Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1052/2024 07.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə, İddiaçı «X3 Azərbaycan» QSC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı «X3 Azərbaycan» QSC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ilə "xxxx" QSC arasındaxx.xx.2019-cü il kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir.bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci il tarixli e-2(009)-1672/2021 saylı Məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı"xxxx" QSC"xxxx" MMC ilə bağlanmış xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC -yə sifariş etmişdir. “İnternational Legal Services MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixində ödənilən 927.70 manat məbləğlərindəki vəsait "xxxx" MMC nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC -yə 139.155 manat manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC -yə cavabdeh(lər) tərəfindən"xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 139.155 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmışkredit müqaviləsinin 5 və 6-cı bəndində «Borcvеrən»-in hüquq və vəzifələri / Borcalanın hüquq və vəzifələri(öhdəlikləri)ndə qeyd edilmişdir ki : «Borcalan» tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yеrinə yеtirilmədikdə krеdit və ona hеsablanmış faiz borcunu, o cümlədən krеdit üzrə gеcikdirilmiş və\və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hеsablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hеsablanan cərimə məbləğlərini, krеditin gеri qaytarılması ilə bağlı çəkdiyi və\və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmətl ilə bağlı çəkdiyi\çəkməli olduğu) bütün хərclərin (zərərin) əvəzinin, həbelə əldən çıxmış faydanın ödənilməsini tələb еtmək (tutmaq\almaq); Bu müqavilə üzrə öhdəliklərini lazımınca yеrinə yеtirmədikdə krеditin gеri qaytarılması ilə bağlı “Borcverənin” çəkdiyi və\və ya çəkməli olduğu bütün хərclərin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta və hüquq xidməti ilə bağlı çəkdiyiçəkməli olduğu xərclərin) əvəzini, habelə “Borcverənin” əldən çıxmış faydasını ödəmək öhdəliyi yaranır.Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 139,155 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun “Yapı Kredit Bank Azərbaycan“ QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə borcverən adlanan «X3 Azərbaycan» QSC ilə müştəri Cavabdeh arasında imzalanmış xx.xx.2019-cu il tarixdə kart krediti müqaviləsi bağlanılmışdır. İş üzrə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-1672/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə «X3 Azərbaycan» QSC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli kart kredit müqaviləsi əsasında yaranmış borc - cəmi 972,70 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq «X3 Azərbaycan» QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş üzrə «X3 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən istehlak kreditləri, krdit kartları və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borcların alınması üçün göstəriləcəyi hüquqi xidmətlər və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələlərin tənzimlənməsi müqavilə predmetinə aid edilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 10 saylı akta əsasən X3 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1 və 5.1.2-ci bəndlərinə əsasən 2023-cü ilin iyul ayı üzrə "xxxx" MMC tərəfindən “istehlak”- bireysal krediti üzrə borclu müştərilərin geri ödənişlərini 8720,56 AZN 15% xidmət haqqının 1308,08 AZN icra edilərək X3 Azərbaycan» QSC-yə təhvil verilmiş və bank təəfindən qəbul edilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan məlum olur ki, X3 Azərbaycan» QSC-nin 2023-cü ilin iyul ayı üzrə borclu müştəri Cavabdeh banka olan və məhkəmə qətnaməsi ilə tutulması müəyyən edilən borc məbləğinin geri ödənişi təmin edilmiş, ödənilmiş məbləğin 15 faizini təşkil edən 139,155 manat hüquqi xidmət göstərən büroya ödənilməsi qeyd edilmişdir. İş üzrə «X3 Azərbaycan» QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən «X3 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin şərtlərinə uyğun olaraq «X3 Azərbaycan» QSC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2019-cu il tarixli kart krediti müqaviləsi əsasında borclu tərəfindən son tarix xx.xx.2023-cü il təmin edilmiş 927,70 manat məbləğində pul vəsaitinə görə «X3 Azərbaycan» QSC tərəfindən "xxxx" MMC-yə 139,155 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Təqdim olunan sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış, qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, bu səbəbdən də bank borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və Səbail rayon Məhkəməsinin e-2(009)-1672/2021-ci il tarixli xx.xx.2021 saylı məhkəmə qətnaməsi ilə yaranmış borcun tutulması qət edilmiş, iddiaçı "xxxx" QSC"xxxx" MMC ilə bağlanmış xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmiş, “İnternational Legal Services MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödənilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixində ödənilən 927,7 manat məbləğlərindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 139,155 manat məbləğində xidmət haqqı ödənilmişdir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, «X3 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən "xxxx" MMC-yə 139,155 manat məbləğində xidmət haqqı ödənilmiş, bununla da qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmişdir. Bu səbəbdən məhkəmə iddiaçı "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə hüquqi xidmət haqqı kimi ödənilmiş 139,155 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə tələb irəli sürməsini əsaslı hesab edir. Azərbaycan Respubliası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə hüquqi xidmət haqqı kimi 139,155 manat məbləğində pul vəsaiti ödənildiyindən, bununla da iddiaçıya həmin məbləğ həddində zərər vurulduğundan, maddi zərər kimi həmin pulun cavabdeh X1 tutulması barədə iddiaçın tələbi əsaslıdır və təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «X3 Azərbaycan» QSC-nin xeyrinə 139,155 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun, cəmi 169,155 (yüz altımış doqquz manat yüz əlli beş qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1052/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1052/2024
07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver