Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-115/2025 18.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X14 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin - Cavabdeh qarşı “ziyan” tələbinə dair mülki işə 18 aprel 2025-ci il tarixdə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 97,700 manat məbləğində pulun və 385 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, mən Halil Özden İddiaçıMəhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi kimi Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında yerləşən, ümumi sahəsi203,1 kv.m. olan qeyriyaşayış sahəsini icarəyə götürmək üçün cavabdehlə xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlamışdım. Həmin müqaviləyə əsasən cavabdeh Könül Qəhrəmova Bakışəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında yerləşən, ümumi sahəsi 203,1 kv.m. olan qeyri-yaşayış sahəsini mənim icarəmə verməyi, mən isə X5 hər ay 3000 manat icarə haqqı ödəməyi öz öhdəmə götürmüşdüm. Həmin icarə müqaviləsinin 3.1.2-ci bəndinə əsasən icarə obyekti tam təmirsiz olduğuna görə icarədar ilə razılaşdırılmış müddət ərzində icarəçi öz hesabına icarə obyektini əsaslı təmirini həyata keçirir. Mən icarəçi kimi bu müqavilənin tələblərinə uyğun olaraq üzərimə düşən öhdəliyi yerinə yetirirb, Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında yerləşən, ümumi sahəsi203,1 kv.m. olan qeyri-yaşayış sahəsini təmir etdirmək üçün 35.000 (otuz beş min) manat məbləğində mal-material almışam, 16.000 (on altı min) manat işləri görən şəxslərə zəhmət haqqı kimi ödəmişəm. Bundan əlavə havalandırma üçün 7700 (yeddi min yedi yüz) manat, qeyri-yaşayış sahəsinin böyüdülməsi üçün 12.000 (on iki min) manat xərcləmişəm. Eyni zamanda mətbəxt avadanlıqlarına görə 27.000 (iyirmi yeddi min) manat xərcim çıxmışdır. Ümumilikdə təmir xərclərinə mənim 97.700 (doxsan yeddi min yeddi yüz) manat vəsait xərcləmişəm. Amma icarə haqqının ödənilməsi ilə bağlı problemim yarandıqda icarədar mənə güzəşt etmədən dərhal barəmdə Nərimanov Rayon Məhkəməsində haqsız iddia qaldırdı. Mən Azərbaycan dilini və qanunvericiliyini bilmədiyim üçün lazımi qaydada sübutları məhkəməyə təqdim edə bilmədim. Nəticədə Bakışəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-2592/2023 saylı, xx.xx.2023- cü il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin edildi, X10 il aramızda bağlanmış 09 mart 2022-ci il tarixli icarə müqaviləsi ləğv edildi, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında yerləşən 203,1 kv.m. olan qeyri- yaşayış sahəsinin boşaldılması, qeyri-yaşayış sahəsinin X5 qaytarılması vəzifəsinin cmənim üzəriməqoyulması, 09 mart 2022-ci il tarixli icarə müqaviləsi üzrə 2023-cü ilin may ayı daxil olmaqla 15000 manat və Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında yerləşən, ümumi sahəsi 203,1 kv.m. olan qeyri-yaşayış sahəsi X5 təhvil verilən günədək hər ay üçün 3000 manat hesablanmaqla icarə haqqının məndən tutularaq X3 xeyrinə ödənilməsi qət edildi. Mənim həmin qətnamədən verdiyim apellyasiya şikayəti əsasında qeyd olunan qətnamə qismən ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X11 (sədrlik edən və məruzəçi), X9 və X6 ibarət tərkibdə) xx.xx.2024-cü il tarixli, 2(103)-480/2024 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-2592/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən –“Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında yerləşən, ümumi sahəsi 203,1 kv.m. olan qeyri-yaşayış sahəsi X5 təhvil verilən günədək hər ay üçün 3000 manat hesablanmaqla icarə haqqı borcunun cavabdeh Halil Özdendən tutularaq X3 xeyrinə ödənilməsi” hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmiş, Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Mən icarəçi kimi icarə müqaviləsinin tələblərinə uyğun olaraq üzərimə düşən öhdəliyi yerinə yetirib, Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında yerləşən, ümumi sahəsi203,1 kv.m. olan qeyri-yaşayış sahəsini təmir etdirmək üçün 35.000 (otuz beş min) manat məbləğində mal-material almışam, 16.000 (on altı min) manat işləri görən şəxslərə zəhmət haqqı kimi ödəmişəm. Bundan əlavə havalandırma üçün 7700 (yeddi min yedi yüz) manat, qeyri-yaşayış sahəsinin böyüdülməsi üçün 12.000 (on iki min) manat xərcləmişəm. Eyni zamanda mətbəxt avadanlıqlarına görə 27.000 (iyirmi yeddi min) manat xərcim çıxmışdır. Ümumilikdə təmir xərclərinə mənim 97.700 (doxsan yeddi min yeddi yüz) manat vəsait xərcləmişəm. Tam təmirsiz olan qeyriyaşayış sahsəinin tərərimdən təmi edilməsindən sonra dəyəyri də əvvəlki dövrlə müqayisədə kifayət qədər artmışdır. AmmaCavabdeh tərəfindən müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-16(103)- 156/2023 saylı, 19 iyun 2023-cü il tarixli qərardadına əsasən mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək 2(005)-2592/2023 saylı) cavabdeh Halil Özdenin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanındayerləşən 203,1 kv.m. olan qeyri-yaşayış sahəsində fəaliyyətinin dayandırılması qərara alınmışdır. İcra sənədi dərhal icra edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16(103)-619/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsininxx.xx.2023-cü il tarixli, e-16(005)-156/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Ona görə də həmin dövrdən hazırki vaxtadək mən çıkdiyim təmir xərcləri qarşılığında heç bir gəlir əldə edə bilməmişəm və aldığım mətbəxt avadanlıqlarını da Cavabdeh məxsus həmin qeyriyaşayış sahəsindən götürə bilmirəm. Mən dəfələrlə Cavabdeh və onun atası ilə əlaqə saxlayıb təmirlə bağlı çəkdiyim xərcləri, aldığım avadanlıqları tələb etsəm də, onlar həmin xərcləri mənə ödəməkdən əsassız olaraq imtina edirlər. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, 70,700 manat məbləğində pulun və 385 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini tam müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, cavabdehin atası iddiaçıya bildirmişdir ki, müqaviləni cavabdehin yaşadığı ünvana aparsın, nəvəsi ondan müqaviləni götürüb imzalatdırdıqdan sonra geri verəcəkdir. İddiaçı müqaviləni həmin ünvana apardıqdan sonra bir cavan oğlan müqaviləni alıb aparmış və imzalatdırdıqdan sonra ona geri qaytarmışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: 09 mart 2022-ci il tarixli Cavabdeh (İcarəyə verən) və İddiaçı MMC tərəfindən imzalanmış İcarə Müqaviləsində qeyd olunmuşdur ki, İcarəyə verən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən 203.1 kv.m tutan qeyri-yaşayış sahəsini İcarəçiyə icarəyə verməyi, İcarəçi isə razılaşdırılan icarə haqqını icarəyə verənə ödəməyi öz öhdəsinə götürürlər. Müqavilənin 3.1.2-ci bəndinə əsasən icarə obyekti tam təmirsiz olduğuna görə icarədar ilə razılaşdırılmış müddət ərzində icarəçi öz hesabına icarə obyektinin əsaslı təmirini həyata keçirmək hüququna malikdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 2592/2023 saylı qətnaməsinə əsasən Cavabdeh ilə Halil Özden arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi ləğv edilmiş, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən 203.1 kv.m tutan qeyri-yaşayış sahəsinin Cavabdeh qaytarılması Halil Özdenin üzərinə qoyulmuş, qeyri-yaşayış sahəsi Cavabdeh təhvil verilən günədək hər ay üçün 3000 manat hesablanmaqla icarə haqqı borcu Halil Özdendən tutulmuşdur. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il və xx.xx.2025ci il tarixli rəylərində qeyd edilmişdir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 09 mart 2022-ci il tarixli 001/2022 nömrəli İcarə müqaviləsinin sonuncu vərəqində İcarəyə verən Cavabdeh qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. AR Dövlət Sərhəd Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il və xx.xx.2024cü tarixli məktublarında İAMAS bazasında Cavabdeh xx.xx.2022-ci il tarixdə ölkədən çıxış etdiyi və xx.xx.2022-ci il tarixdə ölkəyə giriş etdiyi qeyd edilir. 09 mart 2022-ci il tarixli Cavabdeh (İcarəyə verən) (nümayəndəsi X7) və Halil Özden tərəfindən imzalanmış İcarə Müqaviləsində qeyd olunmuşdur ki, İcarəyə verən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən 203.1 kv.m tutan qeyriyaşayış sahəsini İcarəçiyə icarəyə verməyi, İcarəçi isə razılaşdırılan 3000 manat icarə haqqını icarəyə verənə ödəməyi öz öhdəsinə götürürlər. 28 dekabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilən X7 bildirmişdir ki, hazırda mübahisə edilən 09 mart 2022-ci il tarixli müqavilə ona təqdim edilməmişdir. “Megacity”-nin yanında nəvəsinin Halil Özdendən müqaviləni götürməsi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. Qızı Könül həmin vaxt ölkə xaricində olmuşdur. Onun qızının adına etibarnaməsi var. Ehtiyac olsaydı, həmin vaxt müqaviləni qızının əvəzindən o imzalaya bilərdi. Mübahisə edilən müqavilənin hansı şəraitdə imzalandığından məlumatı yoxdur. Halil Özdenə təmir üçün icazə verilməmişdir. 28 dekabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilən X1 bildirmişdir ki, Nadir Qəhrəmanovla bir neçə dəfə telefon vasitəsilə əlaqə saxlamışdır. Dövlət Vergi Xidməti müqaviləni qəbul etmirdi. Müqavilə hüquqi şəxsin adınan bağlanmalı idi. X4 ilk öncə sosial şəbəkə vasitəsilə, daha sonra isə kağız formatında Nadir bəyin sürücüsü vasitəsilə göndərmişdir. 1 həftə sonra müqaviləni imzalanmış halda obyektdən təhvil almışdır. Müqavilənin hansı şəraitdə kim və necə imzalanmasından məlumatı yoxdur. AR Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 680.1-ci maddəsinə əsasən kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. 680.2-ci maddəsinə əsasən kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. AR MPM-nin: 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə 09 mart 2022-ci il tarixdə bağlamış olduğu İcarə müqaviləsinin 3.1.2-ci bəndinə istinadən qeyri-yaşayış sahəsində aparmış olduğu yaxşılaşdırma işlərinin dəyərinin əvəzinin cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə həmin müqavilənin onun tərəfindən imzalanmadığını qeyd edərək, iddianı qəbul etmir. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin həllinin əsasında tərəflər arasında bağlanmış 09 mart 2022-ci il tarixli müqavilənin etibarlılığı dayanır. Ekspert tərəflər arasında bağlanmış 09 mart 2022-ci il tarixli müqavilədə icarəyə verən qrafasındakı imzanın Cavabdeh məxsus olduğu barədə rəy verməsinə baxmayaraq, məhkəmə bir neçə səbəbdən həmin rəyi mötəbər sübut qismində qəbul etmir. Belə ki, ilk öncə iş materiallarından görünür ki, müqavilə bağlanan tarixlərdə Cavabdeh ölkə xaricində olmuşdur. İddiaçı isə qeyd edir ki, müqaviləni Cavabdeh oğluna təhvil verib gözlədikdən sonra həmin şəxs müqaviləni yaşadıqları evə qaldırıb imzalatdırdıqdan sonra ona geri qaytarmışdır. Həmin tarixdə Cavabdeh ölkə xaricində olması səbəbindən iddiaçının qeyd etdiyi bu halın həqiqəti əks etdirməsi halı mümkün deyildir. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, həmin tarixdə Cavabdeh və İddiaçı MMC arasında eyni qeyri-yaşayış sahəsinə dair başqa bir İcarə müqaviləsi bağlanmış və həmin müqaviləni Cavabdeh əvəzindən nümayəndəsi qismində atası Nadir Qəhrəmanov imzalamışdır. Buradan belə bir nəticəyə gəlmək mümkündür ki, hətta iddiaçının iddia etdiyi kimi əgər müqavilənin Dövlət Vergi Xidmətində qeydiyyata alınması üçün yenidən hüquqi şəxs və mülkiyyətçi arasında imzalanmalı olması halında həmin müqavilə eyni tarixlər aralığında Cavabdeh əvəzindən Nadir Qəhrəmanov tərəfindən imzalana bilərdi. Bunun üçün onun etibarnamə əsasında səlahiyyəti də olmuşdur. Lakin Nərimanov rayon Məhkəməsinin qətnaməsi ilə ləğv edilmiş 09 mart 2022-ci il tarixli digər müqavilə notarial qaydada və cavabdehin nümayəndəsi qismində atası tərəfindən imzalandığı halda demək olar ki eyni məzmunlu müqavilənin sadə yazılı qaydasında və həmin vaxt ölkə xaricində olan cavabdeh tərəfindən imzalanaraq bağlanması iddiası məhkəmə tərəfindən inandırıcı qəbul edilmir. Habelə hazırki müqaviləni şübhə altına alan məqamlardan biri də odur ki, məhkəmə qətnaməsi ilə ləğv edilən 09 mart 2022-ci il tarixli qətnamədə icarəçiyə icarə obyektini təmir etmək səlahiyyəti verilməməsinə baxmayaraq, hazırki işdə mübahisələndirilən müqavilədə bu şərt öz əksini tapmış və müqaviləyə daxil edilmişdir. Və iddiaçı da hazırda məhz həmin şərtə istinad edərək, iddia qaldırır. Bundan başqa iddiaçının müqavilənin bağlanması şəraitini (müqavilənin cavabdehin yaşadığı binaya aparılaraq imzalanması üçün onun oğluna təhvil verilməsi və imzalandıqdan sonra geri alınması) iddiaçının izahatından başqa təsdiq edə biləcək başqa bir mötəbər sübut məhkəmə iclasında təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırki işdə mübahisələndirilən 09 mart 2022-ci il tarixli İcarə müqaviləsi etibarsız müqavilə olmaqla tərəflər arasında heç bir hüquq və vəzifələr yaratmır. Belə olan halda iddiaçının bu müqavilənin şərtlərinə istinad edərək, cavabdehdən qeyri-yaşayış sahəsinə çəkilmiş xərci tələb etməsi əsassızdır. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən hər hansı birinin aşkar edilməməsi deliktə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan və iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 248 manat məbləğində pul vəsaiti iddiaçıdan alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-115/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-115/2025
18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver