Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1078/2022 22.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mənzil Tikinti Kooperativindən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 8290,68 manat, faiz borcu üzrə 14,78 manat, cəmi 8305,46 manat borc və iddia ərizəsi üçün ödənilmiş 103,05 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, S/13 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə, 12 faiz dərəcəsi ilə 79245 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənilməsini təmin etmir. Kredit müqaviləsinin təminatı olaraq bank ilə Cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında xx.xx.2013-cü il tarixli, S/13 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. Yuxarıda adı çəkilən xx.xx.2013-cü il tarixli, S/13 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 8290.68 manat, faiz borcu üzrə 14.78 manat olmaqla, cəmi 8305,46 manat borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 103.05 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh2 oğlu və Cavabdeh1 Mənzil Tikinti Kooperativinə xx.xx.2022-ci il tarixində 22-3157/2022 saylı xəbərdarlıq məktublar göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı "xxxx" ASC məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mənzil Tikinti Kooperativindən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 5866,33 manat, faiz borcu üzrə 64,15 manat, cəmi 5930,48 manat borc və iddia ərizəsi üçün ödənilmiş 103,05 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı "xxxx" ASC məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mənzil Tikinti Kooperativindən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 3519.71 manat, faiz borcu üzrə 7,88 manat, cəmi 3527,59 manat borc və iddia ərizəsi üçün ödənilmiş 103,05 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. İş materiallarında olan kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, S/13 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə, 12 faiz dərəcəsi ilə 79245 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı olaraq bank ilə Cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında xx.xx.2013-cü il tarixli, S/13 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tarixli maliyyə arayışından görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, S/13 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə banka 8290,68 manat əsas borc, 14.78 manat faiz borcu, ümumilikdə 8305.46 manat borc təşkil edir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehlərə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli S/13 №-li kredit müqaviləsinə əlavənin ödəniş cədvəlindən görünür ki, tərəflər arasında kreditin və ona hesablanmış faizlərin xx.xx.2013-cü il tarixdən başlayıb xx.xx.2023-cü il tarixədək hər ay 1,136.94 manat, sonuncu ay isə 1,136.83 manat ödəməklə bitirməli olmasını göstərən ödəniş qrafiki tərtib edilmişdir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə banka 3519,71 manat əsas borc, 7.88 manat faiz borcu, ümumilikdə 3527,59 manat borc təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci və 472.2-ci maddələrinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, S/13 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə, 12 faiz dərəcəsi ilə 79245 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq bank ilə Cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında xx.xx.2013-cü il tarixli, S/13 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. Lakin borclu Cavabdeh2 xx.xx.2013-cü il tarixli, S/13 nömrəli kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə əsas borc üzrə 3519,71 manat, faiz borcu üzrə 7,88 manat, ümumilikdə isə 3527,59 manat məbləğində borcu yaranmışdır. Odur ki, iddiaçının göstərilən məbləğdə borcun Cavabdeh2 və Cavabdeh1 Mənzil Tikinti Kooperativindən müştərək qaydada tutulması tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mənzil Tikinti Kooperativindən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 3519,71 (üç min beş yüz on doqquz manat yetmiş bir qəpik) manat, faiz borcu üzrə 7,88 (yeddi manat səksən səkkiz qəpik) manat, cəmi 3527,59 (üç min beş yüz iyirmi yeddi manat əlli doqquz qəpik) manat borc və ödənilmiş 103,05 (yüz üç manat beş qəpik) manat dövlət rüsumu, 0.40 (qırx qəpik) manat xidmət haqqı tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-1078/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1078/2022
22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver