Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-868/2024 06.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinı və Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilmiş 40000 manatı övladları xx.xx.2012-ci il təvəlüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 18 yaşına çatanadək saxlanmaları üçün aliment kimi hesablanaraq təmin edilməsi, Cavabdeh ödənilmiş 40000 manatı aliment kimi qəbul edilmədiyi halda, həmin məbləğin X1 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3340/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsi ilə cavabdehlə olan nikahı pozulmuş,xx.xx.2012-ci il təvəlüdlü X2 və xx.xx.2014-cü il təvəlüdlü X3 18 yaşına çatanadək saxlanmaları üçün Cavabdeh ödənilməsi üçün aliment təyin edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4685/2020 nömrəli qətnaməsi ilə aliment məbləği artırılaraq hər uşağa 170 manat olmaqla ümumi 340 manat pul məbləği təyin olunmuşdur və həmin qətnamənin icrası xx.xx.2020-cı ildə icra məmurunun icratına verilmişdir. Aliment ödənişlərini 2020-ci ilin noyabr ayına qədər hər ay yerinə yetirmişdir. Bundan sonra cavabdehlə danışaraq hər ay aliment ödənişlərini ödəmək əvəzinə, uşaqların 18 yaşına çatanadək saxlanmaları üçün aliment məbləğini tam ödəməyi barədə razılığa gəlmişlər və xx.xx.2020-ci ildə onun bank hesabına 40000 manat pul köçürtmüşdür. Bank qəbzini icra məmuruna təqdim edərək, alimentin tam ödənildiyini icra məmuruna bildirmişlər və icra məmuru qəbzi işə əlavə etmişdir. Həmin vaxtdan ondan alimentlə bağlı pul tələb edilməmişdir. Cavabdehlə alimentin tam ödənilməsi ilə bağlı razılıq olsa da, əmək haqqı aldıqda övladları üçün könüllü olaraq müxtəlif vaxtlarda ödəniş edərək, cavabdehə ümumilikdə təxminən 5000-6000 manat ödəniş də etmişdir. Üç il ərzində aliment borcu ilə əlaqədar icra məmuru tərəfindən heç bir bildiriş və ya tələb irəli sürülməmişdir. Bu müddət ərzində cavabdehlə alimentlə bağlı hər hansı bir narazılıq da olmamışdır. xx.xx.2023-cü ildə Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru onu şöbəyə dəvət etmiş və bildirmişdir ki, 3 ilə yaxın müddətdir ki, aliment ödənilmir və cavabdeh bununla bağlı şikayət etmişdir. Cavabdeh verdiyi 40000 manat vəsaiti aliment ödənişi kimi təsdiq etməli, əgər həmin pul aliment pulu kimi övladlarına xərclənmirsə, pulu ona qaytarılmalı və o, həmin pul hər ay aliment kimi ödəməlidir. Cavabdeh özü Bakı şəhərində yaşayır, övladları isə Balakən rayonu, Katex kəndində cavabdehin valideyinlərinin evində məcburi yaşayırlar. Övladları ilə danışarkən onlar orada qalmaq istəmədiklərini, Bakı şəhərinə qayıtmaq istədiklərini ağlayaraq bildirirlər. Bu barədə cavabdehlə dəfərlə aralarında mübahisələr olmuşdur. Bununla bağlı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ünsiyyətlə bağlı qətnaməsi dəfələrlə icra oluna bilmir və 2015-ci ildən etibarən bir neçə dəfə cavabdeh bu hərəkətlərinə görə icra məmuru tərəfindən axtarışa verilib, inzibati tədbirlər görülməsi barədə müraciətlər olunub. Cavabdehlə nikahı pozulduqdan 5 il sonra övladlarının saxlanması üçün ödədiyi 40000 manat vəsaitindən 3 ilə yaxin müddət istifadə etdikdən sonra hazırda ondan aliment pulu tələb edir. İddiaçı xx.xx.2023-cü ildə məhkəməyə iddia tələbinin dəyişdirilməsii barədə ərizə ilə müraciət edərək, Cavabdeh ödənilmiş 40000 manatın cavabdeh X1 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraat götürülmüşdür. İddiaçı xx.xx.2024-cü ildə məhkəməyə iddia predmetinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş D, yaşayışın 12-ci mərtəbəsi, ümumi sahəsi 93,75 kv.m olan 2 otaqdan ibarət 227 saylı mənzilinə payını müyyən edərək, payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin icraata götürülməsi təmin edilməmişdir. Belə ki, iddianın həm əsası, həm də predmeti dəyişdirilmişdi. Məhkəmə iclasında iştirak edən İddiaçı 40000 manatın cavabdeh X1 alınaraq ona ödənilməsi barədə iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehə pulu ev almaq üçün vermişdi, cavabdeh ev alıb, lakin o binada problemlər var. Belə ki, eyni evləri başqa şəxslərə satılmışdır. O, vəsaiti verəndə uşaqların saxlanması üçün vermişdir. Cavabdeh ev alsa da, uşaqlar həmin evdə yaşamırlar. Aralarında evin haradan alınması barədə yazılı müqavilə olmayıb. Pulu 2020-ci ildən vermişdir. Uşaqlar ananın yanında qalmırlar, baba və nənəsi ilə qalırlar. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, həmin pulla ev almışdır. Tək istəyi odur ki, iddiaçı alimenti ödəsin. 2015-ci ildən boşanmışlar, o vaxtdan iddiaçı onları evə qoymur. Ona verilən pul alimentə görə verilməyib, ümumi əmlakları satılan zaman öz aralarında şifahi danışığa əsaən 40000 manat ona verilmişdir ki, ev alsın. Lakin, həmin pula ev almaq mümkün olmadığına görə üzərinə əlavə pul qoyaraq bu mənzili almışdır. Uşaqlarına baxmaqda da cavabdeh çətinlik çəkir, bütün günü işdə olur, bu səbəbdən də övladlarını anasıgildə qoymağa məcburdur. İddianı rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2023-cü ildə Sabunçu Rayon İcra Şöbəsinə ünvanlandığı ərizələrin surətlərindən görünür ki, cavabdeh iddiaçının xx.xx.2023-cü ilədək 6941 manat məbləğində olan aliment borcunun ödənilməsi üçün icra məmuru tərəfindən tədbirlər görülməsini, buna görə də icra məmurunun dəyişdirilməsini və aliment borcunun ödənilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. - Azərbaycan Beynəlxalq Bankının xx.xx.2020-ci il tarixli BPM**********58 nömrəli mədaxil qəbzinibdən görünür ki, Cavabdeh hesabına İddiaçı tərəfindən 40000 manat məbləğində vəsait ödənilmişdir. - 12.04.2022-ci il tarixli 344A nömrəli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Nurəddinova Leyla 112500 manat "xxxx" MMC-yə tam ödəməklə Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş D, yaşayışın 12-ci mərtəbəsi, ümumi sahəsi 93,75 kv.m olan izole olmuş 2 otaqdan ibarət 227 saylı mənzilin tikintisi "xxxx" MMC-yə həvalə edilmişdir. - 12.04.2022-ci il tarixli maliyyə arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş D, yaşayışın 12-ci mərtəbəsi, ümumi sahəsi 93,75 kv.m olan izole olmuş 2 otaqdan ibarət 227 saylı mənzilin tam dəyəri üzrə Cavabdeh "xxxx" MMC-yə borcu yoxdur. Məkəmə araşdırması zamanı müəyən olunmuşdur ki, tərəfələr əvvəllər ar-arvad olmuşlar, birgə nikahdan iki övladları dünyaya gəlmişdir. 2015-ci ildə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan olan 2 yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün iddiaçıdan Bakı Şəhəri Sabunçu Rayon Məhkəmsinin qətnaməsi ilə cavabdehin xeyrinə aliment ödənilməsi təyin edilmiş, 2020-ci ildə isə alimentin məbləği 170 manata artırılmışdır. Bundan sonra, tərəflər şifahi müqavilə bağlayaraq, iddiaçının 40000 manat məbləğində vəsaiti ev alması şərti ilə cavabdehə verilməsi barədə razılığa gəlmişlər. Hazırda iddiaçı həmin pulu geti tələb edir. Tələbini onunla əsalandırır ki, cavabdeh o pula ev almayıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324 maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 328 maddəsinin 1-ci və 4-cü bəndlərinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Pozitiv şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş verəcəyi şərti ilə bağlanmışdır. Əgər həmin müddət bitmiş və hadisə baş verməmişsə, şərt qüvvədən düşmüş sayılır. Əgər müddət müəyyənləşdirilməyibsə, şərt istənilən vaxt yerinə yetirilə bilər. Hadisənin baş verməsinin mümkünsüzlüyü aydın olduqda şərt qüvvədən düşmüş sayıla bilər. Həmin Məcəllənin 329-cu maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Sadalanan normaların birgə təhlilindən görünür ki, tərəflər mülki hüquq münasibətlərinin yaranması üçün hər hansısa hadisənin baş verməsi şərti ilə (pozitiv şərtlə) sifahi qaydada razılaşmaya gələ bilərlər. Əqdin bağlanmasına onların rəftarı dəlalət edir. Hazırki mülki işdən də görünür ki, iddiaçı pulu öz iradə ifadəsi əsasında vermişdir. Hal-hazırda da həmin pulu təyinatı üzrə istifadə olunmaması əsası ilə tələb edir. Lakin cavabdeh pulu tərəflərin razılaşdırdığı təyinatı üzrə istifadə etmişdir. İş materiallarında olan cavabdehlə "xxxx" MMC arasında bağlanmış müqavilədən və "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh ev almış və dəyərini tam şəkildə ödəmişdir. Beləliklə, tərəflərin rəftarı, yəni iddiaçının pulu evin alınması şərti ilə verilməsi, cavabdehin isə həmin şərtə əməl etməsi, pozitiv şərtli şifahi müqavilə bağladıqlarına dəlalət edir. Həm iddiaçının, həm də cavabdehin öhdəliklərinin yerinə yetirlməsi iş materiallarında olan sübutlarla təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 389.1-ci maddəsinə əsasən, Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Göründüyü kimi, tərəflər arasında qanunvericiliyin nəzərdə tutduğu, hər hansı mühüm şərtlər müəyyən edən yazılı qaydada müqavilə bağlanmamışdır. Belə olan halda, iddiaçı verdiyi 40000 manat məbləğində pulu nə əsassız varlanma, nə borc tələbi, nə də yazılı müqavilə şərtlərinin pozulması əsası ilə tələb edə bilməz. Ona görə də, hazırkı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı xx.xx.2023-cü ildə ********** nömrəli qəbzlə 210 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddaiçı tərəfindən 210 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №e-2(008)-868/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-868/2024
06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver