Məhkəmə qərarları › İş №e-2(009)-1050/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1050/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1050/2024 23.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı "BANK VTB (Azərbaycan)" ASC-nin Cavabdeh qarşı "borc" tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "BANK VTB (Azərbaycan)" ASC Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 344412-1-34431 saylı “Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi” əsasən xx.xx.2024-cü il tarixinə Banka borclu olduğu 1.858,60 (bir min səkkiz yüz əlli səkkiz manat altmış qəpik) AZN məbləğində əsas borc 256.65 (iki yüz əlli altı manat altmış beş qəpik) AZN məbləğində faiz borcu, 182.25 (bir yüz səksən iki manat iyirmi beş qəpik) AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2.297,50 (iki min iki yüz doxsan yeddi manat əlli qəpik) AZN pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 42,98 (qırx iki manat doxsan səkkiz qəpik) AZN dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "BANK VTB (Azərbaycan)" ASC ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, cavabdehlə yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll olunmasına dair tərəflər arasında razılıq əldə edilmişdir. Bu səbəbdən ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına zərurət yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Nağd pul krediti müqaviləsi”nə əsasən yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "BANK VTB (Azərbaycan)" ASC-nin Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Məhkəməyə müraciət etmək üçün iddiaçı "BANK VTB (Azərbaycan)" ASC tərəfindən ödənilmiş 42.98 (qırx iki manat doxsan səkkiz) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli ********** saylı qəbz) ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektoron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar