Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1020/2025 20.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “ziyan” tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “ziyan” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 4990 manat məbləğində maddi ziyanın, 340 manat vəkil xərci, 300 manat ekspertiza xərci və 76 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı məxsus olan markası Toyota Prius (Hıbrıd) Minik, ban nömrəsi JTDKB20U477555424, mühərrik U096843, tarixi xx.xx.2021, 99GV523 dövlət nişanlı avtomobili etibarnamə əsasında idarə edən Cavabdeh, xx.xx.2023-cü il tarixində Sumqayıt şəhər, Nizami küçəsi ilə hərəkətdə olarkən, sola dönmə əməliyyatı həyata keçirərkən əks istiqamətdə yolda hərəkətdə olan X2 idarə etdiyi Kia Ceed markalı, 99EP368 dövlət nömrə nişanlı avtomaşınla toqquşma nəticəsində yol nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin təqdim etdiyi arayışdan müəyyən olunur ki, baş vermiş yol nəqliyyat hadisəsini Cavabdeh törətmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində X2 idarə etdiyi Kia Ceed markalı, 99EP368 dövlət nömrə nişanlı avtomaşına dəymiz zərər icbari sığorta şəhadətnaməsi əsasında qarşılanmışdır. Cavabdeh törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus olan Toyota Prius (Hıbrıd) Minik, 99GV523 dövlət nömrə nişanlı avtomobilin bərpasına 50300 (beş min otuz) manat vəsait sərf edilmişdir. Cavabdeh həmin zərəri ödəyəcəyini desə də aradan uzun müddət keçməsinə baxmayaraq ödəməmişdir. İş materiallarına əlavə olunmuş qüsur aktından müəyyən olunur ki, avtomobilə dəymiz zərər 5030 manat təşkil etmişdir. İddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin üzrlü səbəb olmadan o, məhkəmə iclasında iştirak etməmiş və məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılması mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: 02 iyul 2023-cü il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnaməyə əsasən İddiaçı Toyota Prius markalı, ** GV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi Cavabdeh etibar etmişdir. xx.xx.2023-cü il tarixli arayışda qeyd edilir ki, Cavabdeh idarə etdiyi Toyota Prius markalı, ** GV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhər, Nizami küçəsi ilə hərəkətdə olarkən, sola dönmə əməliyyatı həyata keçirərkən əks istiqamətdə yolda hərəkətdə olan X2 idarə etdiyi Kia Ceed markalı, ** EP *** dövlət nömrə nişanlı avtomaşınla toqquşaraq xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. AR Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən hər hansı birinin aşkar edilməməsi deliktə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Qanunvericiliyin göstərilən tələblərinə və iş materiallarında olan sübutlara əsasən məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı ilə daşınar əmlakın idarə edilməsi barədə yazılı razılığa gəlmişdir. Cavabdeh avtomobili texniki cəhətdən saz vəziyyətə təhvil almasına baxmayaraq, idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və iddiaçıya məxsus əmlaka zərər dəymişdir. Lakin cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsində yaranmış qüsurları aradan qaldıracağı ilə yaranmış öhdəliyini yerinə yetirməmişdir. Avtomobilin təmir bərpa xərcinin müəyyənləşdirilməsi üçün məhkəmə tərəfindən mütəxəssis rəyi alınmış və "xxxx" MMC-nin rəyində qeyd edilmişdir ki, Toyota Prius markalı, ** GV *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləği 4990 manat təşkil edir. İddiaçı ona dəymiş zərərin əvəzini cavabdehdən tələb etsə də, cavabdeh həmin məbləği ödəməkdən yayınmışdır. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıya məxsus əmlakı istifadə edərkən əmlaka ziyan vurmuş və iddiaçıya dəymiş zərərin əvəzini ödəməmişdir. Bu səbəbdən 4990 manat iddiaçıya dəymiş zərərin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə 340 manat hüquqi xidmətə görə ödənilmiş pulun cavabdehdən tutulması hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: AR MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün 3 saylı Vəkil Bürosunun hesabına 340 manat məbləğində ödəniş edilmişdir. İddia tələbi təmin edildiyindən həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda işdə olan qəbzdən görünür ki, iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına 300 manat məbləğində ekspertiza xərci kimi rəyin alınması üçün pul ödənilmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan və iddia tələbi qismən təmin olduğu halda isə, hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumunun 40 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 4990 manat maddi zərərin əvəzi Cavabdeh tutulub İddiaçı ödənilsin. 76 manat ödənilmiş dövlət rüsumunun əvəzi, iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüş 300 manat vəsaitin əvəzi və hüquqi yardıma görə ödənilmiş 340 manat əvəzi Cavabdeh tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-1020/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1020/2025
20.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver