Məhkəmə qərarları › İş №e-2(009)-1102/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1102/2022

24.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1102/2022 24.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB-yi Cavabdeh qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh tərtib olunmuş akt üzrə 9403,44 (doqquz min üç manat qırx dörd qəpik) manat, təbii qazdan istifadəyə görə 2088.48 (iki min səksən səkkiz manat qırx səkkiz qəpik) manat, dövlət rüsumunun əvəzi 126.88 (yüz iyirmi altı manat səksən səkkiz qəpik) manat və 400 (dörd yüz) manat vəkil xərci olmaqla, cəmi 12018.8 (on iki min on səkkiz manat səksən qəpik) manat məbləğində pul tutularaq İddiaçı (İBAN: AZ50İBAZ********************, SWİFT:İBAZA2X, Alan Bankın müxbir hesabı: AZ03NABZ********************, Alan Bankın kodu: 805153, Bankın VÖEN: **********, Müştəri VÖEN: **********) hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 06/8641 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilməsi davam etdirilmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00480 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 1202AZ**********5 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozmuşdur. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin qaz xəttinə özbaşına qoşulmasına görə 02.2013-cü il tarixli akt əsasında 338.4 manat, xx.xx.2016-cı il tarixli 088091 saylı akt əsasında 471.6 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 608.4 manat,xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 772.8 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 302 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 168.6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 125.4 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 772.8 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 219.6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 219.6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 109.8 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66.6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 109.8 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109.8 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109.8 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109.8 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109.8 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 66.6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 267.84 manat İddiaçı İB-nə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 9403,44 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Cavabdehin təbii qazdan istifadəyə görə 2088.48 manat borcu qalmışdır. Cavabdeh borcundan müəyyən ödənişlər etmiş, hazırda cavabdehin iddiaçıya 11491.92 manat borcu vardır. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək Cavabdeh tərtib olunmuş akt üzrə 9403,44 (doqquz min üç manat qırx dörd qəpik) manat, təbii qazdan istifadəyə görə 2088.48 (iki min səksən səkkiz manat qırx səkkiz qəpik) manat, dövlət rüsumunun əvəzi 126.88 (yüz iyirmi altı manat səksən səkkiz qəpik) manat və 400 (dörd yüz) manat vəkil xərci olmaqla, cəmi 12018.8 (on iki min on səkkiz manat səksən qəpik) manat məbləğində pulun tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, qaz sayğacının qoşulması ilə bağlı dəfələrlə İddiaçı çağrı mərkəzinə müraciət etmiş, lakin bununla bağlı hansısa hərəkət etməmişlər. Həmin xətti İddiaçı əməkdaşları qoşaraq sonradan düzəldəcəklərini bildirmişlər. Bundan sonra da sayğacın qoyulması ilə bağlı müraciət etsə də qoşmamışlar. Onun evində istilik sistemi yoxdur. Qazdan yalnız mətbəxdə və qışda qaz sobası üçün istifadə olunur. İddiaçı tərəfindən hesablanmış borc əsassızdır. Sayğac vaxtında qoşulsa idi istifadə etdiyi qazın dəyərini ödəyərdi. Bu səbəbdən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı üzrə xx.xx.2017-cı il tarixli müqavilədən görünür ki, İddiaçı İB ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. İş materiallarında olan 02.2013-cü il tarixli akt əsasında 338.4 manat, xx.xx.2016-cı il tarixli 088091 saylı akt əsasında 471.6 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 608.4 manat,xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 772.8 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 302 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 168.6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 125.4 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 772.8 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 219.6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 219.6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 109.8 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66.6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 109.8 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109.8 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109.8 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109.8 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109.8 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 66.6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 223.2 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 267.84 manat cərimə hesablanmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh ünvan 1 ünvanında (abonent kodu: **********00480) təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, xx.xx.2017-ci il tarixdə onunla İddiaçı İB arasında qazın alğı-satqısına dair müqavilə bağlanmışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən “abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi” əsası ilə aktlar tərtib edilmiş və buna görə İddiaçı İB tərəfindən əlavə hesablaşma aparılaraq müvafiq olaraq itirilmiş təbii qazın bərpası məqsədilə Cavabdeh 9403.44 manat borc yazılmış və həmin məbləğ ondan tələb edilir. Bununla belə, məhkəmə tərəfindən ünvanda baxış keçirilən zaman Cavabdeh qaz sayğacına müdaxilə etməsi, həmçinin onun təbii qazdan qeyri-qanuni istifadə halları müəyyən edilmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, sayğac xx.xx.2012-ci il tarixdə quraşdırılmış (iş materiallarında olan xx.xx.2022-ci il tarixli GASREP), quraşdırılan zaman 2826.48 manat borc olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM 21.2) Həmin Məcəllənin 551-ci maddəsinə uyğun olaraq kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər 5 il müddət keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında bağlanmış qazın alğısatqısı barədə xx.xx.2017-ci il tarixli Müqaviləsinə əsasən Cavabdeh aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.1.11-ci bəndinə əsasən ödənişsiz qaydada İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlanılmasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq Paylayıcının vəzifəsidir. 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz Paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir); həm bu müddəanın mənasına, həm də bilinən işgüzar praktikaya görə qaz təchizatçısı ayda ən az bir dəfə istehlakçının sayğacının vəziyyətini yoxlamalı və sayğac göstəricisini müəyyənləşdirməli, əgər sayğacda problem varsa, yaxud sayğac yoxdursa, onu işlək sayğacla əvəz etməlidir. Başqa sözlə, əgər sayğaca müdaxilənin istehlakçı tərəfindən edildiyi sübuta yetirilmirsə, yaxud sayğac yoxdursa və ya sayğacda istehlakçının təqsiri üzündən yarandığı sübuta yetirilməyən nasazlıq varsa, bu halda sayğac quraşdırılmalıdır (yeni sayğacla dəyişdirilməlidir) və istehlakçıdan yalnız sayğaca baxış keçirilməli olan sonuncu tarixdən sonrakı 1 ay üçün ödəniş tələb oluna bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh yalnız xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən hesablanmış orta günlük sərfiyyata uyğun pul vəsaiti tələb oluna bilər. xx.xx.2016-cı il tarixli akt 5 il müddət keçdiyindən öz qüvvəsini itirib. xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli,, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli tərtib olunmuş akt etibarsız olmaqla, müvafiq dövrlərdə Cavabdeh qazdan sayğacsız istifadə etməsinin məsuliyyəti İddiaçı İB-nin öz vəzifələrini lazımi qaydada icra etməyən əməkdaşlarına aid olunmalıdır. Hazırki mülki işdə Cavabdeh yaşadığı ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacına məhkəmə tərəfindən iş üzrə ünvana baxış keçirilmiş və həmin ünvanda abonent tərəfindən kənar qazdan qeyri-qanuni istifadə halı müəyyən edilmişdir. Cavabdeh bununla bağlı İddiaçınə dəfələrlə müraciət etmiş, lakin müraciətinə cavab verilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, qazdan istifadəyə görə əsassız borc hesablanmışdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən Cavabdeh təbii qazdan qanunsuz istifadəyə görə 608.40 (altı yüz səkkiz manat qırx qəpik) manat pul tutularaq İddiaçı hesabına ödənilməlidir. Təbii qazdan istifadəyə görə 2088.48 manat borca münasibətdə məhkəmə hesab edir ki, ünvana sayğac quraşdırılan zaman 2826.48 manat borc artıq mövcud olmuşdur. 5 il müddət keçdiyindən öz qüvvəsini itirib. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 126.88 manat dövlət rüsumunun 30 manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən nümayəndələrə və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə xərclərinə aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı vəkilə çəkdiyi xərclərlə bağlı hər hansı sübut təqdim edə bilmədiyi üçün məhkəmə MPM-nin 121.1-ci maddəsinə əsasən iddia ərizəsinin tərtibi üçün iddiaçı tərəfindən çəkilən xərcin 200 manat müəyyən edilməli və onun 170 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə 608.40 (altı yüz səkkiz manat qırx qəpik) manat, 30 (otuz) manat dövlət rüsumu və hüquqi yardıma görə 170 (yüz yetmiş) manat məbləğində pul tutularaq İddiaçı (İBAN: AZ50İBAZ********************, SWİFT:İBAZA2X, Alan Bankın müxbir hesabı: AZ03NABZ********************, Alan Bankın kodu: 805153, Bankın VÖEN **********, Müştəri VÖEN:**********) hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar