Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1062/2024 29.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat məbləğində aliment artırılaraq və mediatora ödənilmiş 50 manat Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə 24 iyul 2014-cü il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2015-cı il təvəllüdlü X4 dünyaya gəlmişdir. Münasibətləri pozulması səbəbindən xx.xx.2017-ci il tarixdə Ağcabədi Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və birgə nikahdan olan uşaqları onun himayəsinə verilmişdir. Yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün cavabdehdən hər ay 175 manat aliment kəsilmişdir. Hazırda minimum aliment 235 manat müəyyən edilmişdir. Cavabdehlə dəfələrlə razılığa gəlməsi barədə söhbət etsə də, heç bir nəticə verməmişdir. Ümumiyyətlə övladı ilə maraqlanmamışdır. Bu səbəbdəndə alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məçburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan keçirilməsini və ədalətli qərar qəbul edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini, o, müharibə iştirakçısı olduğunu, iş tapa bilmədiyini, fəhləlik etdiyini, onun ikinci ailəsindən övladı olduğundan 235 manat məbləğində alimenti ödəməyin onun üçün çətin olduğunu bildirdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş AZ-İİİ 680707 nömrəli, 08 yanvar 2016cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası isə X2 İş materiallarında olan AA******* xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci ildə anadan olmuşdur. İş materiallarında olan AZ-İ 234782 nömrəli, 24 may 2017-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X3 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2017 ilin may ayının 24 günündə 60 No ilə qeyd edilmişdir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 2 (017)-861/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsindən aydın olur ki, iddia qismən təmin edilərək, tərəflərin birgə nikahından 20 dekabr 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü Cavabdeh qazancından hər ay 90 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Təqdim olunmuş Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)- 2577/2021 nömrəli, 24 avqust 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Ağcabədi Rayon Məhkəməsinin 2 (017)- 861/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddianın qismən təmin edilməsi, 20 dekabr 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi, alimentin xx.xx.2021-ci il tarixdən hesablanması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasının əsasları müəyyən edilmiş və göstərilmişdir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan uşağı X4 iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat 24 avqust 2021-ci il tarixli Şirvan Apellyasiya Məhkəməsinin 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Eyni zamanda, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2024-cü il tarixli Qanunla 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin qismən təmin edilməsini, cavabdehdən tutulan aliment məbləğinin artırılmasını zəruri hesab edir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə uşaqların saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin 200 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2577/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, Cavabdeh 20 dekabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-1062/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1062/2024
29.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver