Məhkəmə qərarları › İş №e-2(009)-1119/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1119/2025

26.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1119/2025 26.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X12 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi İddiaçının və onun nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 26 may 2025ci il tarixdə, Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 73 052 (yetmiş üç min əlli iki) manat pulun, 10 000 (on min) manat məbləğində mənəvi zərərin, 73 052 (yetmiş üç min əlli iki) manatın Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirdiyi bank uçot dərəcəsi ilə hesablanmış illik 5 % olmaqla üç il üçün təmir adına aldığı pulun vəsaitini qanunsuz saxlaması, onun qaytarılmasından boyun qaçırmasi nəticəsində cavabdeh faydalanmış 10956 (on min doqquz yüz əlli altı) manat pulun, 375 (üç yüz yetiş beş) manat məbləğində dövlət rüsumu və vəkilə ödədiyi 400 (dörd yüz) manatın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olsada ünvan 2yırdım. 2022-ci ilin fevral ayında Xətai rayonu, Ağ Şəhər, “Hünər Şərq” binasında 18-ci mərtəbədə yerləşən 80 saylı, ümumi sahəsi 185 kv.m olan mənzili almışdır. Həmin mənzili alan zaman mənzil tam olaraq təmirsiz vəziyyətdə olmuş, aldıqdan sonra mənzili təmir etmək qərarına gəlmiş, bu məqsədlə qohumu Rafiqin vasitəsi ilə “Nadiroğlu İnşaat" MMC-nin rəhbəri X7 ilə tanış olmuş, Vüsal tərəfindən mənzilə baxış keçirildikdən sonra o, hesablamalar aparıb, mənzilin tam təmirini iki mərhələ üzrə üzərinə götürmüş, ilkin mərhələdə mənzildə boruların və elektrik xətlərinin çəkilməsi, divarların tikilməsi və suvanması, döşəmənin beton və taxta işləri görülməli olduğunu bildirərək, ilkin mərhələdə qeyd olunan işlərin görülməsi üçün 30.600 manat pul istəmiş, 2022-ci ilin fevral ortalarında Nadirin Ağ şəhərdə olan ofisində "Nadiroğlu" şirkəti ilə arasında təmir işlərinin görülməsi haqqında müqavilə bağlanmış, həmin müqavilə əsasında 2022-ci ilin fevral-iyun ayları ərzində qeyd olunan işlər mənzildə görülmüş və Vüsala ofisində 33.000 manat pul ödəmiş, 2022-ci ilin avqust ayında mənzilin kosmetik işlərinin alınması, material və avadanlıqlarının alınması üçün Vüsal ümumi 70.000 manat pui istəmişdir. Qeyd olunan məbləğin 10.000 manatı şirkət haqqı, 60.000 manatı isə materialların və avadanlıqlarının alınması və təmirin tam şəkildə başa çatdırılması üçün istənilmişdir. 2022-ci ilin avqust ayından 2023- cü ilin mart ayına kimi Vüsala Ağ şəhərdə yerləşən ofisində 53.000 manat pul ödəmişdir. Vüsal mənzili tam təmirli vəziyyətdə 2023-cü ilin may ayında təhvil verilməli idi. Vüsala inandığı üçün işlərə birbaşa nəzarət etməmiş, 2023-cü ilin may ayında Vüsalın təmiri başa çatdıra bilməməsi məlum olmuş, onunla danışmış və o, vəd vermişdir ki, qısa müddət ərzində təmiri başa çatdıracaq. Həmin ərəfədə mənzilə baxış keçirərkən məlum olmuşdur ki, birinci müqavilə əsasında nəzərdə tutulan işləri qismən görsədə, 30 iyun 2022-ci il tarixində aralarında bağlanan ikinci müqavilə üzrə nəzərdə tutulan təmir işləri görülməmiş, mənzilə keramoqranit vurulmasından başqa digər kosmetik işlər aparılmamışdır. Bu barədə Vüsala bildirdikdə, Vüsal tam şəkildə avadanlığı və materialları aldığını, lakin ustaların vaxtı olmadığı üçün təmiri başa çatdıra bilmədiyini bildirmiş, 2023cü ilin iyul ayında Vüsal tərəfindən Osmanlı Lalə adlı usta poduqa vurmaq üçün cəlb olunmuş, Lalə bir müddət işləyəndən sonra işlərini dayandırmış və Vüsal onun xidmət haqqını ödəmədiyi üçün işlərini tamamlaya bilmədiyini bildirmiş, ona görədə məcbur olub Lalə adlı şəxsə 4290 manat pul ödəmiş, bundan sonra Vüsal ilə əlaqə saxlasada o, zənglərə cavab verməmiş və görüşməkdən boyun qaçırmışdır. Bundan sonra bir dəfə Vüsal ilə əlaqə saxlayıb işlərin tamamlanmasını ondan istəsədə Vüsal bunu yerinə yetirməmiş, həmin ərəfədə Rafiq Vüsalın obyektlərdən alaçaqları olduğunu və təmiri tezliklə yekunlaşdıracağını bildirmiş, buna baxmayaraq Vüsala işləri dayandırmaması üçün materialların bir hissəsini almasını, ustalar işləri görüb başa çatdırmasnı bildirmiş, Vüsal materialları özü alacağını və pul ödəməsini tələb etmiş, lakin ona inanmadığı üçün əlavə heç bir pul məbləğ ödəməmiş, daha sonra ondan işi bitirməyi həyata keçirə bilməyəcəyi təqdirdə isə pulu geri qaytarmasını tələb etmiş, lakin Vüsal müqavilənin tələblərini yerinə yetirməyərək işi başa çatdırmamış və pul məbləğini geri qaytarmamış, bundan sonra başqa ustalar tapmış, ona məlum olmuşdur ki, Vüsal tərəfindən ev ünvanında qismən görülən işlərdə keyfiyyətsiz görülmüşdür. Hazırda özünün tapdığı başqa ustalar vasitəsi ilə mənzilini təmir etdirmişdir. X2 tərəfindən ona 86000 manat+4290 manat usta xanıma ödədiyi təmir haqqı -24678 manat cavabdeh tərəfindən görülmüş iş = 65612 manat+ 7440 manat mənzil üzrə mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir işləri ilə birlikdə cəmi - 73052 manat ziyan vurulmuşdur. Dəfələrlə ona zəng edərək işlərini tamamlamağı tələb etsədə Vüsal bunu yerinə yetirmədiyi və zənglərinə cavab vermədiyinə görə pulları Xətai rayonu ərazisində verdiyi üçün Bakı şəhəri, Xətai rayon Prokuroruna müraciət etmiş, 04 noyabr 2023-cü il tarixdə AR CM-nin 178.3.2- ci maddəsi ilə olan ********* nömrəli cinayət işi istintaqın aparılması üçün aidiyyatı üzrə Xətai RPİ-nin İŞ-nə göndərilmiş və cinayət işi üzrə istintaqın aparılması Xətai RPl-nin İŞ-nin müstəntiqi polis baş leytenantı Rəhman Cəfərova tapşırılmışdır. 13 noyabr 2023-cü il tarixdə cinayət işi müstəntiq Rəhman Cəfərov tərəfindən icraata qəbul edilmiş və istintaqı aparılmışdır. 27 dekabr 2023-cü il tarixdə X5 müstəntiq Rəhman Cəfərov tərəfindən şübhəli şəxs qismində tutulmuş, 29 dekabr 2023-cü il tarixdə X4 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cəlb edilməsi üçün kifayət qədər sübut olmadığından barəsində şübhəli şəxs statusundan azad edilməsi və MSY-dən azad edilməsi barədə qərar qəbul edilmişdir. Aparılmış istintaq zamanı təqsirləndirilən şəxsi müəyyən etmək mümkün olmadığından 04 yanvar 2024-cü il tarixdə cinayət işi üzrə icraat müstəntiq Rəhman Cəfərov tərəfindən Azərbaycan Respublikası CPM-nin 53.1.1 -ci maddəsinə əsasən dayandırılmışdır. Yeni halların yaranması nəzərə alındığından cinayət işi üzrə icraat 22 yanvar 2024-cü il tarixdə nüstəntiq Rəhman Cəfərov tərəfindən təzələnərək istintaq davam etdirilmişdir. İstintaq zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin Bakı şəhəri, Nərimanov rayonu ərazisində baş verdiyini nəzərə alaraq 08 fevral 2024-cü il tarixdə AR CM-nin 178.3.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi aidiyyatı üzrə Nərimanov rayon Pİ-nin İŞ-nə göndərilmişdir. İstintaq zamanı X5 AR CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyini təsdiq etmiş, iş üzrə hər kəs dindirilmiş, məhkəmə mühəndis ekspertizası keçirilib 19 oktyabr 2023-cü il tarixli, 10/7598-9/7719 saylı rəy alınmış, həmin rəydə mübahisəli mənzildə aparılmış təmir işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinini 24678 manat məbləğində olduğu, lakin mənzil üzrə mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir işlərinə sərf olunmalı vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 7440 manat məbləğində olduğu müəyyən olunmuş, həmçinin ümumi sahəsi 185 kv.m olan 80 saylı 4 otaqlı mənzildə əmtəə üzrə avadanlıqlar olmadığından əmtəəşünaslıq tədqiqatı aparılmadığı göstərilmişdir. Bakı şəhəri, Nərimanov RPİ-nin müstəntiqinin 24 aprel 2024-cü il tarixli qərarı ilə tərəflər arasında yaranmış münasibət mülki mühakimə icraatı qaydasında öz həllini tapacağı nəzərə alınaraq AR CM-nin 178.3.2-ci maddəsi ilə fakta görə başlanmış cinayət işi üzrə icraata AR CPM-nin 39.1.2 maddəsinə əsasən xitam verilmişdir. X4 müqavilə öhdəliklərinə əməl etməməsi nəticəsində mənzili təmirsiz qalmış, o, ailə üzvüləri ilə birlikdə mənzilinə köçə bilməmiş, o, uzun müddət ailəsi ilə kirayələrdə yaşamış, kirayə haqqı ödəmişdir. X4 onu aldatması, telefon zənglərinə cavab verməməsi, əlində olan pulları təmir adı ilə aldadıb ələ keçirməsi və qaytarmaması, ailəsi ilə kirayələrdə yaşaması, bu səbəbdən ailəsində söz-söhbətlərin, mübahisələrin yaranması nəticəsində əsəb və psixoloji sarsıntısı keçirməsinə, əsəbləşməsinə, ailəsində nüfuzdan düşməsinə səbəb olmuşdur. O, mənəvi sarsıntı keçirməklə bərabər, eyni zamanda müəyyən iztirablara məruz qalmışdır. Məhz bu səbəbdən tez-tez səhhətində, ürəyində problemlər yaranmışdır. Məhz bu səbəbdən cavabdeh X3 10000 manat mənəvi ziyan tələb edir. X1 onun vəsaitini qanunsuz saxlaması, onun qaytarılmasından boyun qaçırmasi nəticəsində cavabdeh faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir. Ona görədə X3 73 052 (yetmiş üç min əlli iki) manatın Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirdiyi bank uçot dərəcəsi ilə hesablanmış illik 5 % olmaqla üç il üçün təmir adına aldığı pulun vəsaitini qanunsuz saxlaması, onun qaytarılmasından boyun qaçırmasi nəticəsində faydalanmış 10956 (on min doqquz yüz əlli altı) manat pulun tutulub mənim xeyrimə ödənilməsini tələb edirəm. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, 67,092 manat pulun, 10 000 manat məbləğində mənəvi zərərin, 67,092 manatın Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirdiyi bank uçot dərəcəsi ilə hesablanmış illik 5 % olmaqla üç il üçün təmir adına aldığı pulun vəsaitini qanunsuz saxlaması, onun qaytarılmasından boyun qaçırmasi nəticəsində cavabdeh faydalanmış 10063,80 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmiş və məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılması mümkün saymışdır. Məhkəmə iddiaçının və nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Cavabdeh MMC (podratçı) ilə İddiaçı (sifarişçi) arasında bağlanmış 30 iyun 2022-ci il tarixli müqavilənin (surətinin) 1.1-ci, 1.2-ci, 2.1.1-ci və 3.2-ci bəndlərindən görünür ki, sifarişçi bu Müqavilə ilə müəyyən edilmiş həcmdə və şərtlərlə təmir tikinti işlərinin göstərilməsi üzrə öhdəlikləri Podratçıya həvalə edir, Podratçı isə həmin öhdəlikləri üzərinə götürür. Podratçının Sifarişçiyə göstərdiyi xidmətlərin siyahısı Müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilmişdir. Bu müqavilənin qüvvədə olması müddətində bu müqavilənin Əlavə 1 hissəsində göstərilən xidmətləri vaxtl-vaxtında yerinə yetirməyi podratçı üzərinə götürür. Təmir işləri üzrə haqq 70.000 AZN təşkil edir. xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022ci il tarixli və Nadiroğlu İnşaat MMC-nin möhürü ilə təsdiq edilmiş və X11 tərəfindən yazılmış qəbzlərin surətlərindən görünür ki, iddiaçı tərəfindən cavabadehə ümumilikdə 80,040 manat pul ödənilmişdir. Osmanlı Lalə tərəfindən yazılmış və imza edilmiş qəbzdə qeyd edilir ki, X11 tərəfindən Ağ şəhər, Hünər şərq binası 18-ci mərtəbə 80-ci mənzildə paduqa və lepka işləri üçün cəlb edilmişdik, lakin o şəxs tərəfindən bizim material və xidmət haqqı ödənilməmişdir. Ev sahibi İddiaçı tərəfindən təmir işlərinin dayandırılmaması üçün bizə ilk olaraq 1700 azn ödəniş olundu. 17 avqust 2023-cü il və 8 sentyabr 2023-cü ildə 2590 anz ödəniş olundu. 19 oktyabr 2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, ünvan 3 ünvanda yerləşən 80 saylı mənzildə görülmüş işlərin həcm və dəyəri 24678 manat təşkil edir. Tədqiq olunan mənzil üzrə mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir və bərpa işlərinə sərf olunmalı vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 7440 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanmışdır. Həmin Müqaviləyə əsasən cavabdeh Podratçı qismində iddiaçının sifarişi əsasında ünvan 3 ünvanda yerləşən 80 saylı mənzilini tam keyfiyyətlə və ağlabatan müddətdə təmir edib Sifarişçiyə təhvil verməyi, Sifarişçi isə bunun müqabilində 70,000 manat Podratçıya pul ödəməyi öhdəsinə götürmüşlər. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtda yerinə yetirməyərək, sözügedən mənzilin təmirini başa çatdırmamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı qarşısında üzərinə götürmüş öhdəliyi lazımi qaydada və müddətdə yerinə yetirməmişdir. Bu isə cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulmasıdır. İddia tələbinin “67092 manat pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ekspert rəyindən görünür ki, iddiaçı tərəfindən təmir işləri aparılması sifariş edilən mənzildə cavabdeh tərəfindən dəyəri və həcmi 24978 manat təşkil edən işlər görülmüş və mənzil üzrə mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir və bərpa işlərinə sərf olunmalı vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 7440 manat məbləğində olduğu müəyyən edilmişdir. Eyni zamanda müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən cavabdehə ümumilikdə 80,040 manat məbləğində pul ödənilmişdir. Bundan başqa iddiaçı tərəfindən Lalə adlı ustaya 4290 manat pul ödənilmişdir, hansı ki bu məbləği cavabdeh iddiaçının ona ödədiyi məbləğdən ödəməli idi. Bu səbəbdən məhkəmə iddiaçı tərəfindən cavabdehə və Lalə adlı ustaya ödənilmiş ümumilikdə (80,040+4290) 84,330 manat puldan cavabdeh tərəfindən görülən işlərin dəyərini təşkil edən 24,678 manat pul çıxılmaqla və yerdə qalan məbləğin (59,652) üzərinə mənzildə olan qüsurların aradan qaldırılması üçün tələb olunan 7440 manat məbləğində pulu əlavə edərək, ümumilikdə 67,092 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması olduğu qənaətinə gəlir. Məhkəmə iddia tələbinin “əldən çıxmış faydanın tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış 30 iyun 2022-ci il tarixli Müqavilədə qeyd edilir ki, tərəflər mənzildə təmir işləri ilə bağlı işləri 90 iş günü ərzində yerinə yetirməyi razılaşdırılmışdır. Bu səbəbdən məhkəmə hazırki tarixə kimi 67,092 manat məbləğində pulun illik 5 % qismində 10063,80 manat məbləğində əldən çıxmış fayda cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Məcəllənin: 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında deyilir ki, “...kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddiaçının mənəvi ziyana görə 10.000 manat pul tələb etməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında izah edilir ki, mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və y ahəmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə yuxarıda sadalananları və işin hallarını əsas götürərək hesab edir ki, iddiaçı cavabdeh tərəfindən böhtana məruz qalmaqla mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki itirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki halda iddia tələbi qismən təmin olunduğundan, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 375 manat dövlət rüsumunun 200 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 67,092 manat məbləğində zərərin əvəzi və 10063,80 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 77155,8 manat məbləğində pul vəsaiti Cavabdeh MMCdən İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 200 manat hissəsi Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar