Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-956/2023 01.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Yasanıal” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GK № 013-05 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GK № 013-05 saylı kredit müqaviləsi üzrə banka olan 16 170.98 manat (on altı min hir yüz yetmiş manat 98 qəpik) faiz borcundan 189.51 manat (bir yiiz səksən doqquz manat 51 qəpik), cərimə borcundan 22.97 manat (iyirmi iki manat 97 qəpik) olmaqla, cəmi 16 383.46 manat (on altı min üç yüz səksən üç manat 46 qəpik) borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 45 manat məbləğində rüsumun və tərəfindən ödənilən 139.15 manat məbləğində dövlət rüsumunun cavabdeh (borcalan, inotekaqovan) Cavabdeh tutularaq TuranBank ASC-və ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus (DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011 -ci il tarixli MA seriyalı ******* saylı Çıxarışa əsasən) Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, ev 344 ünvanında mülkiyyətində olan ümumi sahəsi, 0.2218 ha xüsusi torpaq sahəsində yerləşən 157.8 kv.m. ümumi, 44.7 kv.m. yaşayış, 113.4 kv.m. yardımçı sahədən ibarət olan 1 mərtəbəli, 3 otaqlı bağ evi, həyətyanı torpaq sahəsi və həyətyanı tikililərlə birlikdə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına TuranBank ASC-yə olan borcun ödənilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, ev 344 ünvanında mülkiyyətində olan ümumi sahəsi, 0.2218 ha xüsusi torpaq sahəsində yerləşən 157.8 kv.m. ümumi, 44.7 kv.m. yaşayış, 113.4 kv.m. yardımçı sahədən ibarət olan 1 mərtəbəli, 3 otaqlı bağ evi, həyətyanı torpaq sahəsi və həyətyanı tikililərə tutma yönəldikdən və satıldıcıdan 1 (bir) av sonra həmin bağ evinin boşaldılaraq alıcıva təhvil verilməsi, xx.xx.2019-cu il tarixli, GK № 013-05 saylı kredit müqaviləsinin təminatı olan ipoteka əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehdən (borcalan, ipotekaqoyan - Cavabdeh) tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Yasamal filialı ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GK 013-05 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 1 %, 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə 16 230.45 manat (on altı min iki yüz otuz manat 45 qəp.) məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh (ipotekaqoyan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli sonraki ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan (DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011ci il tarixli MA seriyalı ******* saylı Çıxarışa əsasən) Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, ev 344 ünvanında mülkiyyətində olan ümumi sahəsi, 0.2218 ha xüsusi torpaq sahəsində yerləşən 157.8 kv.m. ümumi, 44.7 kv.m. yaşayış, 113.4 kv.m. yardımçı sahədən ibarət olan 1 mərtəbəli, 3 otaqlı bağ evi, həyətyanı torpaq sahəsi və həyətyanı tikililərlə birlikdə yüklü edilmişdir. Həmin sonraki ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığa əsasən 62 400 manat (altmış iki min dörd yüz manat) məbləğində qiymətləndirilmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli, GK № 013-05 saylı kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixinədək əsas və faiz borcları üzrə öhdəlikləri ödəniş cədvəlinə uyğun şəkildə ödəməmişdir. Cavabdeh Banka əsas borcundan 16 170.98 manat (on altı min bir yüz yetmiş manat 98 qəp.), faiz borcundan 189.51 manat (bir yüz səksən doqquz manat 51 qəp.), cərimə borcundan 22.97 manat (iyirmi iki manat 97 qəp.) olmaqla, cəmi 16 383.46 manat (on altı min üç yüz səksən üç manat 46 qəp.) ödənilməmiş borcu qalmışdır. Bununla əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Bununla əlaqədar cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GK 013-05 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən illik 0.1 % olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalanm əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun dərhal qaytarılmasım tələb etmək hüququ var. 3.1.5-ci bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə. Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. Tərəflər arasında bağlanmış sonraki ipoteka müqaviləsinin 5.1-ci bəndinə əsasən bu müqavilə üzrə tərəflər razılaşırlar ki, borcalanlar kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə sonrakı ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəməyə müraciət edilmədən sonrakı ipoteka predmetinə yönəldə bilər. 5.2-ci bəndə əsasən sonrakı ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ əsas öhdəliyin yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq 2 dəfə pozulması, borcalanlar və ya sonrakı ipoteka qoyanın əmlak və ya maliyyə vəziyyəti pisləşdikdə, kredit müqaviləsində və həmçinin bu müqavilədə nəzərdə tutulmuş digər hallarda yaranır. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddiaçı TuranBank ASC-ııin Cavabdeh qarşı “müqavilənin vaxtından əvvəl ləğv edilməsi, müqavilə üzrə borcun tutulması və ipoteka predmetınə yönəldilməsi” tələbinə dair mülki iş Sizin icraatınızdadır. hazırda iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. TuranBank ASC-niıı “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GK JNb 013-05 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, TuranBank ASC-nin “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019- cu il tarixli, GK JV» 013-05 saylı kredit müqaviləsi üzrə banka olan 15870.04 manat əsas borc, faiz borcundan 230.05 manat, cərimə borcundan 22.97 manat olmaqla, cəmi 16123.06 (on altı min yüz iyirini üç manat altı qəp.) manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 45 manat məbləğində rüsumun və tərəfimizdən ödənilən 139.15 manat məbləğində dövlət rüsumunun cavabdeh (borcalan, ipotekan ovan) Cavabdeh tutularaq TuranBank ASC-və ödənilməsi, Həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus (DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011 -ci il tarixli MA seriyalı ******* saylı Çıxarışa əsasən) Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, ev 344 ünvanında mülkiyyətində olan ümumi sahəsi, 0.2218 ha xüsusi torpaq sahəsində yerləşən 157.8 kv.m. ümumi. 44.7 kv.m. yaşayış, 113.4 kv.m. yardımçı sahədən ibarət olan 1 mərtəbəli, 3 otaqlı bağ evi, həyətyanı torpaq sahəsi və həyətyanı tikililərlə birlikdə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ iddiaçın ödənilməsi, xx.xx.2019-cu il tarixli, GK JV« 013-05 saylı kredit müqaviləsinin təminatı olan ipoteka əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəm iclasında iştirak edən Cavabdeh iddia tələbi üzrə borcu maddi imkanı olmadığından ödəyə bilmədiyini, keçən il açıq ürək əməliyyatı keçirdiyini, nə qədər maddi imkanı çatırsa o qədər ödədiyini və ödəniş edilməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. -İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli GK 013-05 nömrəli “güzəştli krediti müqaviləsi”nə əsasən cavabdehə illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 16.230.45 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh kredit müqaviləsinə əsasən öhdəliklərin təminatı kimi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, ev 344 ünvanında yerləşən ümumi sahəsi 0.2218 ha torpaq sahəsində yerləşən 157.8 kv.m ümumi sahədən ibarət olan bağ evi həyatyanı torpaq sahəsi və həyatyani tikililər ilə birlikdə ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Reyestrindən çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında ümumi sahəsi 0.2218 ha torpaq sahəsi, 157.8 kv.m olan bağ evi və həyatyanı tikililər Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Reyestrindən çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında ümumi sahəsi 0.25 ha, 157.8 kv.m olan bağ evi xx.xx.2019-ci il tarixli CKN-013-05 KM saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İddiaçı ASC xx.xx.2022-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, GK 013-05 nömrəli Cavabdeh götürdüyü kredit borcuna görə 15870.40 manat məbləğində kredit borcu, 230.05 manat məbləğində faiz borcu və 22.97 manat məbləğində cərimə borcu yaranmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli təsdiqetmə bildirişinin verilməsinə dair məktubdan görünür ki, ödənilməli dövlət rüsumu ümumilikdə 45 manatdır İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin surətindən görünür ki, “İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli GKN 013-05 nömrəli kredit müqaviləsi üzrə borcalan Cavabdeh öhdəliklərini yerinə yetirməməsi səbəbindən hesablanmış qalıq borcun ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlanılması barədə xəbərdar edilmişdir; - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 40 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında olan bağ evi evin likvid dəyəri 75 000 (yetmiş beş min) manata dəyərləndirilmişdir. Aparılmış tədqiqatın dəyəri 200 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar 139.15 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2019-cu tarixli, GK 013-05 saylı əsas kredit müqaviləsinə əsasən 60 ay müddətinə 1 faiz şərti ilə 16230.45 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit razılaşmasının tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri vaxtı vaxtında banka qaytarmamışdır. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Bundan başqa məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımı qaydada icra etmədiyindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli əsas kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, ev 344 ünvanında yerləşən ümumi sahəsi 0.2218 ha torpaq sahəsində yerləşən 157.8 kv.m ibarət bağ evi, torpaq sahəsi və həyatyanı tikililər İddiaçı ASC xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə xəbərdarlıq ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetlərinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş, Cavabdehnın mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, ev 344 ünvanında yerəşən ümumi sahəsi 0.2218 ha olan sahəsi 157.8 kv.m olan bağ evinə, torpaq sahəsinə və həyatyanı tikilələrə yönəldilməli, həmin ipoteka predmetləri açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, tutmanın Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, ev 344 ünvanında yerəşən ümumi sahəsi 0.2218 ha olan sahəsi 157.8 kv.m olan bağ evinə yönəldilməsi hissəsində iddia tələbi təmin edilməlidir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Müvafiq ipoteka predmetlərinin qiymətləndirilməsi zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 40 nömrəli qiymətləndirmə rəyi əsas götürülməlidir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, ev 344 ünvanında yerəşən ümumi sahəsi 0.2218 ha olan toppaq sahəsinin, ümumi sahəsi 157.8 kv.m olan bağ evinin və həyatyanı tikilələrin ilkin satış qiyməti 75 000 (yetmiş beş min) manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 139.15 (yüz otuz doqquz manat, on beş qəpik) manat dövlət rüsumu hissəsində təmin edilməli və Cavabdeh 139.15 (yüz otuz doqquz manat, on beş qəpik) manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat xidmət haqqı cavabdehlər Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə iddia tələbinin Tərəqqi MMC-yə ödənilmiş 200 manat pulun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, Tərəqqi MMC tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, ekspertiza xərci 200 manat təşkil etmişdir. Belə olan halda da məhkəmə hesab edir ki, 200 manat ekspertiza xərci Cavabdeh tutularaq TuranBank ASC-ə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. TuranBank ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GK № 013-05 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 15870.04 (on beş min səkkiz yüz yetmiş manat dört qəpik) manat əsas borc, 230.05 (iki yüz otuz manat beş qəpik) manat faiz borc, 22.97 (iyirmi iki manat doxsan yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 16123.06 (on altı min bir yüz iyirmi üç manat altı qəpik) manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat məbləğində rüsumun və 139.15 (bir yüz otuz doqquz manat, on beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq TuranBank ASC-və ödənilsin. Cavabdeh tutulmalı olan məbləğ-16123.06 (on altı min bir yüz iyirmi üç manat altı qəpik) manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat məbləğində rüsumun və 139.15 (bir yüz otuz doqquz manat, on beş qəpik) manat məbləğində dövlət rüsumu borc öhdəliyinin təminatı kimi iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, ev 344 ünvanında ümumi sahəsi, 0.2218 ha xüsusi torpaq sahəsinə, onun üzərində yerləşən ümumi sahəsi 157.8 kv.metr olan 1 mərtəbəli, 3 otaqlı bağ evinə və həyətyanı tikililərə yönəldilsin. İpoteka pridmenti açıq hərrac yolu ilə realizə edilsin. İpoteka pridmentinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh verilsin. İpoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, ev 344 ünvanında yerləşən bağ evinin, torpaq sahəsinin və əlavə tikililərinin ilkin satış qiyməti 75.000 manat müəyyən olunsun. xx.xx.2019-cu il tarixli, GK № 013-05 saylı kredit müqaviləsinin təminatı olan ipoteka əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc- məbləği Cavabdeh tutularaq TuranBank ASC-yə ödənilsin. Cavabdeh ekpert rəyi üzrə 200 (iki yüz ) manat ekspert xərci tutularaq "xxxx" MMC Ekspertiza Mərkəzinin VÖEN ********** Kapital Bank ASC-də olan AZ37NABZ******************** hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-956/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-956/2023
01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver