Məhkəmə qərarları › İş №e-2(009)-1098/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1098/2022

30.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1098/2022 30.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı İstehalat Birliyinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərtib olunmuş akt üzrə 5144 manat, 75,84 manat dövlət rüsumunun əvəzi və 400 manat vəkil xərci olmaqla, cəmi 5620,04 manat məbləğində pulun tutularaq İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 2/19862 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz ediməsi davam etdirilmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00706 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 1702AZ**********79 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı, sayğaca müdaxilə etmələri aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin qaz xəttinə özbaşına qoşulmasına görə 1. Noyabr 2013-cü il tarixli akt əsasında 151.2 manat, 2. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 996.9 manat, 3.xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 284.4 manat, 4. xx.xx.2018-ci il tarixli 0150736 saylı akt əsasında 233.2 manat, 5. xx.xx.2018-ci il tarixli 0164675 saylı akt əsasında 288.8manat, 6. xx.xx.2018-ci il tarixli 0171337 saylı akt əsasında 388.8 manat, 7. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.2 manat, 8. 08.2018-ci il tarixli akt əsasında 219.6 manat, 9. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.2 manat, 10. 10.xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.2 manat, 11. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66.6 manat, 12. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66.6 manat, 13. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 66.6 manat, 14. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 66.6 manat, 15. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109.8 manat, 16. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 66.6 manat, 17. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, 18. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, 19. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, 20. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, 21. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, 22. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, 23. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 66,6 manat, 24. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat, 25. xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 26. xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 27. 30.03,.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 28. xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 29. xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında252 manat, 30. xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194.4 manat İddiaçı İB-nə zərər dəymişdir. Bundan başqa, cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 5150.2 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdeh borcundan müəyyən ödənişlər etmişdir. Cavabdehin hazırda 5144.2 manat borcu qalmışdır. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı İstehalat Birliyinin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci tarixli, Aİ-2/19862 saylı nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1- ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan Abonent saldosundan görünür ki, Cavabdeh 2021-ci ilin iyun ayı üçün 5144,2 manat məbləğində borcu var. İş materiallarında olan aktlardan görünür ki, İddiaçı tərəfindən cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə müxtəlif vaxtlarda: noyabr 2013-cü il tarixli akt əsasında 151.2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 996.9 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 284.4 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 233.2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 288.8 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 388.8manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.2 manat, 08.2018-ci il tarixli akt əsasında 219.6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66.6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66.6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 66.6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 66.6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109.8 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 66.6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, 20. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 66,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 30.03,.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194.4 manat ziyan məbləği hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. "Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011 -ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında iddiaçı cavabdehə məxsus yaşayış evi təbii qazla təmin etmişdir. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan kənar özbaşına olaraq qaz xəttinə qoşularaq qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı, sayğaca müdaxilə etmələri aşkar olunaraq aktlaşdırılmışdır. Beləliklə, cavabdehin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliklərinin pozulması halı baş vermişdir. Bununla yanaşı, iş materiallarında olan əksər aktlardakı fotoşəkillərin eyni olması, fotoşəkillərin çəkilmə tarixinin göstərilməməsi, bununla da hansı aktları əsaslandırdığını müəyyənləşdirməyin qeyri-mümkün olması aktların düzgünlüyünə şübhə yaradır. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, abonent Cavabdeh təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində iddiaçıya yalnız xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə, xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə, xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə, xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə, xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə borc hesablanmalıdır. Qeyd olunan aktda itirilmiş qazın həcminın müvafiq olaraq 4983 kubmetr, 666 kubmetr, 666 kubmetr, 324 kubmetr və 324 kubmetr olduğu müəyyyən olunmuşdur. Tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqavilə”sinin 3.1 -ci bəndinə əsasən qazın qiyməti hər bir kub.metr üçün 0,10 manat məbləğində müəyyən edildiyindən, qeyd olunan aktlar üzrə dəymiş ziyanın məbləği müvafiq olaraq 498,30 manat, 66,60 manat, 66,60 manat, 32,40 manat və 32,40 manat təşkil edir. Beləliklə, yuxarıda göstərilənlərə nəzərə alaraq məhkəmə hesab edir ki, qaz xəttindən qanunsuz istifadəyə görə iddia tələbi qismən 696,30 manat həcmində təmin edilməlidir. İddiaçının, hüquqi yardım xidməti üçün vəkilə ödənilən 400 manat məbləğinin cavabdehdən tutulması tələbi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hüquqi yardım xidməti üçün vəkilə ödənilən 400 manat məbləğin tutulması hissəsində tələb qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 696,30 manat maddi ziyan, ödənilmiş 75,84 manat dövlət rüsumu və 100 manat vəkil xərci Cavabdeh alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 696,30 (altı yüz doxsan altı manat otuz qəpik) manat maddi ziyan, vəkil xərci 100 (yüz) manat və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 75,84 (yetmiş beş manat səksən dörd qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı hesabına (İBAN:AZ50İBAZ**********9955001922, SWİFT:İBAZA2X, Alan Bankın müxbir hesabı:AZ03NABZ********************, Alan Bankın kodu: 805153, Bankın VÖEN: **********, Müştəri VÖEN: **********) köçürülsün. Qalan huissədə iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar