Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1023/2024 07.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Tərcüməçi G.G.Abbasovanın iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 41.000 manat məbləğində ondan pul almışdır. Müddət başa çatmasına baxmayaraq pulunu geri qaytarmamışdır. Bundan başqa, Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yenidən ondan 40.000 manat pul almışdır. Müddət başa çatsa verdiyi sözü götürdüyü öhdəliyə əməl etməmişdir. Artıq ödədiyi 81.000 manat məbləğində pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Dəfələrlə pulunu tələb etsə də, cavabdeh pulu geri qaytarmaqdan imtina etmişdir. Həmin pulunu götürərək əsassız olaraq onun hesabına varlanmış və götürdüyü öhdəliyi yerinə yetirməmişdir.Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 81.000 manat məbləğində pulun və ödənilmiş 333 manat məbləğində dövlət rüsumunun, cəmi 81.333 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Xanbabayeva Nailə adında qadının ona 64.000 manat borcu olmuşdur. Nailə ona demişdir ki, lombardda qızıl-zinyət əşyaları var, Samaya adlı qadın ona 40.000 manat pul verir ki, o, lombarddan həmin əşyaları götürsün. Əgər o, həmin qızıl-zinət əşyalarını götürsə, satıb onun borcunu qaytaracaq. Nailə təklif etmişdir ki, alacağı pula görə evini girov qoysun. O, da notariusa gedib 2 evi ilə bağlı müqavilə bağlamışdır. Pulları isə Nailə götürmüşdür. Hal-hazırda Nailə ilə bağlı Nərimanov rayon Polis İdarəsinə şikayət vermişdir və araşdırma gedir. Nailə pulun götürülməsinə cavabdehlik daşıyır. Hesab edir ki, pulu Nailə götürdüyü üçün ona qarşı qaldırılan tələb əsassızdır və təmin edilməməlidir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Cavabdeh ilə İddiaçı arasında ilkin alqı-satqı müqaviləsinin bağlanması ilə bağlı 3M- 552 nömrəli notariat işinin sənədlərindən görünür ki: - “Podratçı” qismində "xxxx" MMC ilə “Mülkiyətçi” qismində Cavabdeh arasında bağlanılmış çoxmənzilli yaşayış binasının tikintisi və yeni mənzillə təmin edilməsi haqqında xx.xx.2018-ci il tarixli müqaviləsinin surətindən görünür ki, hazırkı müqaviləyə əsasən “Podratçı” Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 8 ünvanda inşa eddilən yeni hündür mərtəbəli yaşayış kompleksi ərazisində tikilən 29 saylı binanın, 7-ci mərtəbəsində 1 otaqlı, 33 nömrəli mənzili yaşamaq üçün yararlı, tam təmirli vəziyyətdə açarlarını “Mülkiyətçi”yə təhvil verilməsini, “Mülkiyyətçi” isə hazırkı müqavilənin şərtlərinə uyğun olaraq nəzərdə tutulan müddətdə və qaydada inşa edilən 29 saylı binanın, 7-ci mərtəbəsində 1 otaqlı, 33 nömrəli mənzili “Podratçı”dan akt əsasında təhvil almasını üzərinə öhdəlik olaraq götürürlər; - Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 8 ünvanında yerləşən, 29 saylı binanın 1 otaqlı, ümumi sahəsi 39,34 kv.m. təşkil edən 33 saylı mənzil xx.xx.2027-ci il tarixdə "xxxx" MMC-nin adına qabaqcadan qeydiyyata alınmışdır; - "xxxx" MMC ilə Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın təhvil-təslimi üzrə xx.xx.2018-ci il tarixli 11 saylı aktın surətindən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8 ünvanında 29 saylı bina, 7-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 39,34 kv.m. olan 33 saylı mənzil üçün "xxxx" MMC və vətəndaş Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqaviləyə əsasən Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayış (reyestr nömrəsi **********18-05301-093040, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017) vətəndaş Cavabdeh verilmişdir; - "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh həqiqətən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8 ünvanında 29 saylı bina, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 66,52 kv.m. olan 31 saylı mənzilin və həmin ünvanda 7-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 39,34 kv.m.olan 33 saylı mənzilin ümumi dəyəri olaraq 122.460 manat məbləğini tam ödəmişdir və "xxxx" MMC-nə borcu yoxdur; - “Birinci tərəf” qismində Cavabdeh ilə “İkinci tərəf” qismində İddiaçı arasında bağlanılmış və Bakı şəhəri 31 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, “Birinci tərəf” Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən müqavilə üzrə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 8 ünvanında inşa edilən yeni hündür mərtəbəli yaşayış kompleksi ərazisində tikilən 29 saylı binanın, 7-ci mərtəbəsində, 1 otaqlı, ümumi sahəsi 39,34 kv.m. olan 33 nömrəli mənzilin “İkinci tərəf”lə gələcəkdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləri olan ilkin alqı-satqı müqaviləsidir (bənd 1). Tərəflər hazırkı müqavilənin 1-ci bəndində göstərilən daşınmaz əmlakın qiymətini 41.170 manat məbləğində müəyyən etmişlər. Hazırkı müqavilənin bağlanması anında razılaşdırılmış qiymətdən 41.000 manatı “İkinci tərəf” tərəfindən notariusun bankda açılan depozit hesabı vasitəsi ilə “Birinci tərəf”ə ödənilir və gələcəkdə alqı-satqı müqaviləsi bağlanarkən nəzərə alınacaqdır. “İkinci tərəf” borclu qaldığı 170 manatı gələcəkdə daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı yeni alqı-satqı zamanı Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə ərazi üzrə əmsal nəzərə alınmaqla sadələşmiş vergisinin ödənilməsi məqsədilə isə özündə saxlayır və tərəflər buna razıdırlar. “Birinci tərəf”in təqdim etdiyi və "xxxx" MMC tərəfindən təsdiq edilmiş maliyyə arayışına əsasən mənzilə dair heç bir borcu yoxdur. “Birinci tərəf” istifadəsində olan daşınmaz əmlakın özəlləşdirilməsini həyata keçirərək “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə dair dövlət reyestrindən” Arayışın onun özü və ya etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən alınaraq daşınmaz əmlakın xx.xx.2023-cü il tarixinədək “İkinci tərəf”ə satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasına və onun mülkiyyətinə verilməsini öhdəsinə götürür. “İkinci tərəf” həmin daşınmaz əmlaka dair “Birinci tərəf”lə bağlanacaq alqı-satqı müqaviləsinə əsasən həmin əmlakı qəbul etməyi öhdəsinə götürür (bənd 2.1); - Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 724 nömrəli məktubun surətindən görünür ki, İddiaçı notariat qaydasında təsdiq ediləcək ilkin alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 41.000 manat tərəfindən təsdiq edildikdən sonra onun məktubun əsasında Cavabdeh verilməsi üçün "xxxx" ASC-də olan depozit hesabına qəbul edilməsini xahiş etmişdir; - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən ödənilmiş 41.000 manat məbləğində pul Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusun 724 No-li, xx.xx.2022-ci il tarixli məktuba əsasən notariat ofisinin hesabına mədaxil edilmişdir. İş üzrə Cavabdeh ilə İddiaçı arasında ilkin alqı-satqı müqaviləsinin bağlanması ilə bağlı 3M- 564 nömrəli notariat işinin sənədlərindən görünür ki: - “Podratçı” qismində "xxxx" MMC ilə “Mülkiyətçi” qismində Cavabdeh arasında bağlanılmış çoxmənzilli yaşayış binasının tikintisi və yeni mənzillə təmin edilməsi haqqında xx.xx.2018-ci il tarixli müqaviləsinin surətindən görünür ki, hazırkı müqaviləyə əsasən “Podratçı” Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 8 ünvanda inşa eddilən yeni hündür mərtəbəli yaşayış kompleksi ərazisində tikilən 29 saylı binanın, 7-ci mərtəbəsində 2 otaqlı, 31 nömrəli mənzili yaşamaq üçün yararlı, tam təmirli vəziyyətdə açarlarını “Mülkiyətçi”yə təhvil verilməsini, “Mülkiyyətçi” isə hazırkı müqavilənin şərtlərinə uyğun olaraq nəzərdə tutulan müddətdə və qaydada inşa edilən 29 saylı binanın, 7-ci mərtəbəsində 2 otaqlı, 31 nömrəli mənzili “Podratçı”dan akt əsasında təhvil almasını üzərinə öhdəlik olaraq götürürlər; - "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh həqiqətən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8 ünvanında 29 saylı bina, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 66,52 kv.m. olan 31 saylı mənzilin və həmin ünvanda 7-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 39,34 kv.m.olan 33 saylı mənzilin ümumi dəyəri olaraq 122.460 manat məbləğini tam ödəmişdir və "xxxx" MMC-nə borcu yoxdur; - “Birinci tərəf” qismində Cavabdeh ilə “İkinci tərəf” qismində İddiaçı arasında bağlanılmış və Bakı şəhəri 31 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, “Birinci tərəf” Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən müqavilə üzrə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 8 ünvanında inşa edilən yeni hündür mərtəbəli yaşayış kompleksi ərazisində tikilən 29 saylı binanın, 7-ci mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 66,52 kv.m. olan 31 nömrəli mənzilin “İkinci tərəf”lə gələcəkdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləri olan ilkin alqı-satqı müqaviləsidir (bənd 1). Tərəflər hazırkı müqavilənin 1-ci bəndində göstərilən daşınmaz əmlakın qiymətini 40.700 manat məbləğində müəyyən etmişlər. Hazırkı müqavilənin bağlanması anında razılaşdırılmış qiymətdən 40.000 manatı “İkinci tərəf” tərəfindən notariusun bankda açılan depozit hesabı vasitəsi ilə “Birinci tərəf”ə ödənilir və gələcəkdə alqı-satqı müqaviləsi bağlanarkən nəzərə alınacaqdır. “İkinci tərəf” borclu qaldığı 700 manatı gələcəkdə daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı yeni alqı-satqı zamanı Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə ərazi üzrə əmsal nəzərə alınmaqla sadələşmiş vergisinin ödənilməsi məqsədilə isə özündə saxlayır və tərəflər buna razıdırlar. “Birinci tərəf”in təqdim etdiyi və "xxxx" MMC tərəfindən təsdiq edilmiş maliyyə arayışına əsasən mənzilə dair heç bir borcu yoxdur. “Birinci tərəf” istifadəsində olan daşınmaz əmlakın özəlləşdirilməsini həyata keçirərək “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə dair dövlət reyestrindən” Arayışın onun özü və ya etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən alınaraq daşınmaz əmlakın xx.xx.2023-cü il tarixinədək “İkinci tərəf”ə satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasına və onun mülkiyyətinə verilməsini öhdəsinə götürür. “İkinci tərəf” həmin daşınmaz əmlaka dair “Birinci tərəf”lə bağlanacaq alqı-satqı müqaviləsinə əsasən həmin əmlakı qəbul etməyi öhdəsinə götürür (bənd 2.1); - Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 733 nömrəli məktubun surətindən görünür ki, İddiaçı notariat qaydasında təsdiq ediləcək ilkin alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 20.000 manat tərəfindən təsdiq edildikdən sonra onun məktubun əsasında Cavabdeh verilməsi üçün "xxxx" ASC-də olan depozit hesabına qəbul edilməsini xahiş etmişdir; - Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 734 nömrəli məktubun surətindən görünür ki, İddiaçı notariat qaydasında təsdiq ediləcək ilkin alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 20.000 manat tərəfindən təsdiq edildikdən sonra onun məktubun əsasında Cavabdeh verilməsi üçün "xxxx" ASC-də olan depozit hesabına qəbul edilməsini xahiş etmişdir; - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən ödənilmiş 20.000 manat məbləğində pul Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusun 733 No-li, xx.xx.2022-ci il tarixli məktuba əsasən notariat ofisinin hesabına mədaxil edilmişdir; - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən ödənilmiş 20.000 manat məbləğində pul Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusun 734 No-li, xx.xx.2022-ci il tarixli məktuba əsasən notariat ofisinin hesabına mədaxil edilmişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış təklifin surətindən görünür ki, Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən müqavilə üzrə ona məxsus olan Bakı şəhəri Yasamal rayonu, Xarici Dairəvi yolu 8 ünvanında inşa edilən yeni hündür mərtəbəli yaşayış kompleksi ərazisində tikilən 29 saylı binanın 7-ci mərtəbəsində 1 otaqlı ümumi sahəsi 39,34 kv.m. olan 33 nömrəli mənzilin onunla gələcəkdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləri olan ilkin alqı-satqı müqaviləsi bağlanmışdır və həmin əmlakın qiymətini razılıq əsasında 41.170 manat məbləğində müəyyən etmişlər. Həmin müqavilənin bağlanması anında 41.000 manat notariusun bankda açılan depozit hesabı vasitəsi ilə Cavabdeh ödəmişdir. Qalan 170 manat məbləği isə gələcəkdə mənzili öhgəninkiləşdirilməsi zamanı yəni alqı-satqı zamanı ödəmək məqsədi ilə özündə saxlamışdır. Cavabdeh istifadəsində olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi həyata keçirərək Çıxarışın və Daşınmaz Əmlakın təsvirinə, Dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın onun özü və ya etibarnamə əsasında nümayəndəsi tərəfindən alınaraq daşınmaz əmlakın xx.xx.2023-cü il tarixinədək ona satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasına və onun mülkiyyətinə verilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda V.T.Vəzirova onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli Müqaviləyə əsasən müqaviləsi üzrə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8 ünvanında inşa edilən yeni hündürmərtəbəli yaşayış kompleksi ərazisində tikilən 29 saylı binanın 7-ci mərtəbəsində 2 otaqlı ümumi sahəsi 66,52 kv.m. olan 31 nömrəli mənzilin onunla gələcəkdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləri olan ilkin alqı-satqı müqaviləsi bağlanmışdır və həmin əmlakın qiymətini qarşılıqlı razılıq əsasında 40.700 manat məbləğində müəyyən etmişlər. Həmin müqavilənin bağlanması anında 40.000 manatı notariusun bankda açılan depozit hesabı vasitəsi ilə Cavabdeh ödəmişdir. Qalan 700 manat məbləği isə gələcəkdə mənzili özgəninkiləşdirilməsi zamanı, yəni alqısatqı zamanı ödəmək məqsədi ilə özündə saxlamışdır. Cavabdeh istifadəsində olan daşınmaz əmlakın özəlləşdirilməsini həyata keçirərək Çıxarışın və Daşınmaz Əmlakın təsvirinə, Dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın onun özü və ya etibarnamə əsasında nümayəndəsi tərəfindən alınaraq daşınmaz əmlakın xx.xx.2023-cü il tarixədək ona satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasına və onun mülkiyyətinə verilməsini öhdəsinə götürmüşdür. Lakin hazırda həmin evlərə çıxarış alınmamışdır. Lakin buna baxmayaraq həmin mənzillərin dəyərini tam şəkildə ilkin alqı-satqı müqaviləsinə əsasən ödəmişdir. Bununla bağlı sübutlar, yəni rəsmi müqavilələr mövcuddur. Müqavilədə nəzərdə tutulmuş müddətdə Cavabdeh həmin evlərə çıxarış ala bilməmişir.Üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Ona görə də Cavabdeh notariat kontoruna birlikdə gedərək aralarında olan yuxarıda göstərilən ilkinsatqı müqavilələrini ləğv etdirməyi təklif etmişdir. Ona görə də müqavilənin ləğv edilməsi təklifini Cavabdeh göndərir. Göstərilənləri nəzərə alaraq İddiaçı bağlanmış müqavilələr üzrə Cavabdeh üzərinə düşən öhdəliyi etmədiyi üçün 3 gün ərzndə onunla birlikdə notariat kontoruna gedərək hər ikisinin razılığı ilə hər iki müqavilənin, yəni xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin və xx.xx.2022-ci il tarixl ilkin alqı-satqı müqaviləsinin ləğv etdirməsi, eyni zamanda ödədiyi pulların geri qaytarılması, təklifini aldıqdan sonra göstərilən müddətdə cavab verilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən cavabdehə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 8 ünvanında inşa edilən yeni hündürmərtəbəli yaşayış kompleksi ərazisində tikilən 29 saylı binanın, 7-ci mərtəbəsində, 1 otaqlı, ümumi sahəsi 39,34 kv.m. olan 33 nömrəli mənzilin iddiaçı ilə gələcəkdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə ilkin alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən həmin mənzilin razılaşdırılmış 41.170 manat qiymətindən 41.000 manatı iddiaçı tərəfindən notariusun bankda açılan depozit hesabı vasitəsi ilə cavabdehə ödənilməsini, borclu qaldığı 170 manatı gələcəkdə daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı yeni alqı-satqı zamanı Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə ərazi üzrə əmsal nəzərə alınmaqla sadələşmiş vergisinin ödənilməsi məqsədilə isə özündə saxlamasını, cavabdeh istifadəsində olan daşınmaz əmlakın özəlləşdirilməsini həyata keçirərək “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına yüklülüyünə dair dövlət reyestrindən” arayışın alınaraq daşınmaz əmlakın xx.xx.2023-cü il tarixinədək iddiaçıya satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasını və onun mülkiyyətinə verilməsini öhdəsinə götürmüşlər. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən cavabdehə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 8 ünvanında inşa edilən yeni hündürmərtəbəli yaşayış kompleksi ərazisində tikilən 29 saylı binanın, 7-ci mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 66,52 kv.m. olan 31 nömrəli mənzilin iddiaçı ilə gələcəkdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə ilkin alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən həmin mənzilin razılaşdırılmış 40.700 manat qiymətindən 40.000 manatı iddiaçı tərəfindən notariusun bankda açılan depozit hesabı vasitəsi ilə cavabdehə ödənilməsini, borclu qaldığı 700 manatı gələcəkdə daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı yeni alqı-satqı zamanı Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə ərazi üzrə əmsal nəzərə alınmaqla sadələşmiş vergisinin ödənilməsi məqsədilə isə özündə saxlamasını, cavabdeh istifadəsində olan daşınmaz əmlakın özəlləşdirilməsini həyata keçirərək “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına yüklülüyünə dair dövlət reyestrindən” arayışın alınaraq daşınmaz əmlakın xx.xx.2023-cü il tarixinədək iddiaçıya satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasını və onun mülkiyyətinə verilməsini öhdəsinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Məhkəmə qeyd edir ki, məqsəd, nəticə və hüquqi istiqamət kimi meyara və əlamətə görə müqavilənin 2 növü fərqləndirilir: əsas müqavilələr və ilkin müqavilələr. Əsas müqavilələr odur ki, iqtisadi (əmlak) dövriyyəni tənzimləyir və tərəflər üçün əmtəə mübadiləsi ilə bağlı bilavasitə hüquqi nəticə yaradır. Bu müqavilələr maddi nemətlərin bir hissədən digərinə keçmə prosesini rəsmiləşdirir. İlkin müqavilələr odur ki, müqavilələr gələcəkdə əsas müqavilə bağlanması barədə tərəflərin razılığını ifadə edir. İlkin müqavilə təşkilatı müqavilədir. Belə ki, ilkin müqaviləyə əsasən əmlakın və ya digər maddi nemətlərin verilməsi deyil, belə münasibətlərin gələcəkdə yaradılmasının təşkil edilməsi üzrə vəzifələr baş verir. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə gələcəkdə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə müqavilə bağlamağı öhdəsinə götürür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 41.000 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 40.000 manat məbləğində pul Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusun "xxxx" ASC-də açılan depozit hesabına keçirilmişdir. Lakin cavabdeh ilkin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixədək ilkin alqı-satqı müqavilələrinin predmeti olan daşınmaz əmlaklara dair müvafiq çıxarışlar almamış və həmin əmlakların iddiaçı ilə alqı-satqısına dair əsas müqavilə bağlamamışdır. Yəni tərəflər arasında daşınmaz əmlaklarla bağlı əsas müqavilə kimi alqısatqı müqaviləsinin bağlanılmaması və ilkin müqavilə üzrə hər iki daşınmaz əmlaklarla bağlı bankın depoziti hesabına cəmi 81.000 manat məbləğində pulun keçirilməsi işin mübahisələndirilməyən halıdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqavilələrinə əsasən cavabdehə cəmi 81.000 manat mənzillərin dəyərini ödəmişdir. Cavabdeh isə mənzillərin çıxarışları müqavilədə nəzərdə tutulmuş müddətdə alınmalı olduğu halda, bunu etməmiş və bununla da ilkin alqı-satqı müqavilələri ilə üzərinə düşən öhdəlikləri pozmuşdur. İddiaçı dəfələrlə pulunu tələb etsə də, cavabdeh pulu geri qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən iddiaçı cavabdehdən 81.000 manat məbləğində pulun və ödənilmiş 333 manat məbləğində dövlət rüsumunun, cəmi 81.333 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Mülki Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Müqavilənin standart şərtləri aşağıdakı tələblərə cavab verməlidir: - tərəflər arasındakı münasibətlərin tənzimlənməsi, onlara öhdəlik xarakterinin verilməsi; - öhdəliklərin ardıcıl yerinə yetirilməsi üçün qayda və üsulların müəyyənləşdirilməsi; - öhdəliyi yerinə yetirməyən tərəflər barədə tətbiq olunacaq tədbirlərin həyata keçirilmə qaydası. Bu tələblərə cavab verən zəruri şərtlərin yerinə yetirilməsi müqavilələrin quruluşu və məzmunu ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, öhdəlik – konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmət göstərilməsi ilə, iş görülməsi ilə, müqavilədənkənar hərəkətlərlə bağlı yarana bilər. Başqa sözlə, öhdəliyin predmeti – pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkilmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə cavabdehin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqavilələri üzrə üzərinə düşən öhdəliyi yerinə yetirilməməsini və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, cavabdeh müqavilə şərtlərinin yerinə yetirmədiyindən, iddiaçı ödənilmiş mənzillərin dəyərinin – cəmi 81.000 manat məbləğində pulun cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının bu tələbini qanuni əsasını Mülki Məcəllənin 1092-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarılmalıdır (maddə 1092.1). Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya məxsus pul vəsaitini əsassız olaraq (daşınmaz əmlakın alqı-satqısına dair əsas müqaviləni bağlamadan, daşınmaz əmlakı alıcıya təqdim etmədən) əldə etdiyindən o, əsassız varlanan şəxs hesab edilməlidir. Qanunda əsassız varlanmanın anlayışı verilmişdir. Belə ki, qanuna görə əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin hesabına əmlak əldə etsin (Maddə 1091.1). Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən bəlli olur ki, bu əsasa söykənən tələbin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş dizpozitiv şərtlərin, həm də eyni vaxta olması tələb olunur: -birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçirilmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; -ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Məhkəmə qeyd edir ki, hazırki işin müəyyən olunmuş faktiki halları istinad olunan qanunun dispozitiv şərtlərinə cavab verməsi – uyğun gəlməsi müəyyən olunur. Yəni işin qeyd edilən halında cavabdeh iddiaçının hesabına qanuni əsas olmadan əmlak əldə etmiş, əsassız varlanmış, iddiaçı da bunun nəticəsində həmin əmlakdan məhrum olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericilik yuxarıda qeyd edildiyi kimi əsassız varlanmanın öhdəlikləri əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edir (maddə 386.1). Məhkəmə cavabdehin iddiaçının bank hesabına keçirilən cəmi 81.000 manat məbləğində pul vəsaitinin onun tərəfindən deyil – Xanbabayeva Nailə tərəfindən götürüldüyünü və buna görə də hazırkı tələb üzrə məhz Xanbabayeva Nailənin cavabdehlik daşımalı olmalı barədə dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən bank hesabına 81.000 manat məbləğində pul vəsaiti məhz tərəflər arasında bağlanılmış ilkin alqı-satqı müqavilələrinə əsasən keçirilmiş və həmin pul vəsaitinin bank hesabından çıxarılma səlahiyyəti cavabdehə məxsus olmuş, həmin pul vəsaitinin hər hansı bir şəxsə verilməsi də məhz onun iradəsindən asılı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən çıxarılan pul vəsaitinin digər şəxsə verilməsində iddiaçı məsuliyyət daşımadığından, pul vəsaitinin hətta digər şəxs tərəfindən götürülməsi halında belə Cavabdehlik daşıdığından, onun qeyd edilən dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə iclasında Cavabdeh pulu götürən şəxsə qarşı polis orqanlarına şikayət etdiyini bildirmişdir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 81.000 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 333 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 81.000 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 333 manat, cəmi 81.333 (səksən bir min üç yüz otuz üç) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1023/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1023/2024
07.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver