Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-90/2024 18.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh və X3 qarşı “kredit borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 9202.19 (doqquz min iki yüz iki manat 19 qəpik) AZN – bundan 6773.33 (altı min yeddi yüz yetmiş üç manat 33 qəpik) AZN əsas, 329.73 (üç yüz iyirmi doqquz manat 73 qəpik) AZN faiz, 1837.81 (bir min səkkiz yüz otuz yeddi manat 81 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 261 (iki yüz altmış bir manat 32 qəp) AZN faiz borcu, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun (xidmət haqqı) və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 112 (bir yüz on iki) manat dövlət rüsumunun Cavabdeh LPO İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə X3 məxsus, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Məhəmmədəli Şəfai küçəsi 2 saylı fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh LPO İddiaçı ASC-nin xeyrinə tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Gənclik” filalı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 006GFKL saylı kredit müqaviləsinə əsasən 36 (otuz altı) ay müddətinə illik 21 (iyirmi bir) faiz dərəcəsi ilə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə X3 məxsus, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Məhəmmədəli Şəfai küçəsi 2 saylı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh arasında 21 fevral 2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Bakı şəhəri 13 saylı Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixli ******* nömrəli Çıxarış verilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********145 saylı xx.xx.2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2021-ci il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 9202.19 (doqquz min iki yüz iki manat 19 qəpik) AZN təşkil edir. Bundan 6773.33 (altı min yeddi yüz yetmiş üç manat 33 qəpik) AZN əsas, 329.73 (üç yüz iyirmi doqquz manat 73 qəpik) AZN faiz, 1837.81 (bir min səkkiz yüz otuz yeddi manat 81 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 261 (iki yüz altmış bir manat 32 qəp) AZN faiz borcu təşkil edir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə iş üzrə cavabdeh-ipoteka qoyan X2 xx.xx.2019-cu il tarixdə vəfat etdiyi aşkar olunmuşdur. Eyni zamanda, Ədliyyə Nazirliyinin Elektron Xidmətlər Portalından əldə olunmuş məlumata əsasən X2 adına vərəsəlik işi açılmamışdır. Qeyd olunanlara əsasən Rəna Manafovanın hazırkı iş üzrə cavabdehlərin siyahısından çıxarılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən X2 cavabdehlərin siyahısından çıxarılması, İddiaçı ASC-nin “Gənclik” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 006GFKL saylı kredit müqaviləsinə əsasən Cavabdeh 6773.33 (altı min yeddi yüz yetmiş üç manat 33 qəpik) manat əsas, 329.73 (üç yüz iyirmi doqquz manat 73 qəpik) manat faiz, 1837.81 (bir min səkkiz yüz otuz yeddi manat 81 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 261.32 (iki yüz altmış bir manat 32 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 9202.19 (doqquz min iki yüz iki manat 19 qəpik) manat kredit borcunun, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun (xidmət haqqı) və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 112 (bir yüz on iki) manat dövlət rüsumunun tutulub LPO İddiaçı ASC-nə ödənilməsi, yuxarıda qeyd olunmuş borcun Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Məhəmmədəli Şəfai küçəsi 2 saylı fərdi yaşayış evinə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh LPO İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 oğlu iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, borcun olduğunu etiraf edir, borcu ödəməkdən yayınmır, evin qiymətləndirilməsindən narazıdır, borcunu hissə-hissə ödəyə bilər. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 112 manat dövlət rüsumu ödənilmişdir. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 006GFKL nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya stomotoloji kabinetin təmiri üçün illik 21%lə, 36 ay müddətinə 15.000 manat məbləğində kredit verilmişdir. - ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 21-dən gec olmayaraq 36 ay müddətinə hər ay banka 565.13 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. - İddiaçı ASC, X4 və Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixli 006 GFKL nömrəli kredit müqaviləsinin təminatı olaraq X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.3 kv.m olan fərdi yaşayış evi 0.0226 ha torpaq sahəsi ilə birlikdə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. - xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixinə iddiaçıya 6773.33 manat əsas borc, 329.73 manat faiz borcu, 1837.81 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 261.32 manat faiz borcu olmaqla, cəmi 9202.19 manat borcu vardır. - "xxxx" MMC tərəfindən verilmiş 17 nömrəli xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 45.000 manat, likvid dəyəri 42.000 manat təşkil edir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5866 nömrəli xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən “Borcalan” Cavabdeh tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2021-ci il tarixə əsas borc üzrə 6593.40 manat faiz borcu üzrə 311.54 manat. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən sonrakı dövrdə ümumilikdə 150,00 manat məbləğində ödəniş aparılmışdır ki, həmin ödəniş faiz borcuna silinir. Belə olan halda, yəni 21 fevral 2021-ci il tarixdən 29 noyabr 2021-ci il tarixədək olan dövrdə illik faiz dərəcəsi 5% ilə hesablanmaqla, Cavabdeh İddiaçı ASC-nə olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2021-ci il tarixə əsas borc üzrə 6593.40 manat faiz borcu üzrə 416.12 manat. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, cavabdeh X4 xx.xx.2019-cu il tarixdə ölmüşdür. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/290-10/337 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, Sabunçu rayonu Maştağa qəsəbəsi Məhəmmədəli Şəfai küçəsi ünvanında yerləşən, 0.0226 ha torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 82,3 kv.m olan 2 saylı fərdi yaşayış evinə yaxın ərazilərdə yerləşən analoji fərdi yaşayış evlərinin orta bazar qiymətləri müqayisə olunmaqla və tədqiq olunan evin təmirlilik səviyyəsi (təmir səviyyəsi aşağıdır) nəzərə alınmaqla hazırkı orta bazar qiyməti təxminən 65.000,00 manat, likvid dəyəri təxminən 58.500,00 manat (65.000-10%) müəyyən edilir. Tələb və təklifdən, həmçinin, tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. - xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün iddiaçı tərəfindən ƏMDK yanında DƏDRX-nə 40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı ASC ilə aralarında bağlanmış 006GFKL nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsi əsasında kredit alaraq həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Nəticədə onun xx.xx.2021-ci il tarixə banka 6773.33 manat əsas borc, 329.73 manat faiz borcu, 1837.81 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 261.32 manat faiz borcu olmaqla, cəmi 9202.19 manat borcu yaranmışdır. Beləliklə, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə iddia tələbinin əsas və faiz borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehdən tutulmalı olan əsas borcun məbləği 6773.33 manat, faiz borcunun məbləği 329.73 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun məbləği 261.32 manat göstərilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 9/5866 nömrəli xx.xx.2022-ci il tarixli rəyindən isə görünür ki, 21 fevral 2021-ci il tarixdən 29 noyabr 2021-ci il tarixədək olan dövrdə illik faiz dərəcəsi 5% ilə hesablanmaqla, Cavabdeh xx.xx.2021-ci il tarixə İddiaçı ASC-nə 6593.40 manat əsas, 416.12 manat faiz borcu vardır. İddiaçı tərəfindən tutulmalı olan əsas və faiz borcu məbləğinin azaldılması ilə bağlı ərizə təqdim edilmədiyini və cavabdehin mənafeyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, tutulmalı əsas və faiz borcunun (illik 5% ilə faiz borcunun) məbləği məhkəmə-mühasibatlıq ekspertizasının 9/5866 nömrəli xx.xx.2022-ci il tarixli rəyində göstərilmiş qaydada, əsas borc 6593.40 manat, faiz borcu 416.12 manat müəyyən edilməli, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, 1837.81 manat cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və cərimə (dəbbə pulu) azaldılaraq 329.67 manat məbləğində müəyyən edilməli, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi, əmlakın açıq hərracda satılması, əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi hissəsində rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixli 006 GFKL nömrəli kredit müqaviləsinin təminatı olaraq X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.3 kv.m olan fərdi yaşayış evi 0.0226 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin ipoteka qoyan-cavabdeh X4 xx.xx.2019-cu il tarixdə ölmüş, sonuncunun adına vərəsəlik işi açılmamışdır. Həmçinin, iddiaçının nümayəndəsinin xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən X4 cavabdehlər siyahısından çıxarılmışdır. Belə olan halda Cavabdeh tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi hissəsində tələbə cavab verməli olan şəxs (tələbin yönəldiyi əmlakın mülkiyyətçisi) olmadığından, həmin hissədə iddia rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 112 manat dövlət rüsumunun 93.39 manatı, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 40 manat xidmət haqqı Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə ödənilməli, məhkəmə-mühasibatlıq və məhkəmə mühəndis-texniki, məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 245 (100+145) manat Cavabdeh və Ləğv prosesində olan İddiaçı ASC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, əmlakın qiymətləndirilməsi barədə hesabatın dəyəri olan 200 manat Cavabdeh və Ləğv prosesində olan İddiaçı ASC-dən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC-nin “Gənclik” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 006GFKL saylı kredit müqaviləsinə əsasən Cavabdeh 6593.40 manat əsas borc, 416.12 manat faiz borcu, 329.67 manat cərimə olmaqla, cəmi 7339.19 (yeddi min üç yüz otuz doqquz manat on doqquz qəpik) manat məbləğində pul vəsaiti, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 40 manat xidmət haqqı və 93.39 manat dövlət rüsumu tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməli, məhkəmə-mühasibatlıq və məhkəmə mühəndis-texniki, məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 245 manat Cavabdeh və Ləğv prosesində olan İddiaçı ASC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, əmlakın qiymətləndirilməsi barədə hesabatın dəyəri olan 200 manat Cavabdeh və Ləğv prosesində olan İddiaçı ASC-dən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC-nin “Gənclik” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 006GFKL saylı kredit müqaviləsinə əsasən Cavabdeh 6593.40 manat əsas borc, 416.12 manat faiz borcu, 329.67 manat cərimə olmaqla, cəmi 7339.19 (yeddi min üç yüz otuz doqquz manat on doqquz qəpik) manat məbləğində pul vəsaiti, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 40 manat xidmət haqqı və 93.39 manat dövlət rüsumu tutularaq Ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 245 manat Cavabdeh və Ləğv prosesində olan İddiaçı ASC-dən müştərək qaydada tutulsun və Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Əmlakın qiymətləndirilməsi barədə hesabatın dəyəri olan 200 manat Cavabdeh və Ləğv prosesində olan İddiaçı ASC-dən müştərək qaydada tutulsun və VÖEN **********, hesablaşma hesabı AZ61AİİB********************, "xxxx" ASC-nin Nərimanov filialı m/h AZ37NABZ013501**********1944, kod 200093, VÖEN **********, SWİFT AİİBAZ2X "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-90/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-90/2024
18.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver