Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1163/2025 18.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “X3 Azərbaycan” QSC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 26879.33 ABŞ dolları pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə cəmi 10765.14 ABŞ dolları borcun və ödənilmiş dövlət rüsumu 144.9 manat iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: 06 mart 2013-cü il tarixində "X3 Azərbaycan" QSC ilə Cavabdeh (Borcalan) arasında imzalanmış 213-010 №-li kredit müqavilə şərtlərinə əsasən kreditalan Cavabdeh Bank tərəfindən illik 16 % dərəcəsi olmaqla, 36 (otuz altı) ay müddətinə hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəmək şərti ilə 27.000 USD (iyirmi yeddi min) ABŞ dolları məbləğində kredit ayrılmışdır. Borcalan 213-010 №-li Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 06 mart 2013-cü il tarixində Bankla İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış İpoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan MERCEDES BENZ-E 63 minik markalı, ban-WDB2110771B085478, 2008-ci il buraxlışlı, ağ rəngli avtomobili «X3 Azərbaycan» QSC-nin xeyrinə İpoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası DİN BDYPİ qeydiyyat imtahan şöbəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdılar və buna dair DİN BDYPİ tərəfindən xx.xx.2013-cü il tarixili yüklülük barədə AA seriyalı 077448 №-li müvafiq Çıxarış təqdim edilmişdir. “X3 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdeh(lər)ə dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə, həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair Bildirişlərin (Pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və bu günə kimi “X3 Azərbaycan” QSC-ə olan borcunu ödəməmişdir. Lakin, öhdəliklər cavabdeh(lər) tərəfindən tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən Banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank məhkəməyə müraciət etmiş və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 17 sentyabr 2014-cü il tarixli 2(009)- 2408/2014 nömrəli qətnaməsinə əsasən ümumilikdə 26879.33 USD (iyirmi altı min səkkiz yüz yetmiş doqquz ABŞ dolları 33 sent) və 32.50 AZN (otuz iki manat 50 qəpik) məbləğində borcun Cavabdeh tutulması və eyni zamanda tutmanın banka kreditin təminatı kimi girov qoyulmuş, ipoteka predmeti olan 2008-ci il olan, WDB2110771B085478, ban nömrəli, ** VJ *** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E 63 markalı, ağ rəngli avtomobilə yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılaraq satışdan əldə edilmiş məbləğlərdən banka ödənilməli olan borcun bankın xeyrinə tutulması qət edilmişdir. Məlumat üçün qeyd edirlər ki, 2008-ci il buraxılışlı, ban nomrəsi WDB2110771B085478 olan, ** VJ *** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil (ipoteka predmeti) 16 may 2016-cı il tarixli, 40/09 saylı Hərracın Yekunları barədə Protokola əsasən "xxxx" QSC tərəfindən əldə edilmişdir. Göründüyü kimi, cavabdeh(lər)in 17 sentyabr 2014-cü il tarixə əsas borc üzrə 26879,33 ABŞ dolları ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh(lər) 17 sentyabr 2014-cü ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə tərəflərindən cavabdeh(lər)ə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdeh(lər)in kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən 10765,14 ABŞ dolları hissəsi ödənilməmiş qalmaqdadır. Cavabdehin Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla: 1) xx.xx.2014 tarixindən xx.xx.2016 tarixinə qədər– 2717.80 ABŞ dolları (Gecikmə gün sayı - 728 gün) 2) xx.xx.2016 tarixindən xx.xx.2023 tarixinə qədər – 6,161.72 ABŞ dolları (Gecikmə gün sayı - 2371 gün) 3) xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinə qədər – 59.28 ABŞ dolları (Gecikmə gün sayı - 23 gün) 4) xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinə qədər – 89.80 ABŞ dolları (Gecikmə gün sayı - 35 gün) 5) xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinə qədər – 89.32 ABŞ dolları (Gecikmə gün sayı - 35 gün) 6) xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinə qədər – 68.53 ABŞ dolları (Gecikmə gün sayı - 27 gün) 7) xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinə qədər – 60.56 ABŞ dolları (Gecikmə gün sayı - 24 gün) 8) xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinə qədər – 80.23 ABŞ dolları (Gecikmə gün sayı - 32 gün) 9) xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinə qədər – 74.88 ABŞ dolları (Gecikmə gün sayı - 30 gün) 10) xx.xx.2023 tarixindən xx.xx.2024 tarixinə qədər – 312.76 ABŞ dolları (Gecikmə gün sayı - 126 gün) 11) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər– 64.16 ABŞ dolları (Gecikmə gün sayı - 26 gün) 12) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər – 100.65 ABŞ dolları (Gecikmə gün sayı - 41 gün) 13) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər – 68.35 ABŞ dolları (Gecikmə gün sayı - 28 gün) 14) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər – 60.69 ABŞ dolları (Gecikmə gün sayı - 25 gün) 15) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər – 65.17 ABŞ dolları (Gecikmə gün sayı - 27 gün) 16) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər – 86.41 ABŞ dolları (Gecikmə gün sayı - 36 gün) 17) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər – 76.37 ABŞ dolları (Gecikmə gün sayı - 32 gün) 18) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər – 71.19 ABŞ dolları (Gecikmə gün sayı - 30 gün) 19) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər – 61.34 ABŞ dolları (Gecikmə gün sayı - 26 gün) 20) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər – 70.37 ABŞ dolları (Gecikmə gün sayı - 30 gün) 21) 17 xx.xx.2024 tarixindən xx.xx.2025 tarixinə qədər – 79.28 ABŞ dolları (Gecikmə gün sayı - 34 gün) 22) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədər – 64.91 ABŞ dolları (Gecikmə gün sayı - 28 gün) 23) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədər – 66.83 ABŞ dolları (Gecikmə gün sayı - 29 gün) 24) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədər – 114.54 ABŞ dolları (Gecikmə gün sayı - 50 gün) olmaqla ümumilikdə cəmi 10765.14 ABŞ dolları təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək, iddia tələbini qəbul etmədiyini, keçən müddət ərzində ipoteka predmeti olan avtomobilin hərrac yolu ilə satıldığını, daha sonra da hazıradək işlədiyi yerlər üzrə əmək haqqından tutulmalar həyata keçirildiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, eləcə də icra işi üzrə təqdim edilmiş icra icraatındakı sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2408/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh 23430,47 ABŞ dolları əsas kredit borcu, 3248.86 ABŞ dolları hesablanmış faiz borcu, 200 ABŞ dolları cərimə borcu olmaqla (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və həmçinin iddianın qaldırılması ilə əlaqədar 2,50 manat poçt xərcləri və 30 manat dövlət rüsumunun alınaraq «X3 Azərbaycan» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddiaçı «X3 Azərbaycan» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 mart 2013-cü il tarixli 213-010 №-li ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Mersedes Benz-E 63 minik markalı, ban WDB2110771B085478, 2008-ci il buraxılışlı, ağ rəngli avtonəqliyyat vasitəsinə tutmanın yönəldilməsi, «X3 Azərbaycan» Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas kredit borcu, kredit faizi, cərimə, poçt xərcləri və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavahdeh-Cavabdeh qaytarılması qət edilmişdir. - 23 oktyabr 2014-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2408/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Hərracın yekunları barədə 16 may 2016-cı il tarixli, 40/09 saylı protokoldan görünür ki, Səbail rayon İcra Şöbəsinin sifarişinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh məxsus “Mercedes Benz E63” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili 21000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, 13387.50 manata alıcı “X3 Azərbaycan” QSC-yə satılmış və həmin protokol əsasında sözü gedən əmlakın “X3 Azərbaycan” QSC-yə satılmasına dair alqı-satqı müqaviləsi bağlanmışdır. - Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli təklifdən görünür ki, vergilər çıxıldıqdan sonra borclu Cavabdeh çatacaq əmək haqqının və digər gəlirlərinin hər ay 50 %-nin tutulması, tələbkar X3 Azərbaycan ASC-nin məktubunda qeyd edilən hesaba köçürülməsi və hazırkı təklifə əlavə edilmiş qərara əsasən 7 % icra ödənişinin Səbail rayon icra şöbəsinin depozit hesabına köçürülməsinin təmin edilməsi xahiş edilmişdir. - Bakı şəhəri Səbail rayon İcra şöbəsinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, borclunun əmək haqqından tutulma aparılaraq tələbkarın xeyrinə ödənilməsi barədə xx.xx.2020-ci l tarixdə təklif göndərilmiş, lakin əmək haqqından tutulma barədə şöbəyə heç bir məlumat daxil olmamışdır. Əmək haqqından tutulmalar barədə məlumat verilməsi xahiş edilmişdir. - “X3 Azərbaycan” QSC-nin xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Səbail rayon İcra şöbəsinə "xxxx" ərizəsindən görünür ki, o müraciət edərək "xxxx" MMC –də işləyən borclunun Banka ödənilməsi üçün tələb onun 50 % əmək haqqında yönəldilməsinə dair göstəriş verilməsini xahiş etmişdir. - Bakı şəhəri Səbail rayon İcra şöbəsinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh əmək haqqından 50 % məbləğində pulun tutularaq tələbkar “X3 Azərbaycan” QSC-nin hesabına ödənilməli və borc məbləği tam ödənildikdən sonra cəmi 26789.33 ABŞ dolları pul vəsaitinin və 30 manat dövlət rüsumunun 7 % həcmində icra ödənişinin Səbail rayon icra şöbəsinin depozit hesabına köçürülməsinin təmin edilməsi xahiş edilmişdir. - “X3 Azərbaycan” QSC-nin xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Səbail rayon İcra şöbəsinə "xxxx" ərizəsindən görünür ki, o, müraciət edərək “X2 Şəbəkəsi” MMS–də işləyən borclunun Banka ödənilməsi üçün tələb onun 50 % əmək haqqında yönəldilməsina dair göstəriş verilməsini xahiş etmişdir. - “X3 Azərbaycan” QSC-nin xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Səbail rayon İcra şöbəsinə "xxxx" ərizəsindən görünür ki, o, müraciət edərək “Azərbaycan Elmi-Tədqiqat və Layihə-X1” MMC–də işləyən borclunun Banka ödənilməsi üçün tələb onun 50 % əmək haqqında yönəldilməsina dair göstəriş verilməsini xahiş etmişdir. - Bakı şəhəri Səbail rayon İcra şöbəsinin “X2 Şəbəkəsi” MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh əmək haqqından və digər gəlirlərinin 50 % məbləğində pulun tutularaq tələbkar X3 Azərbaycan ASC-nin hesabına ödənilməli və borc məbləği tam ödənildikdən sonra cəmi 26876.33 ABŞ dolları pul vəsaitinin və 30 manat dövlət rüsumunun 7 % həcmində icra ödənişinin, yəni 1881.55 ABŞ dolları (günün məzənnəsinə uyğun olaraq) və 2.10 manat pul vəsaitinin Səbail rayon icra şöbəsinin depozit hesabına köçürülməsinin təmin edilməsi xahiş edilmişdir. - “X2 Şəbəkəsi” MMC-nin Səbail rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, kredit borcu olan Cavabdeh 184-k. Saylı əmrinə əsasən xx.xx.2023-cü il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. Bununla əlaqədar olaraq Səbail Rayon Məhkəməsinin 2(009)-2408/2014 saylı icra vərəqəsi göndərilir. - Bakı şəhəri Səbail rayon İcra şöbəsinin “Azərbaycan Elmi-Tədqiqat və Layihə-X1” MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh əmək haqqından və digər gəlirlərinin 50 % məbləğində pulun tutularaq tələbkar X3 Azərbaycan ASC-nin hesabına ödənilməli və borc məbləği tam ödənildikdən sonra cəmi 26876.33 ABŞ dolları pul vəsaitinin və 30 manat dövlət rüsumunun 7 % həcmində icra ödənişinin, yəni 1881.55 ABŞ dolları (günün məzənnəsinə uyğun olaraq) və 2.10 manat pul vəsaitinin Səbail rayon icra şöbəsinin depozit hesabına köçürülməsinin təmin edilməsi xahiş edilmişdir. - “X3 Azərbaycan” QSC-nin maliyyə arayışından görünür ki, Cavabdeh 06 mart 2013-cü il tarixli 213-010 №-li kredit müqaviləsi üzrə ödənilmli olan borclardan qalan pul vəsaitinin gecikdiridməsinə görə xx.xx.2025-ci il tarixə illik 5 faizlə hesablanmış ümümilikdə cəmi 10765,14 ABŞ dolları məbləğində borcu vardır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2408/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh 23430,47 ABŞ dolları əsas kredit borcu, 3248.86 ABŞ dolları hesablanmış faiz borcu, 200 ABŞ dolları cərimə borcu olmaqla (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və həmçinin iddianın qaldırılması ilə əlaqədar 2,50 manat poçt xərcləri və 30 manat dövlət rüsumunun alınaraq «X3 Azərbaycan» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddiaçı «X3 Azərbaycan» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 mart 2013-cü il tarixli 213-010 №-li ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Mersedes Benz-E 63 minik markalı, ban WDB2110771B085478, 2008-ci il buraxılışlı, ağ rəngli avtonəqliyyat vasitəsinə tutmanın yönəldilməsi, «X3 Azərbaycan» Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas kredit borcu, kredit faizi, cərimə, poçt xərcləri və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavahdeh-Cavabdeh qaytarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlmiş və 23 oktyabr 2014-cü il tarixli icraata başlamaq haqqında qərarla Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2408/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Həmçinin müəyyən edilir ki, Hərracın yekunları barədə 16 may 2016-cı il tarixli, 40/09 saylı protokola əsasən, Səbail rayon İcra Şöbəsinin sifarişinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh məxsus “Mercedes Benz E63” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili 21000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, 13387.50 manata alıcı “X3 Azərbaycan” QSC-yə satılmış və həmin protokol əsasında sözü gedən əmlakın “X3 Azərbaycan” QSC-yə satılmasına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı Bakı şəhəri Səbail rayon Məhkəməsinin 17 sentyabr 2014-cü il tarixli 2(009)- 2408/2014 nömrəli qətnaməsinə əsasən cavabdehin kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən 10765,14 ABŞ dolları hissəsinin ödənilməmiş qalmasını iddia edərək bunu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1, 445.7-ci maddələrin tələbləri baxımından cavabdehin Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2005ci il tarixi əhatə edən dövur üzrə illik 5 % (beş faiz) olmaqla hesablanmalı olması ilə əsaslandırmışdır. Cavabdeh isə iddiaya etirazını keçən müddət ərzində ipoteka predmeti olan avtomobilinin hərrac yolu ilə satılmasını və işlədiyi yerlər üzrə əmək haqqından tutulmalar həyata keçirilməsi ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Qanunvericiliyə əsasən istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Tərəflər arasında pulun qaytarılması ilə bağlı münasibətlər yaranan vaxt qüvvədə olan Azərbaycan Respublikasının 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Bununla bağlı Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında da göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Məhkəmə qeyd edir ki, 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qəbul edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin yeni redaksiyasına əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarı ilə Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə də, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən (zamana görə qüvvədə olan redaksiyası) irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir Həmçinin, məhkəmə iddiaçının hazırki tələbi ilə bağlı qeyd edir ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məlsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə istinadən hesab edir ki, burada önəmli olan məsələlərdən biri əvvəlki mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin icrasının vaxtında həyata keçirilməsi prosesinə cavabdeh tərəfindən hər hansı süni əngəllərin, maneələrin törədilib-törədilməməsi, o cümlədən ipoteka predmetini aidiyyəti icra qurumuna təhvil verib-verməməsi, yəni icranın ləngiməsində cavabdehin hər hansı təqsirinin olub olmamasının düzgün müəyyən edilməsidir. Ümumiyyətlə, məhkəmə zərərin həcminə qiymət verərkən istənilən halda tərəflərin, eyni zamanda ipoteka qoyulmuş əmlakın sahibinin davranışlarının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratmasını, eləcə də öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-nin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət edib-etməmələrini, müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinib-çəkinməmələrini MM-in müvafiq olaraq 21.3 və 425-ci maddələrinin tələbləri kontekstindən də qiymətləndirməlidir. Məhkəmə ümumiləşdirilmiş məhkəmə təcrübəsinə əsasən hazırki mübahisə üzrə icra sənədi verilmiş qətnamə üzrə icra işinin materialları ilə bilavasitə tanış olduqdan sonra bu qənaətə gəlmişdir ki, qanuni qüvvəyə minmiş qətnamənin icra olunmasına, icra tədbirlərinin vaxtında həyata keçirilməsinə borclu (cavabdeh) tərəfindən maneçilik törətməsi müəyyən edilməmişdir. Belə ki, işin materiallarından görünür ki, qətnamə qanuni qüvvəsini alaraq xx.xx.2014-cü il tarixli icra sənədi xx.xx.2015-ci il tarixdə Səbail rayon İcra Şöbəsinin icraatına qəbul edilmiş və müvafiq qaydada icraata başlanılaraq görülmüş icra tədbirləri nəticəsində cavabdehə məxsus 2008-ci il buraxılışlı, ban nomrəsi WDB2110771B085478 olan, ** VJ *** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil (ipoteka predmeti) 16 may 2016-cı il tarixli, 40/09 saylı Hərracın Yekunları barədə Protokola əsasən "xxxx" QSC tərəfindən 13387,50 AZN məbləğinə əldə edilmişdir. Səbail rayon İcra Şöbəsi tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyatı təşkilatlara sorğu ilə müraciət edilmiş, lakin adına tələbin yönəldilə biləcəyi heç bir daşınar və daşınmaz əmlak aşkar edilmədiyindən icra sənədi xx.xx.2016-cı il tarixdə məhkəməyə geri qaytarılmışdır. Bundan sonra Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2408/2014 saylı, xx.xx.2019-cu il tarixli məktubu ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2408/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsi icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Səbail rayon İcra şöbəsinə göndərilmiş xx.xx.2014-cü il tarixli icra sənədi üzrə xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında yeni qərar qəbul edilmişdir. Başqa sözlə, icra hərəkətləri qeyd edilən məktubun verilməsindən sonra təkrar davam etməyə başlanmışdır. Həmçinin işin materiallarından görünür ki, Bakı şəhəri Səbail rayon İcra şöbəsi iddiaçının iş yerləri üzrə "xxxx" MMC, “X2 Şəbəkəsi” MMS və “Azərbaycan Elmi-Tədqiqat və Layihə-X1” MMC-yə Cavabdeh əmək haqqından və digər gəlirlərinin 50 % məbləğində pulun tutularaq tələbkar X3 Azərbaycan ASC-nin hesabına ödənilməli olmasına dair 2022- 2023-cü illərdə məktublar göndərilmişdir. Belə ki, işin materiallarından görünür ki, iddiaçı xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Səbail rayon İcra şöbəsinə "xxxx" ərizə ilə müraciət edərək yuxarıda qeyd edilən MMC-də işləyən cavabdehdən Banka ödənilməsi üçün tələb onun 50 %-nin əmək haqqına yönəldilməsinə dair göstəriş verilməsini xahiş etmişdir. Göründüyü kimi, məhz tələbkarın müraciəti əsasında tutma onun əmək haqqına yönəldilmiş və bu tutma hazırki vaxta kimi davam edir. İşin yuxarıda sadalanan halları cavabdehin məhkəmə qətnaməsinin icrasını gecikdirəcək və ya ona maneə yaradacaq hərəkətlər və ya pozuntu kimi qiymətləndirilə bilməz. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hazırki mübahisəyə MM-in 445.7-ci maddəsinin istər zamana görə qüvvədə olan redaksiyasında, istərsə də yeni redaksiyasinda tətbiq edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1163/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1163/2025
18.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver