Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1124/2025 29.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 4.991,80 (dörd min doqquz yüz doxsan bir ABŞ dolları 80 sent) ABŞ dolları - bundan 1.507,56 (bir min beş yüz yeddi ABŞ dolları 56 sent) ABŞ dolları əsas, 703,99 (yeddi yüz üç ABŞ dolları 99 sent) ABŞ dolları faiz, 2.561,64 (iki min beş yüz altmış bir ABŞ dolları 64 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 218,61 (iki yüz on səkkiz ABŞ dolları 61 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 104,87 (bir yüz dörd manat 87 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İmişli filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə 24 ay müddətinə illik 32 % dərəcəsi ilə 6.300 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 180004932/ZM nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01/15-ƏS nömrəli xx.xx.2015-ci il tarixli əlavə sazişlərə əsasən kreditorun borcalana (birgə borcalana) verdiyi kreditin qalıq məbləği 5.256,44 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin edilmişdir. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 6.744,46 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 10 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 4.991,80 (dörd min doqquz yüz doxsan bir ABŞ dolları 80 sent) ABŞ dolları təşkil edir. Bundan 1.507,56 (bir min beş yüz yeddi ABŞ dolları 56 sent) ABŞ dolları əsas, 703,99 (yeddi yüz üç ABŞ dolları 99 sent) ABŞ dolları faiz, 2.561,64 (iki min beş yüz altmış bir ABŞ dolları 64 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 218,61 (iki yüz on səkkiz ABŞ dolları 61 sent) ABŞ dolları faiz borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh1 problemli kreditlərin kompensasiyası hesablandıqdan sonra onun qalıq qalan 2562,85 manat borcu qəbul etdiyini və ödəyəcəyini bildirmişdir, qalan hissədə iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh2 iddianın ona aid hissədə əsassız olmasını bildirmiş və ona aid hissədə iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxış iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 yanvar 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsindən görünür ki, bank borcluya 24 ay müddətinə, illik 32 % hesablanmaqla 6300 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında imzalanmış 09 yanvar 2015-ci il tarixli, 180004932/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin 09 yanvar 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. İş materiallarında olan kredit və zaminlik müqavilələri üzrə bağlanmış 13 avqust 2015-ci il tarixli, 01/15-ƏS nömrəli əlavə sazişlərdən görünür ki, 09 yanvar 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə kreditin ödənilmə müddəti uzadılaraq xx.xx.2017-ci il təyin edilmişdir. İş materiallarında olan kredit müqaviləsi üzrə bağlanmış 24 aprel 2017-ci il tarixli, 02 nömrəli əlavə sazişdən görünür ki, 09 yanvar 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə kredit restruktrizasiya edilmiş və müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış, illik 10 % olmaqla restrukturizasiya edilmiş kreditin qalıq məbləği 6744,46 ABŞ dolları hesablanmışdır. İş materiallarında olan zaminlik müqaviləsi üzrə bağlanmış 24 aprel 2017-ci il tarixli, 02 nömrəli əlavə sazişdən görünür ki, zamin 24 aprel 2017-ci il tarixli, 02 nömrəli əlavə saziş üzrə borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. İş materiallarında olan 03 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 yanvar 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 28 fevral 2025-ci il tarixə hesablanmış 1507,56 ABŞ dolları məbləğində ödənilməmiş əsas borc, 703,99 ABŞ dolları faiz borcu, 2561,64 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 218,61 manat olmaqla ümumilikdə 4991,80 ABŞ dolları borcu vardır. İş materiallarında olan bildirişdən görünür ki, cavabdehlər banka olan borcu ödəməyəcəkləri təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşlar. İş materiallarında olan problemli kreditlərin kompensasiyasına dair əsas məlumatlardan görünür ki, Cavabdeh1 restrukturizasiya olunması təklif olunan kredit məbləği 2562,85 manat qeyd edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə bağlanmış 24 aprel 2017-ci il tarixli, 02 nömrəli əlavə sazişə əsasən, 09 yanvar 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə kredit restruktrizasiya edilmiş və müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış, illik 10 % olmaqla restrukturizasiya edilmiş kreditin qalıq məbləği 6744,46 ABŞ dolları hesablanmışdır. Zaminlik müqaviləsi üzrə bağlanmış 24 aprel 2017-ci il tarixli, 02 nömrəli əlavə sazişə əsasən, zamin 24 aprel 2017-ci il tarixli, 02 nömrəli əlavə saziş üzrə borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. 03 mart 2025-ci il tarixli maliyyə arayışına əsasən, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 yanvar 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 28 fevral 2025-ci il tarixə hesablanmış 1507,56 ABŞ dolları məbləğində ödənilməmiş əsas borc, 703,99 ABŞ dolları faiz borcu, 2561,64 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 218,61 manat olmaqla ümumilikdə 4991,80 ABŞ dolları borcu vardır. Həmçinin müəyyən edilmişdir ki, problemli kreditlərin kompensasiyasına dair məlumata əsasən, Cavabdeh1 LPO "xxxx" ASC-yə 2562,85 manat əsas borcu qalmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini və işin faktiki hallarını, o cümlədən problemli kreditlərin kompensasiyasına dair məlumata əsasən 2562,85 manat məbləğində ödənilməmiş əsas borcun qalmasını nəzərə alaraq hesab edir ki, 2562,85 manat məbləğində ödənilməmiş əsas borc Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə (ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna) ödənilməlidir. Məhkəmə iddianın “borcun həm də zamindən tutulmasına” aid hissəsi ilə bağlı qeyd edir ki, kredit müqaviləsi üzrə bağlanmış 24 aprel 2017-ci il tarixli, 02 nömrəli əlavə sazişə əsasən, 09 yanvar 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə kredit restruktrizasiya edilmiş və müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış, illik 10 % olmaqla restrukturizasiya edilmiş kreditin qalıq məbləği 6744,46 ABŞ dolları hesablanmışdır. Zaminlik müqaviləsi üzrə bağlanmış 24 aprel 2017-ci il tarixli, 02 nömrəli əlavə sazişə əsasən, zamin 24 aprel 2017-ci il tarixli, 02 nömrəli əlavə saziş üzrə borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Qanunvericiliyin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, 09 yanvar 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə bağlanmış 24 aprel 2017-ci il tarixli, 02 nömrəli əlavə sazişdən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 və zamin Cavabdeh2 birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı əsas öhdəliyin icrası vaxtı (24 aprel 2022-ci il) çatdığı gündən bir il ərzində - 24 aprel 2023-cü il tarixədək iddia irəli sürmək hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürməmişdir. Qeyd edilənlərin bilavasitə qanunun tələbindən, eləcə də tərəflər arasında bağlanmış müqavilə şərtlərindən irəli gəldiyini, qanunla və müqavilə şərtinə əsasən müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyini nəzərə alaraq məhkəmə belə qənaətinə görə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Məhkəmə həmçinin qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zamin Cavabdeh2 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminlik müqaviləsinə xitam verilmiş, zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zamin Cavabdeh2 aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, 2562,85 (iki min beş yüz altmış iki manat səksən beş qəpik) manat məbləğində ödənilməmiş əsas borc və ödənilmiş dövlət rüsumunun 45,63 (qırx beş manat altmış üç qəpik) manat hissəsi Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə (ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna) ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2562,85 (iki min beş yüz altmış iki manat səksən beş qəpik) manat məbləğində ödənilməmiş əsas borc və ödənilmiş dövlət rüsumunun 45,63 (qırx beş manat altmış üç qəpik) manat hissəsi Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə (ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1124/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1124/2025
29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver