Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-916/2023 01.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, 1804,13 manat sığorta ödənişinin, dövlət rüsumuna görə 39 manat, hüquqi yardıma görə 100 manat, qiymətləndirmə aktının tərtib edilməsinə görə 25 manat, notariat rəsmiləşdirilməsinə görə 17,25 manat olmaqla, cəmi 1985,38 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq, xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində Cavabdeh idarə etdiyi “İveco Otoyol 65.9” yük markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə iddiaçıya məxsus olan “Honda Civ18vti” minik markalı, **-BY-*** dövlət nömrə nişanlı avtomobilə maddi zərər vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı AR DİN Bakı şəhər Sabunçu RPİ DYPİ-nin xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarına əsasən cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən iddiaçıya məxsus olan “Honda Civ18vti” minik markalı, **-BY-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləği 1804.13 manat məbləğində müəyyən edilmişdir. “İveco Otoyol 65.9” yük markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsünün mülki məsuliyyət sığortası mövcud olmadığından (İcbari Sığorta Bürosunun rəsmi saytından çıxarış əlavə edilir), iddiaçı özünə məxsus olan “Honda Civ18vti” minik markalı, **-BY-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləğini cavabdehdən tələb etmək hüququna malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib tələbin barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən və i.a. istifadə edilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin mübahisəssiz halına görə, xx.xx.2022-ci il tarixdə, saat 09:20 radələrində yol nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh idarə etdiyi “İveco Otoyol 65.9” yük markalı, **- MU-*** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçıya məxsus “Honda Civ18vti” minik markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuş, cavabdeh İXMin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Qeyd edilənlər işdə olan TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar, inzibati xəta haqqında İXP ******* nömrəli protokol və digər sənədlərlə təsdiqlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə hesab edir ki, mülki hüqüq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində İddiaçı məxsus “Honda Civ18vti” minik markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər yetirilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş iş kartından görünür ki, xx.xx.2022-ci il tarixdə tərtib edilmiş avtomaşının təmiri və görülən işlərin dəyəri cəmi 1804,13 manat təşkil edir, həmin tarixli ödəniş qəbzinə əsasən, cəmiyyətin hesabına 25 manat xidmət haqqı köçürülmüşdür. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizalarına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2023-cü tarixli, 9/9484 №-li ekspert rəyinə əsasən, "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avto hissələrin qiymətləri nəzərə alınmaqla, 2007-ci il buraxılışlı, “Honda Civ18vti” minik markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 985 manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə alınmış ekspert rəyləri toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Bununla əlaqədar olaraq, həmçinin qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və işin araşdırılan hallarını nəzərə alaraq məhkəmə, belə nəticəyə gəlir ki, iddiaçıya dəymiş maddi ziyan 985 manat məbləğində qiymətləndirilməklə, iddia tələbi qismən təmin edilərək cavabdehdən həmin məbləğdə pul vəsaiti tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 39 manat məbləğində dövlət rüsumu ödəmiş, lakin iddia dəymiş ziyanın ödənilməsi hissəsində qismən - 985 manat məbləğində təmin edildiyindən, dövlət rüsumunun 30 manat hissəsi cavabdehə aid edilməlidir. Həmçinin işdə olan hüquqi yardımın göstərilməsi haqqında “Prospekt” vəkil bürosu ilə iddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 172 nömrəli müqavilədən görünür ki, sonuncu, büronun hesabına 100 manat məbləğində pul vəsaiti ödəmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli qəbzə əsasən "xxxx" MMC tərəfindən tərtib qüsur aktına görə iddiaçı tərəfindən onun hesabına 25 manat xidmət haqqı köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, qüsur aktına görə 25 manat, habelə hüquqi xidmətin göstərilməsinə görə çəkilmiş xərcin əvəzi olaraq 100 manat cavabdedən alınaraq, iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 50 manat təşkil edir, iddia təmin edildiyindən, ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə, yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 985 (doqquz yüz səksən beş) manat, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, təmir aktına görə çəkilmiş xərcin əvəzi olaraq 25 (iyirmi beş) manat, göstərilmiş hüquqi xidmət haqqının əvəzinin 100 (bir yüz) olmaqla, cəmi 1140 (bir min yüz qırx) manat məbləğində pul vəsaiti tutulsun. İş üzrə keçirilmiş keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-916/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-916/2023
01.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver