Məhkəmə qərarları › İş №e-2(008)-92/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-92/2025

10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-92/2025 10.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh Xudabaxşıyeva Güləmbər Kəbirulla qızına qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh Xudabaxşıyeva Güləmbər Kəbirulla qızına qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 7987.85 manat olmaqla, 3806.23 manat əsas, 1684.74 manat faiz, 1936.14 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 560.74 manat faiz borcu və iş üzrə ödənilmiş 99.88 manat dövlət rüsumunun cavabdeh Xudabaxşıyeva Güləmbər Kəbirulla qızından tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mərkəz filialı ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədləri üçün 24 ay müddətinə illik 25% dərəcəsi ilə 2000 (iki min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2016-cı il tarixli 01 saylı Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1313.03 (bir min üç yüz on üç dollar, 03 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2017-ci il tarixinədək təyin olunmuşdur. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 001 saylı Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD=1.45 AZN) 4564.06 (dörd min beş yüz altmış dörd manat, 06 qəpik) AZN hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixinədək təyin olunmuşdur. Kredit Müqaviləsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən Kredit Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin qalıq məbləği 5096.03 (beş min doxsan altı manat, 03 qəpik) AZN hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixədək təyin olunmuşdur. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 7987.85 (yeddi min doqquz yüz səksən yeddi manat, 85 qəpik) AZN təşkil edir. Bundan 3806.23 (üç min səkkiz yüz altı manat, 23 qəpik) AZN əsas, 1684.74 (bir min altı yüz səksən dörd manat, 74 qəpik) AZN faiz, 1936.14 (bir min doqquz yüz otuz altı manat, 14 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 560.74 (beş yüz altmış manat, 74 qəpik) AZN faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********458 saylı, xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəməyə ərizə ünvanlayan iddiaçının nümayəndəsi Nümayəndə işə onun iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Xudabaxşıyeva Güləmbər Kəbirulla qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Xudabaxşıyeva Güləmbər Kəbirulla qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən, bank borcalana 24 ay müddətinə qaytarmaq şərtilə illik 25 faiz ödənilməklə 2000 ABŞ dolları məbləğində kredit vermişdir. - xx.xx.2016-cı il tarixli İddiaçı ASC ilə Xudabaxşıyeva Güləmbər Kəbirulla qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə Əlavə Saziş № 1-dən görünür ki, Xudabaxşıyeva Güləmbər Kəbirulla qızının Dəmirbank ASC qarşısında kredit öhdəliyinin qalığı 1313.03 manat təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2017-ci il tarixədək uzadılır və həmin tarixdən kredit illik 10% ödənilir. - xx.xx.2017-ci il tarixli İddiaçı ASC ilə Xudabaxşıyeva Güləmbər Kəbirulla qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə Əlavə Saziş № 2-dən görünür ki, Xudabaxşıyeva Güləmbər Kəbirulla qızının Dəmirbank ASC qarşısında kredit öhdəliyi: 1) 892.92 ABŞ dolları əsas borc, 19.31 ABŞ dolları faiz məbləği; 2) 1825.56 ABŞ dolları əsas borc, 112.84 ABŞ dolları faiz məbləği cəmi 2850.63 ABŞ dolları təşkil edən qalığı konvertasiya edilməklə 4564,06 manat təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılır və həmin tarixdən kredit illik 25% ödənilir. -xx.xx.2017-ci il restrukturizasiya müqaviləsi üzrə vahid kredit şərtlərinə əsasən kreditin müddəti xx.xx.2020-ci il tarixədək müddətinə uzaldılmışdır. Məhkəmə hesab edir ki, iddiaçı ilə Xudabaxşıyeva Güləmbər Kəbirulla qızı arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Hüquq münasibətləri yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılmasına və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılmasıunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən mübahisələndirilən hal o olmuşdur ki, cavabdeh "xxxx" ASC-nin (ləğv prosesindədir) xx.xx.2023-cü il tarixli **********458 nömrəli "Bildirişin"də tərəflər arasında heç vaxt mövcud olmayan sazişə istinad olunaraq borcun ödənilməsi tələb olunmuşdur. Belə ki, həmin pretenziya məktubunda tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli KM006T02170011S01 bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə illik 15% ödənilməsi şərti ilə 41 ay müddətinə ilkin məbləğ 4565 manat məbləğində kredit verildiyi göstərilmişdir. Tərəflər arasında ilkin kredit müqaviləsi xx.xx.2015-ci ildə ********* nömrə ilə bağlanmışdır. xx.xx.2016-cı ildə xx.xx.2015-ci il tarixli ********* nömrəli müqaviləyə dair əlavə saziş imzalanmışdır. Daha sonra isə xx.xx.2017-ci ildə isə xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə Əlavə Saziş bağlanmışdır ki, belə bir saziş yoxdur. Bu isə onu göstərir ki, tərəflər arasında elə bir müqavilə bağlanmayıb. Məhkəmə araşdırması zamanı sözügedən xx.xx.2015-ci kredit müqaviləsi məhkəməyə təqdim olunmasa da, bank ləğvetmə prosesində olduğuna görə məhkəmə təqdim olunan kassa məxaric orderini cavabdehin bankdan pulu götürməyini təsdiq edən sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh Xudabaxşıyeva Güləmbər Kəbirulla qızının hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh Xudabaxşıyeva Güləmbər Kəbirulla qızı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, razılaşdırılmış müddətdə və qaydada tam ödənişlər etməmiş, bununla da, iddiaçının müqavilədən irəli gələn tələb kimi kredit məbləğinin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Ona görə də, əsas kredit və faiz borclarının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi qanuni və əsaslıdır. İddia ərizəsinin öhdəliyin gecikdirməsi nəticəsində yaranmış 560,74 manat məbləğində pulun tutulması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2020-ci ildə bitmişdir. Buna görə də, cavabdehdən müqavilə üzrə öhdəliyin vaxtında icra olunmaması nəticəsində cəmi 560,74 manat məbləğində dəymiş zərərin əvəzi tutularaq, iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə əsas borcun 3806.23 manat məbləğində müəyyən olunduğu halda cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 1936.14 manat məbləğində cərimə (dəbbə) pul məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunu azaldaraq 300 manat müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 99,88 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Xudabaxşıyeva Güləmbər Kəbirulla qızından 3806 (üç min səkkiz yüz altı) manat, 23 (iyirmi üç) qəpik əsas, 1684 (min altı yüz səksən dörd) manat, 74 (yetmiş dörd) qəpik faiz, 300 (üç yüz) manat cərimə, 560 (beş yüz altmış) manat, 74 (yetmiş dörd) qəpik illik 5 faiz olmaqla faiz, cəmi 6351 (altı min üç yüz əlli bir) manat, 71 (yetmiş bir) qəpik məbləğində borc pul və 99 (doxsan doqquz) manat, 88 (səksən səkkiz) qəpik ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar