Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1176/2023 13.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi İddiaçının nümayəndəsi A.Ragimovun, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 28 saylı evin 23 saylı mənzilinə cavabdehin mülkiyyətin olan mənzildən axıdılan su nəticəsində dəymiş 2000 manat maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Ragimov iddianı müdafiə etmişdir. Məhkəmə iclasında Cavabdeh ona məxsus mənzildə yaşayışın olmamasını və iddiaçının mənzilinə su axıdılma halını onun mənzilindən olmadığını göstərmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinə aidiyyatı üzrə Bakı şəhər Nərimanov rayon məhkəməsində baxılmalı olduğundan, mülki iş aidyyatı üzrə həmin rayon məhkəməsinə göndərilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X1 prospektində yerləşən 28 a saylı evin 23 saylı mənzili mülkiyyət hüququ üzrə İddiaçı adına daşımnaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X1 prospektində yerləşən 28 a saylı evin 26 saylı mənzili mülkiyyət hüququ üzrə Cavabdeh adına daşımnaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının qaldırdığı iddia tələbi onun mülkiyyətində olan mənzilə vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar olduğundan və həmin ziyanın vurulmasını iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Bünyadov prospekti, 28 a saylı evin 23 saylı mənzilə cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 28 a saylı evin 26 saylı mənzildən axıdılan su ilə əlaqələndirdiyindən, hazırki iddia tələbinə müstəsna olaraq aidiyyatı üzrə Nərimanov rayon məhkəməsində baxılmalıdır. AR MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Belə ki, AR MPM-nin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. AR Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, iddiaçının qaldırdığı tələb mülkiyyətində olan daşınmaz əmlaka vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar olduğundan, həmin iddia aidiyyat qaydalarının pozulması ilə Səbail rayon məhkəməsi tərəfindən icraata götürülmüşdür. Məhkəmə izah edir ki, iddiaçının irəli sürdüyü tələbin taleyi mübahisə obyekti olan əmlakın yerində müayinəsindən, həmin əmlaka, habelə daşımalara dair sənədlərin vaxtında toplanmasından, şahidlərin hamısının cəlb edilərək dindirilməsindən və ekspertizanın keçirilməsindən asılıdır ki, bu hərəkətlər mübahisəli mənzilin yerləşdiyi yerdə daha uğurla həyata keçirilə bilər. Digər tərəfdən hazırki işə Nərimanov rayon məhkəməsində baxılması, iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə icrasının daha asan ola biləcəyi mülahizəsindən də doğur. AR MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir Bu səbəbdən məhkəmə hesab edir ki, mülki iş aidiyyatı üzrə baxılması üçün Səbail rayon məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 39, 44.2.2, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı şəhər Nərimanov rayon məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhər Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1176/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1176/2023
13.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver