Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-93/2023 28.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi ilə, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-ı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 220.26 manat (iki yüz iyirmi manat, iyirmi altı qəpik) məbləğində əsas borc, 18.95 manat (on səkkiz manat, doxsan beş qəpik) məbləğində faiz borcu, 185.74 manat (bir yüz səksən beş manat, yetmiş dörd qəpik) məbləğində cərimə borcu, 31.20 manat (otuz bir manat, iyirmi qəpik) gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi, ümumilikdə isə 456.15 manat (dörd yüz əlli altı manat, on beş qəpik) məbləğində pulun və 20 (iyirmi) manat dövlət rüsümunun iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. QSC “Bank Standard” KB ilə X1 arasında 11 mart 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/108659/14 nömrəli müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 507 (beş yüz yeddi) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin 15 yanvar 2019-cu il tarixinə Banka 220.26 manat (iki yüz iyirmi manat, iyirmi altı qəpik) məbləğində əsas borc, 18.95 manat (on səkkiz manat, doxsan beş qəpik) məbləğində faiz borcu, 185.74 manat (bir yüz səksən beş manat, yetmiş dörd qəpik) məbləğində cərimə borcu, 31.20 manat (otuz bir manat, iyirmi qəpik) gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi, ümumilikdə isə 456.15 manat (dörd yüz əlli altı manat, on beş qəpik) məbləğində borcu qalmışdır. QSC “Bank Standard” KB-nın Cavabdeh ünvanladığı bildirişə əsasən məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 220.26 manat məbləğində əsas borc, 18.95 manat məbləğində faiz borcu, 185.74 manat məbləğində cərimə borcu, 31.20 manat gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi, ümumilikdə isə 456.15 manat məbləğində kredit kartı borcu Cavabdeh tutularaq QSC “Bank Standard” KB-yə ödənilməlidir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən: “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Bu iş üzrə isə Cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə: “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın xeyrinə əsas borc 220.26 manat (iki yüz iyirmi manat, iyirmi altı qəpik) məbləğində əsas borc, 18.95 manat (on səkkiz manat, doxsan beş qəpik) məbləğində faiz borcu, 185.74 manat (bir yüz səksən beş manat, yetmiş dörd qəpik) məbləğində cərimə borcu, 31.20 manat (otuz bir manat, iyirmi qəpik) gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi, ümumilikdə isə 456.15 manat (dörd yüz əlli altı manat, on beş qəpik) məbləğində pulun və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddə tində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-93/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-93/2023
28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver