Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1099/2022 03.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25.08.2017-ci il tarixli 06118806 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilməsi davam etdirilmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********10022 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 1802AZ**********32 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı, sayğaca müdaxilə etmələri aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki,22.06.2018-ci il tarixdə G-4 markalı ******* nömrəli qaz sayğacı Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və sayğacın hesablama mexanizminin plastmas qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında cızıq izlərinin olması, zavod seriya nömrəsi yazılmış lövhənin yararsız vəziyyətdə olması aşkarlanmışdır. Bu barədə MSK-29/1710-00391-2 saylı 22.06.2018-ci il tarixli akt tərtib edilmişdir. 27.04.2021-ci il tarixli ******* saylı akt ilə sayğac yenisi ilə əvəz edilmişdir. 29.06.2018-ci il tarixli ******* saylı akt əsasında 2203,2 manat İddiaçı İB-nə zərər dəymişdir. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Belə ki, cavabdehin təbii qazdan istifadə nəticəsində yaranmış borcu 461,29 manat təşkil edir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 2203,2 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan əlavə də cavabdehin istifadə etdiyi qaza görə iddiaçıya borcu vardır. Cavabdeh istifadə edilmiş təbii qazın dəyəri ilə birlikdə iddiaçıya cəmi 2664,49 manat pul ödənilməlidir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh tərtib olunmuş akt üzrə 2203,2 manat, təbii qazdan istifadəyə görə 461,29 manat, 51,04 manat dövlət rüsumunun əvəzi və 400 manat vəkil xərci olmaqla, cəmi 3115,53 manat məbləğində pul tutularaq İddiaçı (İBAN: AZ50İBAZ********************, SWİFT İBAZAZ2X, Alan Bankın müxbir hesabı: AZ03NABZ********************, Alan Bankın kodu: 805153, Bankın VÖEN: **********,Müştəri VÖEN: **********) hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, 461 manat debitor borcu etiraf edir, lakin sayğaca hər hansı müdaxilə olmamışdır, sayğac evdən kənarda qurlaşdırılmışdır. Sayğaca baxış zamanı onun iştirakı təmin ounmamışdır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə “Paylayıcı” qismində İddiaçı İB-nin Bakı RQSD-nin rəisi X1 ilə “İstehlakçı” qismində Cavabdeh Əhhmədalı oğlu arasında bağlanılmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 25.08.2017-ci il tarixli 06118806 saylı müqaviləsinə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçının keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. İş üzrə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 27.04.2018-ci il tarixli ******* nömrəli aktın kserosurətindən görünür ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən qaz sayğacına baxış keçirilən zaman sayğacın yivli birləşmə mövcud olduğu və plombun cimi qırıq (korroziya) olduğu üçün sayğac Mexanikadan İtrona əvəzlənmişdir. Quraşdırılan qaz sayğacı abonentə təhvil verilmişdir. İş üzrə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29.06.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İTRİ-nin MSK-29/1710-00391-2 saylı, 22.06.2018-ci il tarixli rəyə əsasən G-4 markalı ******* No-li sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var, zavod seriya nömrəsi yazılmış lövhə yararsız vəziyyətdə olması, dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş üzrə İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentinin 29.06.2018-ci il tarixli qərarın surətindən belə məlum olur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğacda olan qüsur nəticəsində itirilmiş qazın bərpası və dəymiş ziyan həcmi kimi 180 gün hesabatı ilə 11016 kub metr əlavə sərfiyyat hesablanmışdır. İş üzrə iddiaçının abonent (kod **********10022) saldosundan görünür ki, ona 2018-ci ilin iyun ayında 461,29 manat debitor borcu və akt üzrə 2203,20 manat əlavə borc hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbə əsasən cavabdehin təbii qazdan istifadəyə görə 461,29 manat debitor borcu mövcuddur, eyni zamanda akt əsasında itirilmiş qazın bərpası ilə əlaqədar aparılmış hesabata əsasən 2203,2 manat cavabdehdən pul tələb olunur. Məhkəmə cavabdehdən yaranmış debitor borcun tutulması hissəsində iddia tələbini əsaslı hesab edir. AR Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin 12.05.2011ci il tarixli, 80 №-li Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. «Qaz istifadə Qaydaları»nın 1.3-cü bəndinin 2-ci və 3-cü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, İddiaçı İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. Tərəflər arasında imzalanmış 25.08.2017-ci il tarixli, 06/18806 saylı müqavilənin 2.2.2-ci bəndinə əsasən paylayıcı, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququna malikdir. Qeyd edilən müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 2.3.1-ci və 2.3.6-cı bəndlərinə əsasən istehlakçı qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi və bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsi görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı bu müqavilənin və «Qazdan istifadə qaydaları»nın tələblərinə əməl etməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında cavabdehin təbii qazdan istifadə etməsi ilə əlaqədar 461,29 manat debitor borcun yaranması müəyyən edildiyindən məhkəmə hesab edir ki, cavabdeh qanunun yuxarıda göstərilən tələblərini pozaraq, istifadə etdiyi qaza görə yaranmış borcu ödəmədiyindən, iddia tələbi həmin debitor borcun tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddia tələbinin 29.06.2018-ci il tarixli akt əsasında dəymiş ziyanın tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 27.04.2018-ci il tarixdə İddiaçı İB-nin əməkdaşları cavabdehin yaşadığı fərdi yaşayış evindən kənarda quraşdırılmış qaz sayğacına baxış keçirmişlər və sayğacın sayğacın yivli birləşmə mövcud olduğu və plombun cimi qırıq (korroziya) olduğu üçün sayğac Mexanikadan İtrona əvəzlənmişdir. Köhnə sayğac yoxlanılması üçün sayğacların yoxlanması laboratoriyasına göndərilmiş və 22.06.2018-ci il tarixli akta əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında cızıq izlərinin olması, zavod seriya nömrəsi yazılmış lövhənini yararsız vəziyyətdə olması müəyyən edilmişdir. Həmin akt əsasında 29.06.2018-ci il tarixdə cavabdeh barəsində ******* saylı akt tərtib olunmuş və həmin akt əsasında komissiyanın 29.06.2018-ci il tarixli qərarı ilə cavabdehdə 11016 kub metr əlavə hesabat aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə qeyd edir ki, cavabdehin yaşadığı fərdi yaşayış evindən kənarda quraşdırılmış sayğacda olan qüsura görə cavabdehin məsuliyyət daşıması qanunla müəyyən olunmur. Qanunun tələbinə görə qaz sayğacını işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik qaz paylayıcısı daşıyır və belə olan halda cavabdeh sayğacın laboratoriya şəraitində yoxlanılması ilə bağlı aşkar edilmiş qüsura görə təqsirli hesab oluna bilməz. Digər tərəfdən aşkar edilmiş qüsurun məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi də yoxlama zamanı müəyyən olunmamışdır. Yəni sayğacda qüsurun olması faktı müəyyən edilsə də, həmin qüsurun baş verməsində cavabdehin təqsirli olması ehtimal xarakter daşıyır və bu halları təsdiq edən kifayət qədər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Sayğacın laboratoriya müayinəsi zamanı cavabdehin iştirakı təmin edilməmişdir. Avropa Məhkəməsinin «Van de Huk Niderlanda qarşı» işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Qavazov Bolqarıstana qarşı» işi üzrə 06 mart 2008-ci il tarixli Qərarda qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi akt əsasında itirilmiş qazın bərpası üçün hesablanmış 2203,2 manat məbləğində pulun tutulması hissəsində əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi vurulmuş ziyanın tutulması hissəsində qismən təmin olunduğu üçün, məhkəmə xərci - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (30 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hüquqi yardım xərcinə görə 400 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb qismən təmin edilməlidir. Həmin Məcəllənin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin nümayəndəyə göstərilmiş yardıma görə 400 manat məbləğində xərcin tutulması hissəsi üzrə qeyd edir ki, iddiaçı tərəfindən həmin məbləğin ödənilməsini təsdiq edən müvafiq hesabdan mədaxil çıxarışı (PSG "xxxx" MMC-nin hesabına 400 manat ödənilməsinə dair) iddia ərizəsinə əlavə edilsə də, məhkəmə baxılan mülki işin o qədər də mürəkkəb olmamasını, yəni konkret halda həmin işlə əlaqədar göstərilən yardımın həcmini, işə baxılma müddətini, tələbin kifayət qədər yüksək olmamasını nəzərə alaraq hesab edir ki, həmin hissədə tələb qismən təmin edilməli və hüquqi yardıma görə ağlabatan məbləğ kimi 100 manat məbləğində pulun tutulması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə təbii qazdan istifadə ilə əlaqədar debitor borca görə ödənilməmiş 461,29 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat və hüquqi xidmətə görə ödənilmiş 100 manat, cəmi 591,29 (beş yüz doxsan bir manat, iyirmi doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı (İBAN: AZ50İBAZ********************, SWİFT İBAZAZ2X, Alan Bankın müxbir hesabı: AZ03NABZ********************, Alan Bankın kodu: 805153, Bankın VÖEN: **********,Müştəri VÖEN: **********) hesabına ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1099/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1099/2022
03.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver