Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1004/2024 16.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək X2 mirası qəbul etmiş vərəsələri Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 qanuni nümayəndəsi (Cavabdeh3 vasitəsilə) və Cavabdeh1 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsilə) "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********89 saylı X6 müqaviləsi üzrə ödənilməmiş 1748.51 manat əsas borcu, 0.01 manat faiz borcu olmaqla, cəmi 1748.52 manat məbləğində vəsaitin, ödənilmiş 37.49 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2020-ci il tarixli, BPM**********89 saylı X6 müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 24 ay müddətinə illik 18 faiz ödəmək şərtilə 3200 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ-İİ №193933 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 28 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 689 saylı məktubuna əsasən X2 mirası qəbul etmiş vərəsələrinin Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 olduğu müəyyən edilmişdir. Bankın Sənaye filialı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, X2 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 1748.51 manat əsas borcu, 0.01 manat faiz borcu qalmışdır. Cavabdehlər mərhum X1 qalmış mirası qəbul etmələrinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-3137/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2020-ci il tarixli, BPM**********89 saylı X6 müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 24 ay müddətinə illik 18 faiz ödəmək şərtilə 3200 manat məbləğində kredit verilmişdir. Hazırda idda ərizəsinə əlavə edilən maliyyə arayışından göründüyü kimi X2 1748.51 manat əsas borcu, 0.01 manat faiz borcu olmaqla, cəmi 1748.52 manat məbləğində kredit borcu yaranmışdır. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə borcalan X4 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 onun vərəsələri kimi tanınmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrlə müəyyən olunur ki, şəhadətnamə verilən miras əmlaklara AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD671350 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi 5NPEC4AB4CK457079, mühərrikin nömrəsi və buraxılış ili 2012-ci il olan HYUNDAİ SONATA MİNİK markalı 99UV352 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi, ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011 tarixdə X3 verilmiş **********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsi, ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2010 tarixdə X3 verilmiş **********46-05101-093006 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 44.1 kv/m, yaşayış sahəsi 28 kv/m, yardımçı sahəsi 16.1 kv/m, 2 otaqlı olan mənzil, ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018 tarixdə X3 verilmiş **********57 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.0021 ha olan torpaq sahəsi daxildir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) -1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə borcalan X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********89 saylı X6 müqaviləsinə əsasən X4 üzərinə götürülmüş öhdəlikləri icra etməmiş, vəfat etdiyi vaxtdan sonra müqavilə şərtlərinə əsasən ödənişlər onun mirası qəbul etmiş vərəsələri tərəfindən vaxtında aparılmamış, öhdəliyin icrası gecikdirilmişdir və bu səbəbdən hazırda X2 mirası qəbul etmiş vərəsələri Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 borclunun vərəsələri olaraq "xxxx" ASC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda iddiaçı "xxxx" ASC-nin məhkəmə qaydasında borcalan X2 vərəsələri Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 əsas borcun və ona hesablanmış faizin ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 37.49 (otuz yeddi manat qırx doqquz qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********89 saylı X6 müqaviləsi üzrə ödənilməmiş 1748.51 manat əsas borcu, 0.01 manat faiz borcu olmaqla, cəmi 1748.52 manat məbləğində vəsaitin, ödənilmiş 37.49 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqı X2 mirası qəbul etmiş vərəsələri Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 qanuni nümayəndəsi (Cavabdeh3 vasitəsilə) və Cavabdeh1 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsilə) tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1748.51 (bir min yeddi yüz qırx səkkiz manat əlli bir qəpik) manat əsas borcu, 0,01 (bir qəpik) manat faiz borcu olmaqla, cəmi 1748,52 (bir min yeddi yüz qırx səkkiz manat əlli iki qəpik) manat məbləğində vəsaiti, ödənilmiş 37,49 (otuz yeddi manat qırx doqquz qəpik) manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı borclunun vərəsələri Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 qanuni nümayəndəsi (Cavabdeh3) vasitəsilə və Cavabdeh1 qanuni nümayəndəsi (Cavabdeh3) vasitəsilə tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1004/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1004/2024
16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver