Məhkəmə qərarları › İş №e-2(008)-874/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-874/2022

07.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-874/2022 07.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Hüseynbala oğlunun iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 5965,50 manat məbləğində zərərin, 123.8 manat təbii qazdan istifadə nəticəsində yaranmış borcun, 84.62 (səksən dörd manat, altmış iki qəpik) manat dövlət rüsumunun və 65 (altmış beş) manat vəkil xərci cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh Hüseynbala oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli 790 saylı "Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə" müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə "Azəriqaz" İB tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 40013064 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2017 il tarixli, ******* saylı akt əsasında 583,20 manat, xx.xx.2017 il tarixli, ******* saylı akt əsasında 162 manat, xx.xx.2018- ci il tarixli ******* saylı akt əsasında 945,6 manat, xx.xx.2018 il tarixli ******* saylı akt əsasında 284,40 manat, xx.xx.2018 il tarixli 01473385 saylı akt əsasında 200,80 manat, xx.xx.2018 il tarixli, ******* saylı akt əsasında 149.20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2018 il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018 il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018 il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018 il tarixli ******* saylı akt əsasında 97,20 manat, xx.xx.2018 il tarixli ******* saylı akt əsasında 97,20 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019 il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt 32.40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020 il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020 il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020 il tarixli ******* saylı akt əsasında 137,80 manat "Azəriqaz" İB-nə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq cəmi 5965,50 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Belə ki, 2010-cu ildə 36,90 manat (cəmi 3 manat ödəniş edib), 2011-ci ildə 19 manat, 2020-ci ildə 70,90 manat cavabdehin təbii qazdan istifadə nəticəsində yaranmış borcu vardır. Cavabdeh istifadə edilmiş təbii qazın dəyərini ödəməməsi nətəsində yaranmış borcu ilə birlikdə iddiaçıya cəmi 6089,30 manat pul ödəməlidir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edəm Cavabdeh Hüseynbala oğlu izahat verərək iddia tələbini qismən qəbul edərək bildirdi ki, yalnız xx.xx.2017-ci il tarixli ******* saylı,xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktlara münasibətdə qəbul etdiyini, digər aktlarının qanunsuz və əsassız olduğunu qeyd edərək bildirmişdir ki, digər aktların tərtib olunmasından xəbərsiz olmuşdur. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013cü il tarixli, 790 saylı nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. - Abonent saldosundan görünür ki, Cavabdeh 2020-ci ilin sonu üçün 6089.3 manat məbləğində borcu olmuşdur. - Abonent saldosundan görünür ki, Cavabdeh, 2010-cu il üçün 36.90 manat, 2011-ci il üçün 19 manat və 2020-ci ilin iyun ayı üçün 70.90 manat məbləğində istifadə edilmiş lakin dəyəri ödənilməmiş qaz sərfiyyatına görə borcu yaranmışdır. - İddiaçı tərəfindən cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə müxtəlif vaxtlarda - xx.xx.2017 il tarixli, ******* saylı akt əsasında 583,20 manat, xx.xx.2017 il tarixli, ******* saylı akt əsasında 162 manat, xx.xx.2018- ci il tarixli ******* saylı akt əsasında 945,6 manat, xx.xx.2018 il tarixli ******* saylı akt əsasında 284,40 manat, xx.xx.2018 il tarixli 01473385 saylı akt əsasında 200,80 manat, xx.xx.2018 il tarixli, ******* saylı akt əsasında 149.20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2018 il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018 il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018 il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018 il tarixli ******* saylı akt əsasında 97,20 manat, xx.xx.2018 il tarixli ******* saylı akt əsasında 97,20 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019 il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt 32.40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020 il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020 il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020 il tarixli ******* saylı akt əsasında 137,80 manat ziyan məbləği hesablanmışdır. - xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki,iddiaçı tərəfindən PSG Hüquq MMC-ə 65 manat hüquqi xidmət göstərilməsi üçün ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında iddiaçı cavabdehə məxsus yaşayış evi təbii qazla təmin etmişdir. Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Lakin, məhkəmə cavabdehin kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğuna dair dəlilini inandırıcı sayır. Belə ki, iş materiallarında olan ******* saylı, ******* saylı, 01473385 sayl, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, və ******* saylı aktlarda cavabdehin imzasının olmadığını, dolayısı ilə ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkün olması aktların düzgülüyünə şübhə yaradır. Yuxarıda qeyd olunanları o cümlədən nəzərə alaraq, məhkəmə hesab edir ki, abonent Cavabdeh təbii qazdan qeyri qanuni istifadə etməsi nəticəsində cavabdhein etirafı nəzərə alınmalı iddiaçıya yalnız xx.xx.2017 il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli ******* aktlar üzrə borc hesablanmalıdır. Qeyd olunan aktda itirilmiş qazın həcminın 7644 kubmetr olduğu müəyyyən olunmuşdur. 7644 kubmetrin hər kubmetri tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.10 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 1528.8 manat yox, 764.40 manat edir. Bunları nəzərə alaraq məhkəmə qaz xəttindən qanunsuz istifadəyə görə iddia tələbini 764.40 manat həcmində təmin edir. Məhkəmə iddia tələbinin cavabdehin 2010-ci ildən 36.90 manat, 2011-ci ildən 19 manat, 2020-ci ildən 70.90 manatməbləğində borcun tutulub iddiaçıya ödənilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməli 2020-ci il üçün hesablanmış qaz sərfiyyatı üçün 70.90 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi həmin hissədədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin mənasına görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 84.62 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 84.62 manat məbləğində dövlət rüsumunun 40 manat hissəsi Cavabdeh alınıb iddiaçıya verilməlidir. Bundan əlavə vəkil xərci olaraq 65 (altmış beş) manat pul vəsaitinin tutulması hissəsində iddia tələbi təmin edilərək, cavabdehdən 65 (altmış beş) manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutları araşdıraraq və sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Hüseynbala oğlundan 835.3 (səkkiz yüz otuz beş manat, otuz qəpik) manat məbləğində dəymiş zərər, ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumu və 65 (altmış beş) manat vəkil xərci İddiaçı İB-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Hüseynbala oğlundan 835.3 (səkkiz yüz otuz beş manat, otuz qəpik) manat məbləğində dəymiş zərər, ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumu və 65 (altmış beş) manat vəkil xərci İddiaçı İB-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar