Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1124/2022 20.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və X2 qarşı “kredit borcun tutulması” tələbinə üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 09.08.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 08.04.2022-ci il tarixinə yaranmış 383 manat əsas, 57.4 manat cərimə, cəmi 440.4 manat, 07.07.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 223 manat əsas, 33.4 manat cərimə, cəmi 256.4 manat, 02.05.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 931 manat əsas, 139.6 manat cərimə, cəmi 1070.6 manat, 13.09.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 479 manat əsas, 71.8 manat cərimə, cəmi 550.8 manat, 14.03.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 1399 manat əsas, 209.8 manat cərimə, cəmi 1608.8 manat, 20.07.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 756.78 manat əsas, 113.5 manat cərimə, cəmi 870.28 manat, ümumilikdə 4797.28 manat borcun və 68 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh və X1 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09.08.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, aldığı “SAMSUNG” markalı televizora və aksesuara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 78 manat olmaqla cəmi 1397 manat, 07.07.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, aldığı “SAMSUNG” markalı televizora görə 18 ay ödəniş cədvəli üzrə hər ay 59 manat olmaqla cəmi 1049 manat, 02.05.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, aldığı “SAMSUNG” markalı soyuducuya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 73 manat olmaqla cəmi 1296.8 manat, 13.09.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, aldığı “LG” markalı televizora görə 18 ay ödəniş cədvəli üzrə hər ay 71 manat olmaqla cəmi 1269 manat, 14.03.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, aldığı “SAMSUNG” markalı soyuducuya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 100 manat olmaqla cəmi 1799 manat, 20.07.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, aldığı “SAMSUNG” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 55 manat olmaqla cəmi 978.78 manat, ümumilikdə 7789.58 manat ödəməyi öhdəsinə götürmüşdür. Borcun təminatı olaraq Zamin ilə 02.05.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə üzrə 02.05.2020-ci il tarixdə,13.09.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 13.09.2019-cu il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, 09.08.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə sonuncu dəfə 10.09.2020-ci il tarixində 78 manat, 07.07.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə sonuncu dəfə 08.08.2020-ci il tarixində 59 manat, 02.05.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə sonuncu dəfə 16.10.2020-ci il tarixində 73 manat, 13.09.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə sonuncu dəfə 16.10.2020-ci il tarixində 192.8 manat, 14.03.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə sonuncu dəfə 05.08.2020-ci il tarixində 1 manat, 20.07.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə sonuncu dəfə 27.09.2021-ci il tarixində 100 manat ödəniş etmiş və qalıq qalmış 4171.78 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırmış. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilməlidir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər üç müqavilə üzrə 6252 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 625.2 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh 08.04.2022-ci il tarixədək İddiaçı MMC-nə olan borcu 09.08.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə üzrə 383 manat əsas, 57.4 manat cərimə, cəmi 440.4 manat, 07.07.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 223 manat əsas, 33.4 manat cərimə, cəmi 256.4 manat, 02.05.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə üzrə 931 manat əsas, 139.6 manat cərimə, cəmi 1070.6 manat, 13.09.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə üzrə 479 manat əsas, 71.8 manat cərimə, cəmi 550.8 manat, 14.03.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 1399 manat əsas, 209.8 manat cərimə, cəmi 1608.8 manat, 20.07.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə üzrə 756.78 manat əsas, 113.5 manat cərimə, cəmi 870.28 manat ümumilikdə altı müqavilə üzrə borcu 4797.28 manat təşkil etmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülkiprosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600-cü maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09.06.2019-cu il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən “SAMSUNG” markalı televizora və aksesuar əldə etmiş və 1397 manat məbləğini 18 ay müddətinə aylıq 78 manat olmaqla ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07.07.2019-cu il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən “SAMSUNG” markalı televizor əldə etmiş və 1049 manat məbləğini 18 ay müddətinə aylıq 46 manat olmaqla ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13.09.2019-cu il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən “LG” markalı televizor əldə etmiş və 1269 manat məbləğini 18 ay müddətinə aylıq 71 manat olmaqla ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə X3 arasında bağlanmış 13.09.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən İrşad Electronics» MMC ilə Cavabdeh arasında bağlanmış 13.09.2019-cu il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə öhdəliyi öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02.05.2020-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən “SAMSUNG” markalı soyuducu əldə etmiş və 1296.8 manat məbləğini 18 ay müddətinə aylıq 73 manat olmaqla ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə X3 arasında bağlanmış 02.05.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02.05.2020ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə öhdəliyi öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14.03.2020-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən “SAMSUNG” markalı soyuducu əldə etmiş və 1799 manat məbləğini 18 ay müddətinə aylıq 100 manat olmaqla ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 20.07.2020-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən “SAMSUNG” markalı mobil telefon əldə etmiş və 1087.8 manat məbləğini 18 ay müddətinə aylıq 61 manat olmaqla ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 08.04.2022-ci il tarixli maliyyə arayışlarına əsasən həmin tarixə Cavabdeh 09.08.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 08.04.2022-ci il tarixinə yaranmış borcu 383 manat əsas, 57.4 manat cərimə, cəmi 440.4 manat, 07.07.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 223 manat əsas, 33.4 manat cərimə, cəmi 256.4 manat, 02.05.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 931 manat əsas, 139.6 manat cərimə, cəmi 1070.6 manat, 13.09.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 479 manat əsas, 71.8 manat cərimə, cəmi 550.8 manat, 14.03.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 1399 manat əsas, 209.8 manat cərimə, cəmi 1608.8 manat, 20.07.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 756.78 manat əsas, 113.5 manat cərimə, cəmi 870.28 manat, ümumilikdə 4797.28 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktubunda Cavabdeh tərəfindən borcunun ödənilməsi tələb olunmuş, ödənilməyəcəyi təqdirdə isə qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət ediləcəyi barədə məlumat qeyd olunmuşdur. Ödəniş qəbzi (№ 8********) və ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 68 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan kreditin alınması üçün ərizə - Cavabdeh aid faktiki ünvan, şəxsiyyət vəsiqəsinin məlumatları, qeydiyyat üzrə ünvanı, əlaqə telefonları, ailə vəziyyəti barədə məlumatlar öz əksini tapır. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09.08.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, aldığı “SAMSUNG” markalı televizora və aksesuara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 78 manat olmaqla cəmi 1397 manat, 07.07.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, aldığı “SAMSUNG” markalı televizora görə 18 ay ödəniş cədvəli üzrə hər ay 59 manat olmaqla cəmi 1049 manat, 02.05.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, aldığı "SAMSUNG” markalı soyuducuya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 73 manat olmaqla cəmi 1296.8 manat, 13.09.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, aldığı “LG” markalı televizora görə 18 ay ödəniş cədvəli üzrə hər ay 71 manat olmaqla cəmi 1269 manat, 14.03.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, aldığı “SAMSUNG” markalı soyuducuya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 100 manat olmaqla cəmi 1799 manat, 20.07.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, aldığı “SAMSUNG” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 55 manat olmaqla cəmi 978.78 manat, ümumilikdə 7789.58 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Nəticədə onun İddiaçı MMC-yə ümumilikdə 4797.28 manat məbləğində ödənilməmiş borcu yaranmışdır. Həmçinin müəyyən edilmişdir ki, digər cavabdeh X3 İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13.09.03.2019-cu il tarixli və 02.05.2020-ci il müddətli (nisyə) alğısatqı müqavilələlər üzrə öhdəliyi öz üzərinə götürmüşdür. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 425.1ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən müqavilənin şərtlərinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar(maddə 472.3). Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən və digər cavabdeh X3 İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13.09.03.2019-cu il tarixli və 02.05.2020-ci il müddətli (nisyə) alğı-satqı müqavilələlər üzrə öhdəliyi öz üzərinə götürdüyündən, iddia tələbi həmin hissədə təmin edilməli və həmin müqavilələr üzrə yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalı digər müqavilələr üzrə borc Cavabdeh tutulmalıdır. İşdə olan ödəniş qəbzindən görünür ki, məhkəməyə müraciət etmək üçün iddiaçı 68 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, həmin xərclər cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 09.08.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 383 manat əsas, 57.4 manat cərimə, 07.07.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 223 manat əsas, 33.4 manat cərimə, 14.03.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 1399 manat əsas, 209.8 manat cərimə, 20.07.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 756.78 manat əsas, 113.5 manat cərimə, ümumilikdə 3175.88 manat, Cavabdeh və X1 müştərək qaydada 02.05.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 931 manat əsas, 139.6 manat cərimə, 13.09.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 479 manat əsas, 71.8 manat cərimə, ümumilikdə 1621.4 manat borc və 68 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməkləə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 09.08.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 383 manat əsas, 57.4 manat cərimə, 07.07.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 223 manat əsas, 33.4 manat cərimə, 14.03.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 1399 manat əsas, 209.8 manat cərimə, 20.07.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 756.78 manat əsas, 113.5 manat cərimə, ümumilikdə 3175.88 manat, Cavabdeh və X1 müştərək qaydada 02.05.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 931 manat əsas, 139.6 manat cərimə, 13.09.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 479 manat əsas, 71.8 manat cərimə, ümumilikdə 1621.4 manat borc və 68 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-1124/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1124/2022
20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver