur. O, həmin mənzili xx.xx.2023-cü ildə Cavabdeh1 satmışdır. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Məhkəmə iddia tələbinin vurulmuş maddi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, mülki qanuvericiliyin yuxarıda sadalan normalarına əsasən iddiaçının cavabdeh tərəfindən su sızması nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ olmuş və onun həmin tələbi əsaslıdır. Məhkəmə həmçinin hesab edir ki, vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən, iddiaçı tərəfindən maddi ziyanın məbləği 4868,20 manat qeyd olunsa da, təqdim edilmiş ekspert rəyinə uyğun olaraq 3662 manat müəyyən edilməsi ağlabatan hesab edilərək, həmin məbləğ Cavabdeh2 tutulmalıdır. Bundan başqa iddiaçı Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsi 205 nömrəli 5 mərtəbəli binanın 19 nömrəli mənzilindən su axmasının qarşısının alınması məqsədi ilə həmin mənzilin su borularının təmir edilməsi öhdəliyinin digər Cavabdeh1 üzərinə qoyulmasını tələb etmişdir. Beləliklə, ekspert rəyi ilə Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsi 205 nömrəli 5 mərtəbəli binanın 22 nömrəli mənzilindən su axması faktı təsdiq olunduğundan, bunun səbəbi su-kanalizasiya xətlərində yaranmış nasazlıq olması ehtimalı mövcud olduğundan, hal-hazırda da həmin mənzil Cavabdeh1 məxsus olduğundan məhkəmə hesab edir ki, iddiaçının bu tələbi də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzlə 71 manat dövlət rüsumu ödənilmişdir. Cəmi 4868,20 manat məbləğində iddianın 3662 manat hissəsi (75,22 faizi) təmin olunduğuna görə dövlət rüsumunun 75,22 faizi, yəni 53,40 manatı cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 17,60 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, keçirilmiş ekspertiza xərci olan 100 manat məbləğində pul vəsaitindən 75,22 faizi, yəni 75,22 manatı cavabdehə, qalan 24,78 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi ziyanın əvəzi olaraq 3662 manat məbləğində pul vəsaiti və 53,40 manat dövlət rüsumunun əvəzi, cəmi 3715,40 manat məbləğində pul Cavabdeh2 alınaraq, İddiaçı ödənilsin. Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsi 205 nömrəli 5 mərtəbəli binanın 19 nömrəli mənzilindən su axmasının qarşısının alınması məqsədi ilə həmin mənzilin su borularının təmir edilməsi öhdəliyi Cavabdeh1 üzərinə qoyulsun. Keçirilmiş ekspertiza xərcinin 75,22 manat pul Cavabdeh2, 24,78 manat isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №e-2(008)-867/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-867/2024
18.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver