Məhkəmə qərarları › İş №e-2(008)-932/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-932/2024

07.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-932/2024 07.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətində "xxxx" ASC) nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh faydalanan şəxsin hesabına köçürülmüş sığorta ödənişi əvəzində 107500 manat məbləğində vəsaitin, 397,50 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2020-ci il tarixdə "xxxx" ASC tərəfindən “daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən yanğın təhlükəsizliyi qaydalarına riayət edilməmiş, baş vermiş partlayış nəticəsində "xxxx" MMC və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən qeyri-yaşayış sahəsinə zərər dəymişdir. Hadisə üzrə xx.xx.2021-ci il tarixdə FHNnin tərtib etdiyi 10/3722 saylı ekspert rəyinə, eyni zamanda Abşeron Rayon Məhkəməsinin l(012)-33/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Sığortalı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən qeyri-yaşayış sahəsinə dəyən zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmişdir. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən qeyri-yaşayış sahəsinə dəyən zərər qiymətləndirilmiş “Əmlakın qiymətləndirilməsinə dair” rəyə əsasən 145882 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli “Sığorta aktı”na əsasən, 107500 manat məbləğində sığorta ödənişinin pay nisbətinə uyğun olaraq, 75250 manat məbləğində hissəsi "xxxx" MMC-nin təqdim etdiyi hesaba, digər hissəsi yəni, 32250 manat məbləğində sığorta ödənişi isə digər payçı "xxxx" MMC-nin təqdim etdiyi hesaba köçürülmüşdür. (Qeyd: sığorta məbləği 110000 manat olmaqla, 2500 manat məbləğində azadolma tətbiq olunmuşdur). xx.xx.2023-cü il tarixdə 107500 manat məbləğində vəsaitin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. "xxxx" ASC tərəfindən ödənilmiş 107500 manat məbləğində vəsait Cavabdeh tərəfindən geri qaytarılmalıdır. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmiş, etirazını onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş l(012)-33/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, xx.xx.2020-ci il tarixdən "xxxx" MMCnin direktoru işlədiyi müddətdə üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda, bununla bağlı qanunvericiliyin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına riayət etmədiyinə görə ehtiyatsızlıqdan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən "xxxx" MMC-nin satış sahəsində xx.xx.2020-ci il tarixdə baş vermiş qaz partlayışı nəticəsində ağır yanıq xəsarətləri almış X3 27 noyabr 2020-ci il tarixdə müalicə olunduğu xəstəxanada ölməsinə, X1 yüngül dərəcəli zərər vurulmasına, satış və sərgi salonu partlayışın təsirinə məruz qaldığı üçün digər ağır nəticə hesab edilən "xxxx" MMC-yə 204000 manat məbləğində tikinti üzrə maddi ziyan dəyməsinə səbəb olmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmündən aydın görünür ki, sığortalı və faydalanan şəxs olan "xxxx" MMC ilə onun direktoru Cavabdeh arasında yanğın hadisəsi baş verdiyi zaman əmək münasibətləri mövcud olmuşdur. Adıçəkilən hökmə əsasən, Cavabdeh həmin vaxt direktoru olduğu "xxxx" MMC-də üzərinə qoyulmuş məhz əmək münasibətlərindən yaranan yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və rəhbəri olduğu müəssisəyə maddi ziyan vurulmasına səbəb olduğuna görə məhkum edilmişdir. Qeyd edilən məhkəmə hökmündə sübut qismində istinad edilmiş xx.xx.2021-ci il tarixli 10/3725 nömrəli ekspertiza rəyinin nəticə hissəsində göstərilir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən "xxxx" MMC-yə məxsus satış-ofis sahəsində partlayış "xxxx" MMC-ni təbii qazla təchiz edən polad qaz borusunun avtomobil yolunun altı ilə keçən hissəsində, korroziya nəticəsində əmələ gəlmiş dəliklərdən sızan qazın "xxxx" MMC-nin sərgi və satış sahəsinə dolaraq alışmasından baş vermişdir. Yəni, daşınmaz əmlakın icbari sığortası haqqında xx.xx.2020-ci il tarixdə müqavilə bağlananda "xxxx" MMC-ni təbii qazla təmin edən qaz xətti yararsız vəziyyətdə olmuşdur. Mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən, özünün qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyanla bağlı məsələlərin həlli Əmək Məcəllənin normalarında həllini tapmışdır. Hazırkı vəziyyətdə "xxxx" MMC-yə onun direktoru Cavabdeh tərəfindən vurulan ziyanla bağlı məsələ “İcbari sığortalar haqqında” Qanunla deyil, Əmək Məcəlləsi ilə tənzimlənməlidir. "xxxx" ASC məhkəmədə Cavabdeh qarşı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik deyil. sığortaçı "xxxx" ASC tərəfindən sığortalı "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı xx.xx.2020-ci il tarixdə iki icbari sığorta şəhadətnaməsi tərtib edilərək, imzalanıb möhürlə təsdiq edilmişdir. Onlardan birincisi RPA********** nömrəli, blank seriyası “BB”, nömrəsi 104323 olan “Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi”ndən görünür ki, sığortalı "xxxx" MMC 157,87 manat sığorta haqqı ödəməklə, mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsini 110.000 manat sığorta məbləği ödənilməsi şərtilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığortaçı "xxxx" ASC-də icbari sığorta etdirmişdir. Digər LPA********** nömrəli, blank seriyası “SA”, nömrəsi 115970 olan “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası şəhadətnaməsi”ndən isə görünür ki, sığortalı "xxxx" MMC 30,0 manat sığorta haqqı ödəməklə, mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyriyaşayış sahəsini xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığortaçı "xxxx" ASC-də icbari sığorta etdirmişdir. Lakin bu şəhadətnamədə sığortalı "xxxx" MMC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinə vurulan zərərə görə ödəniləcək sığorta məbləği göstərilməmişdir. Aydındır ki, daşınmaz əmlakın icbari sığorta müqaviləsi sığortaçı ilə sığortalı arasında yaranmış icbari sığorta münasibətlərini tənzimləyən yazılı sənəddir. Əlbəttə, icbari sığorta müqaviləsinin bağlanması üçün bu barədə sığortalı sığortaçıya rəsmi yazılı formada müraciət etməlidir. Qeyd edilməlidir ki, mülki işdə olan icbari sığorta müqaviləsinin bağlanmasına dair sığortaçı "xxxx" ASC-nin firma blankında xx.xx.2019-cu il tarixdə C-PİC-0461/9 nömrəli “Daşınmaz əmlakın icbari sığortası üzrə kvotasya” tərtib edilsə də, 15 gün müddətində qüvvədə olan bu təklif sığortalı "xxxx" MMC tərəfindən nə imzalanmamış, nə də möhürlə təsdiq edilməmişdir. İcbari sığorta müqaviləsinin bağlanmasına dair sığortaçı "xxxx" ASC-nin firma blankında C-PİC-0461/9 nömrəli “Daşınmaz əmlakın icbari sığortası üzrə kvotasya”nın xx.xx.2019-cu il tarixdə tərtib edilməsindən 15 gün müddətin xx.xx.2020-ci il tarixdə başa çatması nəzərə alınsa, onda xx.xx.2020-ci il tarixdə tərtib edilərək, imzalanıb möhürlə təsdiq edilməsi yuxarıda qeyd edilən iki icbari sığorta şəhadətnaməsinin artıq heç bir hüquqi qüvvəsinin olmadığı diqqətdən yayınmamalıdır. Çünki, icbari sığorta müqaviləsinin bağlanmasına dair təklifin müddəti xx.xx.2020-ci il tarixdə başa çatandan sonra sığortaçı "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilərək, imzalanıb möhürlə təsdiq edilmiş adıçəkilən iki icbari sığorta şəhadətnaməsi sığortalı "xxxx" MMC üçün hər hansı formada hüquqi nəticə yarada bilməzdi. Belə vəziyyətdə yuxarıda göstərilən daşınmaz əmlakın icbari sığortası şəhadətnamələrindən heç biri sığortaçı "xxxx" ASC ilə sığortalı "xxxx" MMC arasında daşınmaz əmlakın icbari sığorta müqaviləsinin bağlanmasını təsdiq edən sənəd qismində qəbul edilə bilməz. Bundan başqa, sığorta hadisəsi barədə məlumatı və sığorta ödənişlərinin məbləğinin hesablanmasını özündə əks etdirən xx.xx.2023-cü il tarixli “Sığorta aktı” sığortaçı "xxxx" ASC-nin İdarə heyətinin üzvü A.R.Ömərova tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Ümumiyyətlə, sığorta ödənişinin həyata keçrilməsinə hüquqi əsas yaradan bu vacib sənədin kim tərəfindən tərtib edilməsi də naməlum qalmış və o, sığortaçı "xxxx" ASC-də qeydiyyata alınmamışdır. Həmçinin qeyd edilməlidir ki, “Sığorta aktı”nda istinad edilən PİC-104323/20 nömrəli sığorta şəhadətnaməsi sığortaçı "xxxx" ASC tərəfindən sığortalı "xxxx" MMC barəsində tərtib etdiyi daşınmaz əmlakının icbari sığortasına dair iki icbari sığorta şəhadətnaməsinin heç birinə uyğun deyildir və tamamilə başqa bir sığorta şəhadətnaməsi ilə bağlı tərtib edilmişdir. Bununla da, xx.xx.2023-cü il tarixli “Sığorta aktı”nda sığortaçı "xxxx" ASC ilə sığortalı "xxxx" MMC arasında icbari sığorta münasibətlərini tənzimləməyən sənədə istinad edilmişdir. Bu halda iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Sığorta aktı” sığorta ödənişinin yerinə yetirilməsinə əsas olan sənəd qismində qəbul edilə bilməz və mötəbər sübut sayıla bilməz. Ən nəhayət sığorta müqaviləsi yazılı olaraq, müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən оna sığorta şəhadətnaməsinin verilməsi yоlu ilə bağlanır. Sığortaçı "xxxx" ASC tərəfindən sığortalı "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı xx.xx.2020-ci il tarixdə tərtib edilib imzalanmış və möhürlə təsdiq edilmiş iki icbari sığorta şəhadətnaməsinin heç birində sığortalanan risklər, о cümlədən, qaz partlayışı, kоnkret оlaraq sadalanmamış, оnların məbləğləri göstərilməmişdir. RPA********** nömrəli, blank seriyası “BB”, nömrəsi 104323 olan “Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi”ndə sığortalı "xxxx" MMC-nin mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin sığorta məbləğinin 110.000 manat оlması göstərilsə də, bu məbləği hansı növ sığorta riskinə görə ödənilməli оlması qeyri-müəyyən qalmışdır. Bu halda adıçəkilən icbari sığоrta şəhadətnaməsi üzrə sığоrta ödənişi aparılmış оlsaydı, о qanuni sayıla bilməzdi. Birinci fakt və hal: Qanuni qüvvəyə minmiş məhkəmə hökmündən görünür ki, sığortalı və faydalanan şəxs olan "xxxx" MMC ilə onun direktoru Cavabdeh arasında yanğın hadisəsi baş verdiyi zaman əmək münasibətləri mövcud olmuşdur. Adıçəkilən hökmə əsasən, Cavabdeh həmin vaxt direktoru olduğu "xxxx" MMC-də üzərinə qoyulmuş məhz əmək münasibətlərindən yaranan yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və rəhbəri olduğu müəssisəyə maddi ziyan vurulmasına səbəb olduğuna görə məhkum edilmişdir. Mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən, özünün qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyanla bağlı məsələlərin həlli Azərbaycan Respublikası Əmək Məcəlləsinin normalarında həllini tapmışdır. Hazırkı vəziyyətdə "xxxx" MMC-yə onun direktoru Cavabdeh tərəfindən vurulan ziyanla bağlı məsələ “İcbari sığortalar haqqında” Qanunla deyil, Əmək Məcəlləsi ilə tənzimlənməlidir. Ona görə də "xxxx" ASC-nin Cavabdeh qarşı hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır, belə vəziyyətdə isə "xxxx" ASC-nin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı idi. İkinci fakt və hal: Məhkəmə hökmündə sübut qismində istinad edilmiş xx.xx.2021-ci il tarixli 10/3725 nömrəli ekspertiza rəyinin nəticə hissəsində göstərilir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən "xxxx" MMC-yə məxsus satış-ofis sahəsində partlayış "xxxx" MMC-ni təbii qazla təchiz edən polad qaz borusunun avtomobil yolunun altı ilə keçən hissəsində, korroziya nəticəsində əmələ gəlmiş dəliklərdən sızan qazın "xxxx" MMC-nin sərgi və satış sahəsinə dolaraq alışmasından baş vermişdir. Bununla da təsdiq edilir ki, daşınmaz əmlakın icbari sığortası haqqında xx.xx.2020-ci il tarixdə müqavilə bağlananda "xxxx" MMC-ni təbii qazla təmin edən qaz xətti yararsız vəziyyətdə olmuşdur. Üçüncü fakt və hal: İşdən görünür ki, sığortaçı "xxxx" ASC tərəfindən sığortalı "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyriyaşayış sahəsi ilə bağlı xx.xx.2020-ci il tarixdə iki icbari sığorta şəhadətnaməsi tərtib edilərək, imzalanıb möhürlə təsdiq edilmişdir. Onlardan birincisi RPA********** nömrəli, blank seriyası “BB”, nömrəsi 104323 olan “Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi”ndən görünür ki, sığortalı "xxxx" MMC 157,87 manat sığorta haqqı ödəməklə, mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyriyaşayış sahəsini 110.000 manat sığorta məbləği ödənilməsi şərtilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığortaçı "xxxx" ASC-də icbari sığorta etdirmişdir. Digər LPA********** nömrəli, blank seriyası “SA”, nömrəsi 115970 olan “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası şəhadətnaməsi”ndən isə görünür ki, sığortalı "xxxx" MMC 30,0 manat sığorta haqqı ödəməklə, mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsini xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığortaçı "xxxx" ASC-də icbari sığorta etdirmişdir. Lakin, bu şəhadətnamədə sığortalı "xxxx" MMC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinə vurulan zərərə görə ödəniləcək sığorta məbləği göstərilməmişdir. Qeyd edilməlidir ki, mülki işdə olan icbari sığorta müqaviləsinin bağlanmasına dair sığortaçı "xxxx" ASC-nin firma blankında xx.xx.2019-cu il tarixdə C-PİC-0461/9 nömrəli “Daşınmaz əmlakın icbari sığortası üzrə kvotasya” tərtib edilsə də, 15 gün müddətində qüvvədə olan bu təklif sığortalı "xxxx" MMC tərəfindən nə imzalanmamış, nə də möhürlə təsdiq edilməmişdir. İcbari sığorta müqaviləsinin bağlanmasına dair sığortaçı "xxxx" ASC-nin firma blankında C-PİC-0461/9 nömrəli “Daşınmaz əmlakın icbari sığortası üzrə kvotasya”nın xx.xx.2019-cu il tarixdə tərtib edilməsindən 15 gün müddətin xx.xx.2020-ci il tarixdə başa çatması nəzərə alınsa, onda xx.xx.2020-ci il tarixdə tərtib edilərək, imzalanıb möhürlə təsdiq edilməsi yuxarıda qeyd edilən iki icbari sığorta şəhadətnaməsinin artıq heç bir hüquqi qüvvəsinin olmadığı diqqətdən yayınmamalıdır. Çünki, icbari sığorta müqaviləsinin bağlanmasına dair təklifin müddəti xx.xx.2020-ci il tarixdə başa çatandan sonra sığortaçı "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilərək, imzalanıb möhürlə təsdiq edilmiş adıçəkilən iki icbari sığorta şəhadətnaməsinin sığortalı "xxxx" MMC üçün hər hansı formada hüquqi nəticə yarada bilməzdi. Belə vəziyyətdə yuxarıda göstərilən daşınmaz əmalkın icbari sığortası şəhadətnamələrindən heç biri sığortaçı "xxxx" ASC ilə sığortalı "xxxx" MMC arasında daşınmaz əmlakın icbari sığorta müqaviləsinin bağlanmasını təsdiq edən sənəd qismində qəbul edilə bilməz. Dördüncü fakt və hal: Sığorta hadisəsi barədə məlumatı və sığorta ödənişlərinin məbləğinin hesablanmasını özündə əks etdirən xx.xx.2023-cü il tarixli “Sığorta aktı” sığortaçı "xxxx" ASC-nin İdarə heyətinin üzvü A.R.Ömərova tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmşdir. Ümumiyyətlə, sığorta ödənişinin həyata keçrilməsinə hüquqi əsas yaradan bu vacib sənədin kim tərəfindən tərtib edilməsi də naməlum qalmış və o, sığortaçı "xxxx" ASC-də qeydiyyata alınmamışdır. Həmçinin qeyd edilməlidir ki, “Sığorta aktı”nda istinad edilən PİC-104323/20 nömrəli sığorta şəhadətnaməsi sığortaçı "xxxx" ASC tərəfindən sığortalı "xxxx" MMC barəsində tərtib etdiyi daşınmaz əmlakının icbari sığortasına dair iki icbari sığorta şəhadətnaməsinin heç birinə uyğun deyil və tamamilə başqa bir sığorta şəhadətnaməsi ilə bağlı tərtib edilmişdir. Bununla da, xx.xx.2023-cü il tarixli “Sığorta aktı”nda sığortaçı "xxxx" ASC ilə sığortalı "xxxx" MMC arasında icbari sığorta münasibətlərini tənzimləməyən sənədə istinad edilmişdir. Bu halda iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Sığorta aktı” sığorta ödənişinin yerinə yetirilməsinə əsas olan sənəd qismində qəbul edilə bilməz və mötəbər sübut sayıla bilməz. Beşinci fakt və hal: Xüsusilə qeyd edilməlidir ki, sığortaçı "xxxx" ASC tərəfindən sığortalı "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı xx.xx.2020-ci il tarixdə tərtib edilib imzalanmış və möhürlə təsdiq edilmiş iki icbari sığorta şəhadətnaməsinin heç birində sığortalanan risklər, o cümlədən, qaz partlayışı, konkret olaraq sadalanmamış, onların məbləğləri göstərilməmişdir. RPA********** nömrəli, blank seriyası “BB”, nömrəsi 104323 olan “Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi”ndə sığortalı "xxxx" MMC-nin mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin sığorta məbləğinin 110.000 manat olması göstərilsə də, bu məbləği hansı növ sığorta riskinə görə ödənilməli olmasi qeyri-müəyyən qalmışdır. Bu halda adıçəkilən icbari sığorta şəhadətnaməsi üzrə sığorta ödənişi aparılmış olsaydı, o qanuni sayıla bilməzdi. Beləliklə, hesab edir ki, iddiaçı "xxxx" ASC-nin ona qarşı ödənilmiş pulun subroqasiya hüququ əsasında geri qaytarılması tələbinə dair iddia ərizəsinin təmin edilməsinə heç bir hüquqi əsas mövcud deyil. Sığortaçı "xxxx" ASC tərəfindən sığortalı "xxxx"-yə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı xx.xx.2020-ci il tarixdə iki icbari sığorta şəhadətnaməsi tərtib edilərək, imzalanıb möhürlə təsdiq edilmişdir. Onlardan birincisi RPA********** nömrəli, blank seriyası “BB”, nömrəsi 104323 olan “Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi”ndən görünür ki, sığortalı "xxxx" MMC 157,87 manat sığorta haqqı ödəməklə, mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsini 110.000 manat sığorta məbləği ödənilməsi şərtilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığortaçı "xxxx" ASC-də icbari sığorta etdirmişdir. İkinci LPA********** nömrəli, blank seriyası “SA”, nömrəsi 115970 olan “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası şəhadətnaməsi”ndən isə görünür ki, sığortalı "xxxx" MMC 30,0 manat sığorta haqqı ödəməklə, mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyriyaşayış sahəsini xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığortaçı "xxxx" ASC-də icbari sığorta etdirmişdir. Lakin, ikinci sığorta şəhadətnamədə sığortalı "xxxx" MMC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinə vurulan zərərə görə nə qədər sığorta məbləğinin ödəniləcəyi göstərilməmişdir. İddia ərizəsinə etirazın əsas dəlillərini aşağıdakı qaydada qruplaşdırmaq olar: l) Qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsinin 1(012)-33/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmündə sübut qismində istinad edilmiş xx.xx.2021-ci il tarixli 10/3725 nömrəli ekspertiza rəyindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən "xxxx" MMC-yə məxsus satış-ofis sahəsində partlayış "xxxx" MMC-ni təbii qazla təchiz edən polad qaz borusunun avtomobil yolunun altı ilə keçən hissəsində, korroziya nəticəsində əmələ gəlmiş dəliklərdən sızan qazın "xxxx" MMC-nin sərgi və satış sahəsinə dolaraq alışmasından baş vermişdir. Yəni, daşınmaz əmlakın icbari sığortası haqqında xx.xx.2020-ci İl tarixdə müqavilə bağlananda "xxxx" MMC-ni təbii qazla təmin edən qaz xətti yararsız vəziyyətdə olmuşdur. Bununla təsdiq edilir ki, adıçəkilən icbari sığorta müqaviləsi istismara yararsız vəziyyətdə olan əmlaka münasibətdə bağlandığı üçün qanunsuz olmuşdur. 2) Qanuni qüvvəyə minmiş məhkəmə hökmündən aydın görünür ki, sığortalı və faydalanan şəxs olan "xxxx" MMC ilə onun direktoru Cavabdeh arasında yanğın hadisəsi baş verdiyi zaman əmək münasibətləri mövcud olmuşdur. Adıçəkilən hökmə əsasən, Cavabdeh həmin vaxt direktoru olduğu "xxxx" MMC-də üzərinə qoyulmuş məhz əmək münasibətlərindən yaranan yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və rəhbəri olduğu müəssisəyə maddi ziyan vurulmasına səbəb оlduğuna görə məhkum edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimlənməlidir (Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” yarımbəndi, 191-ci maddəsinin 1-ci hissəsi, 193cü maddəsinin 1-ci və 2-ci hissələri və 194-cü maddəsi) Belə ki, mülkiyyətçi "xxxx" MMC ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən, özünün qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyanla bağlı məsələlərin həlli Əmək Məcəllənin normalarında həllini tapmışdır. Bu halda isə iddiaçı "xxxx" ASC Cavabdeh qarşı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir. 3) Mülki işdə olan icbari sığorta müqaviləsinin bağlanmasına dair sığortaçı "xxxx" ASC- nin firma blankında xx.xx.2019-cu il tarixdə C-PİC-0461/9 nömrəli “Daşınmaz əmlakın icbari sığortası üzrə kvotasya” tərtib edilsə də, 15 gün müddətində qüvvədə olan bu təklif sığortalı "xxxx" MMC tərəfindən nə imzalanmamış, nə də möhürlə təsdiq edilməmişdir. İcbari sığorta müqaviləsinin bağlanmasına dair sığortaçı "xxxx" ASC-nin firma blankında C-PİC-0461/9 nömrəli “Daşınmaz əmlakın icbari sığortası üzrə kvotasya”nın xx.xx.2019-cu il tarixdə tərtib edilməsindən 15 gün müddətin xx.xx.2020-ci il tarixdə başa çatması nəzərə alınsa, onda xx.xx.2020-ci il tarixdə tərtib edilərək, imzalanıb möhürlə təsdiq edilməsi yuxarıda qeyd edilən iki icbari sığorta şəhadətnaməsinin artıq heç bir hüquqi qüvvəsinin olmadığı diqqətdən yayınmamalıdır. Çünki, icbari sığorta müqaviləsinin bağlanmasına dair təklifin müddəti xx.xx.2020-ci il tarixdə başa çatandan sonra sığortaçı "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilərək, imzalanıb möhürlə təsdiq edilmiş adıçəkilən iki icbari sığorta şəhadətnaməsinin sığortalı "xxxx" MMC üçün hər hansı formada hüquqi nəticə yarada bilməzdi. Belə vəziyyətdə yuxarıda göstərilən daşınmaz əmlakın icbari sığortası şəhadətnamələrindən heç biri sığortaçı "xxxx" ASC ilə sığortalı "xxxx" MMC arasında daşınmaz əmlakın icbari sığorta müqaviləsinin bağlanmasını təsdiq edən sənəd qismində qəbul edilə bilməz. 4) Sığorta hadisəsi barədə məlumatı və sığorta ödənişlərinin məbləğinin hesablanmasını özündə əks etdirən xx.xx.2023-cü il tarixli “Sığorta aktı” sığortaçı "xxxx" ASC-nin İdarə heyətinin üzvü A.R.Ömərova tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmşdir. Bundan başqa, sığorta ödənişinin həyata keçrilməsinə hüquqi əsas yaradan bu vacib sənədin kim tərəfindən tərtib edilməsi də naməlum qalmış və o, sığortaçı "xxxx" ASC-də qeydiyyata alınmamışdır. Bundan əlavə, “Sığorta aktı”nda istinad edilən PİC-104323/20 nömrəli sığorta şəhadətnaməsi sığortaçı "xxxx" ASC tərəfindən sığortalı "xxxx" MMC barəsində tərtib etdiyi daşınmaz əmlakının icbari sığortasına dair iki icbari sığorta şəhadətnaməsinin (....) heç birinə uyğun deyildir və tamamilə başqa bir sığorta şəhadətnaməsi ilə bağlı tərtib edilmişdir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli “Sığorta aktı”nda sığortaçı "xxxx" ASC ilə sığortalı "xxxx" MMC arasında icbari sığorta münasibətlərini tənzimləməyən PİC-104323/20 nömrəli sığorta şəhadətnaməsinə istinad edilmişdir. Əlbəttə, bu halda iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Sığorta aktı” sığorta ödənişinin yerinə yetirilməsinə əsas olan sənəd qismində qəbul edilə bilməz və mötəbər sübut sayıla bilməz. 5) Sığortaçı "xxxx" ASC tərəfindən sığortalı "xxxx" MMC-nə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı xx.xx.2020-ci il tarixdə tərtib edilib imzalanmış və möhürlə təsdiq edilmiş iki icbari sığorta şəhadətnaməsinin heç birində sığortalanan risklər, o cümlədən, qaz partlayışı, konkret olaraq sadalanmamış, onların məbləğləri göstərilməmişdir. RPA********** nömrəli, blank seriyası “BB”, nömrəsi 104323 olan “Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi”ndə sığortalı "xxxx" MMC-nin mülkiyyətində olan Abşeron rayonu göstərilsə də, bu məbləği hansı növ sığorta riskinə görə ödənilməli olmasi qeyri-müəyyən qalmışdır. Qeyd edilənləri nəzərə alaraq, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə Əжdər qızı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməmiş, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan PİC-104323/20 (RPA**********) saylı sığorta şəhadətnaməsinin surətindən görünür ki, sığortalı "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsi sığortaçı "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 110000 manat miqdarında zərərdən sığortalanmışdır; -LPA-********** saylı daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası şəhadətnaməsinin surətindən görünür ki, sığortalı "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsi sahibinin mülki məsuliyyəti icbari sığorta üzrə sığortaçı "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığortalanmışdır; - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin xx/xx-04432 saylı xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən "xxxx" MMC-nin direktoru işlədiyi müddət ərzində üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 7.8, “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”nin 2.3.4, 2.3.6.1, “Qazdan istifadə qaydaları”nın 3.3.7, 3.3.9, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.28, 9.29 və “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.3.6, 3.3.7, 3.3.18-ci bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına riayət etməməsi, yəni Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən "xxxx" MMC-nin balansında və istismarında olan yeraltı 40 mm-lik polad qaz borusunu saz vəziyyətdə saxlamaq üçün xüsusi razılığı olan təşkilatla və ya qaz paylayıcısı ilə texniki xidmət müqaviləsi bağlamaması, qaz qurğularına xüsusi təlim keçmiş işçi heyəti tərəfindən xidmət göstərilməsini və "xxxx" MMC-nin satış-ofis sahəsinin daxilində qaz sızmasını müəyyən edən detektor quraşdırılmasını təşkil etməməsi səbəbindən həmin 40 mm-lik polad qaz borusunun üzərində yaranmış korroziya nəticəsində xətdə əmələ gəlmiş dəliklərdən sızan qaz borunun üstünə keçirilmiş 108 mm-lik futlyar vasitəsi ilə satış sahəsindən 20 sm məsafədə yerləşən baxış quyusuna, oradan isə satış sahəsinə dolduğu üçün partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığı əmələ gəlmiş, xx.xx.2020-ci il tarixdə saat 16 radələrində satış sahəsində olan X5 işığı söndürən zaman elektrik açarında yaranmış qığılcımın təsirindən alışması səbəbindən baş vermiş partlayış zamanı X5 yuxarı tənəffüs yollarının yanıq xəstəliyi və ağır dərəcəli yanıq şoku ilə nəticələnən, baş, sifət, boyun, hər iki qulaq seyvanları, hər iki yuxarı ətrafları, gövdənin arxa, döş qəfəsinin ön səthinin sağ və sağ yan səthinin, göbək ətrafı, hər iki sağrı, bud, diz oynaqları, hər iki baldır və sağ ayaq nahiyələrinin, ümumi bədən səthinin təxminən 70-75%-ni əhatə edən İİ- İİİ dərəcəli yanığı ilə müşahidə olunan sağlamlığına ağır xəsarət vurulmasına xarakterik xəsarətlər alaraq xx.xx.2020-ci il tarixdə saat 07:30-da müalicə olunduğu xəstəxanada ağır yanıq şokundan ölmüş, X2 baldırın orta 1/3-nin yanması ilə müşahidə olunan sağlamlığına yüngül dərəcəli zərər vurulmasına xarakterik xəsarət almış, eyni zamanda satış və sərgi salonu partlayışın təsirinə məruz qaldığı üçün digər ağır nəticə hesab edilən "xxxx" MMCyə 204000 manat məbləğində tikinti üzrə maddi ziyan dəymiş, bununla da, Cavabdeh üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olmaqla pozmuşdur; - Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının 1(102)- 1848/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi Nəsibоva Nailə Cahangir qızının nümayəndəsi Nəsibоv Cahangir Hacıbala оğlunun və məhkum Cavabdeh kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(105)-93/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən "xxxx" MMC-nin direktoru işlədiyi müddət ərzində üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 7.8, “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”nin 2.3.4, 2.3.6.1, “Qazdan istifadə qaydaları”nın 3.3.7, 3.3.9, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.28, 9.29 və “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.3.6, 3.3.7, 3.3.18-ci bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına riayət etməməsi, yəni Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən "xxxx" MMC-nin balansında və istismarında olan yeraltı 40 mm-lik polad qaz borusunu saz vəziyyətdə saxlamaq üçün xüsusi razılığı olan təşkilatla və ya qaz paylayıcısı ilə texniki xidmət müqaviləsi bağlamaması, qaz qurğularına xüsusi təlim keçmiş işçi heyəti tərəfindən xidmət göstərilməsini və "xxxx" MMC-nin satış-ofis sahəsinin daxilində qaz sızmasını müəyyən edən detektor quraşdırılmasını təşkil etməməsi səbəbindən həmin 40 mm-lik polad qaz borusunun üzərində yaranmış korroziya nəticəsində xətdə əmələ gəlmiş dəliklərdən sızan qaz borunun üstünə keçirilmiş 108 mm-lik futlyar vasitəsi ilə satış sahəsindən 20 sm məsafədə yerləşən baxış quyusuna, oradan isə satış sahəsinə dolduğu üçün partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığı əmələ gəlmiş, xx.xx.2020-ci il tarixdə saat 16 radələrində satış sahəsində olan X5 işığı söndürən zaman elektrik açarında yaranmış qığılcımın təsirindən alışması səbəbindən baş vermiş partlayış zamanı X5 yuxarı tənəffüs yollarının yanıq xəstəliyi və ağır dərəcəli yanıq şoku ilə nəticələnən, baş, sifət, boyun, hər iki qulaq seyvanları, hər iki yuxarı ətrafları, gövdənin arxa, döş qəfəsinin ön səthinin sağ və sağ yan səthinin, göbək ətrafı, hər iki sağrı, bud, diz oynaqları, hər iki baldır və sağ ayaq nahiyələrinin, ümumi bədən səthinin təxminən 70-75%-ni əhatə edən İİ- İİİ dərəcəli yanığı ilə müşahidə olunan sağlamlığına ağır xəsarət vurulmasına xarakterik xəsarətlər alaraq xx.xx.2020-ci il tarixdə saat 07:30-da müalicə olunduğu xəstəxanada ağır yanıq şokundan ölmüş, X2 baldırın orta 1/3-nin yanması ilə müşahidə olunan sağlamlığına yüngül dərəcəli zərər vurulmasına xarakterik xəsarət almış, eyni zamanda satış və sərgi salonu partlayışın təsirinə məruz qaldığı üçün digər ağır nəticə hesab edilən "xxxx" MMCyə 204000 manat məbləğində tikinti üzrə maddi ziyan dəymiş, bununla da, Cavabdeh üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olmaqla pozmuşdur. Abşerоn Rayоn Məhkəməsinin 1(012)-33/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 01 il müddəttinə müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul оlmahüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq оlunmaqla təyin оlunmuş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası 03 ay sınaq müddəti təyin edilməklə şərti hesab edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(105)-93/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Abşerоn Rayоn Məhkəməsinin 1(012)-33/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır; - xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, "xxxx" MMC, qaz sızması nəticəsində baş vermiş partlayışla əlaqədar dəymiş zərərə görə sığorta ödənişinin edilməsini "xxxx" ASC-dən xahiş etmişdir; - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli sığorta aktının surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində baş vermiş qaz partlayışı nəticəsində PİC-104323/20 saylı sığorta şəhadətnaməsi ilə nəzərdə tutulan sığortalı "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dəymiş zərərlə əlaqədar sığorta ödənişinin məbləği 107500,00 manat təşkil edir; - #001XOH********** saylı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC "xxxx" MMC-yə 32250 manat sığorta ödənişi etmişdir; - #001AZ**********8 saylı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC "xxxx" MMC-yə 75250 manat sığorta ödənişi etmişdir; - 4305/L saylı xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, "xxxx" ASC, "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dəymiş zərərlə əlaqədar 107500,00 manat sığorta ödənişinin əvəzini ödəməsini Cavabdeh təklif etmişdir; İddiaçı tələbini оnun tərəfindən PİC-104323/20 (RPA**********) saylı sığorta şəhadətnaməsinə əsasən sığortalı "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 110000 manat miqdarında zərərdən sığortalanması, LPA-********** saylı daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası şəhadətnaməsinə əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin sahibi sığortalı "xxxx" MMC-nin mülki məsuliyyətinin xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığortalanması, xx.xx.2020-ci il tarixdən "xxxx" MMC-nin direktoru оlan cavabdehin qanunvericiliyin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına riayət etməməsi səbəbindən baş vermiş partlayış zamanı dəymiş zərərlə əlaqədar "xxxx" MMC-yə 32250 manat və "xxxx" MMC-yə 75250 manat оlmaqla ümumilikdə 107500,00 manat sığorta ödənişi etməsi ilə əsaslandırmışdır. Cavabdeh iddiaya etirazını, yanğın hadisəsi baş verdiyi zaman sığortalı və faydalanan şəxs olan "xxxx" MMC ilə onun direktoru оlan cavabdeh arasında əmək münasibətləri mövcud olduğundan, vurulan ziyanla bağlı məsələ “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu ilə deyil, Azərbaycan Respublikası Əmək Məcəlləsinin ilə tənzimlənməli оlması, xx.xx.2020-ci il tarixli icbari sığorta müqaviləsinin оnu təbii qazla təmin edən qaz xətti yararsız vəziyyətdə olan əmlaka münasibətdə bağlanmaqla qanunsuz olması, LPA********** nömrəli, blank seriyası “SA”, nömrəsi 115970 olan “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası şəhadətnaməsi”ndə qeyri-yaşayış sahəsinə vurulan zərərə görə ödəniləcək sığorta məbləğinin göstərilməməsi, C-PİC-0461/9 nömrəli xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlakın icbari sığortası üzrə kvotasya”nın müddəti xx.xx.2020-ci il tarixdə başa çatdığından, xx.xx.2020-ci il tarixdə tərtib edilərək, imzalanıb möhürlə təsdiq edilmiş adıçəkilən iki icbari sığorta şəhadətnaməsinin sığortalı "xxxx" MMC üçün hər hansı formada hüquqi nəticə yaratmaması, xx.xx.2023-cü il tarixli “Sığorta aktı”nın sığortaçı "xxxx" ASC-nin İdarə heyətinin üzvü A.R.Ömərova tərəfindən imzalanmaması, möhürlə təsdiq edilməməsi, icbari sığorta şəhadətnaməsinin heç birində sığortalanan risklər, о cümlədən, qaz partlayışının kоnkret оlaraq sadalanmaması, sığorta məbləğlərinin göstərilməməsi ilə əsaslandırılmışdır. Məhkəmə cavabdehin iddiaya etirazı üzrə ilk öncə оnu qeyd etməyi zəruri sayır ki, cavabdeh bu barədə sübut təqdim etmədiyindən, xx.xx.2020-ci il tarixdə müqavilənin bağlanması anında "xxxx" MMC-ni təbii qazla təmin edən qaz xəttinin yararsız vəziyyətdə olması halı təsdiq edilməmişdir. Bundan başqa, müqavilənin şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, "xxxx" ASC-nin ziyanına (əleyhinə) təfsir edildiyindən sığorta şəhadətnamələrində qeyri-yaşayış sahəsinə vurulan zərərə görə ödəniləcək sığorta məbləğinin göstərilməməsi, sığortalanan risklərin, о cümlədən qaz partlayışının kоnkret оlaraq sadalanmaması, “Sığorta aktı”nın sığortaçı "xxxx" ASC-nin İdarə heyətinin üzvü A.R.Ömərova tərəfindən imzalanmaması, möhürlə təsdiq edilməməsi, "xxxx" ASC-ni dəymiş zərəri ödəmək öhdəliyindən azad etmədiyindən, sığortalı "xxxx" MMC-nin ziyanına (əleyhinə) təfsir оlunmamışdır. PİC-104323/20 (RPA**********) saylı sığorta və LPA- ********** saylı daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası şəhadətnamələr tərtib edildikdən sоnra sığortalı "xxxx" MMC həmin sənədləri mübahisələndirməmiş, əksinə sığоrta hadisəsi baş verdikdən sоnra müvafiq sığоrta ödənişinin edilməsi üçün sığortaçıya müraciət etmiş, sоnuncu da sığorta münasibətlərinin mövcudluğunu mübahisələndirmədən, sığоrtaçı оlaraq sığоrta ödənişi etmək öhdəliyini icra etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 49.2-ci maddəsinə əsasən sığortaçının sığortalıya və ya sığorta olunana qarşı subroqasiya hüququnun yaranmasının bu Qanunun 25.1.2-ci maddəsində müəyyən edilmiş əsası o halda tətbiq edilir ki, sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqol, narkotik və ya toksikoloji sərxoşluq vəziyyətində istismar etməsinin, o cümlədən inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılmasının müvafiq hadisənin baş verməsinə şərait yaratması sübut edilmiş olsun. 25.1.2-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması hallarda yaranır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan normlara əsasən sığortaçının sığortaolunandan subroqasiya qaydasında sığorta ödənişini tələb etmək hüququ ümumiyyətlə yaranmamışdır. Odur ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar