Məhkəmə qərarları › İş №e-2(009)-118/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-118/2024

11.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-118/2024 11.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Mələk Bəxtiyar qızı Hüseynovanın katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı «zərər və s.» tələbi barədə ilkin iddiası, habelə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı (Yasamal rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində) qarşı “pul” tələbi barədə qarşılıqlı iddiası üzrə mülki işə 11 sentyabr 2024-cü il tarixdə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı «zərər və s.» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada qeyri-yaşayış sahəsinə dəymiş ziyan olaraq 65282.70 manat məbləğində pulun, icarə haqqı olaraq 20000 manat pulun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 345.85 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, tərəflər arasında Bakı şəhəri Yasamal rayonu 535-ci məhəllə Hüseyn Cavid prospekti 22 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəyə götürülməsi barədə razılıq olmuşdur. Bundan sonra xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən İddiaçı Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu 535-ciməhəllə Hüseyn Cavid prospekti 22 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəyə vermişdir. Qeyri-yaşayış sahəsi təmirli vəziyyətdə cavabdehlərə verilmiş, lakin onlar sözügedən əmlakı təmir etdirmək adı altında həmin əmlaka külli miqdarda ziyan vurulmuşlar və hələdə əmlak təmirsiz vəziyyətdə qalmaqdadır. “Qiymətləndirmə və Consalting Mərkəzi” tərəfindən verilmiş tikinti-təmir xərclərinin müəyyən edilməsi barədə mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu 535-ci məhəllə Hüseyn Cavid prospekti 22 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dəymiş ziyanın məbləği 03 avqust 2023-cü il tarixi üçün 65282 (altmış beş min iki yüzsəksən iki) manat 70 (yetmiş) qəpik təşkiledir. Dəfələrlə icarə haqqının ödənilməsi, vurulmuş ziyanın ödənilməsi və ya əmlakın əvvəlki təmirli vəziyyətinə qaytarılması ilə əlaqədar cavabdehlərə şifahi və yazılı xəbərdarlıqlar edilsə də, heç bir faydası olmamışdır. Bu səbəbdən də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda Cavabdeh1 İddiaçı (Yasamal rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində) qarşı “pul” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təmir-bərpa işlərinə çəkilmiş 80,000 manat pulun, əldən çıxmış fayda olaraq 20,000 manat pulun və 390 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ilə aralarında bağlanmış icarə müqaviləsinə əsasən, sonuncu mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, 535-ci məhəllə, H.Cavid prospekti 22 ünvanında yerləşən qeyri-yaşayış sahəsi icarəyə verilmişdir. İcarə müqaviləsi bağlandıqdan sonra ilk iddia üzrə cavabdehə hissə hissə olmaqla, ümumilikdə 40 000 manat icarə haqqı ödənilmiş, bundan sonra o, həmin qeyriyaşayış sahəsində təmir işlərinə başlamışdır. Qeyri-yaşayış sahəsinin təmir olunduğu vaxtda ilkin iddiaçının nümayəndəsi ilə qonşular arasında ədavət olduğu üçün təmir işlərinin aparılmasına maniələr törədirdilər. Qonşuların çox saylı şikayətinin nəticəsi olaraq. Yasamal rayon İcra Hakimiyyəti tərəfindən təmir-bərpa işlərinin aparılmasına icazə verilməmiş, maneələr törədilmişdir. Buna görə də ondan asılı olmayan səbəblərdən həmin qeyri-yaşayış sahəsinin təmiri vaxtında başa çatdıra bilməmişdir. Ona görə ki, ilk iddia üzrə cavabdeh İddiaçı həmin qeyri-yaşayış sahəsini ona icarəyə verəndə bilirdi ki, orada yaşayan qonşular onunla qərəzli münasibətdədirlər və onun özünə dəfələrlə bildiriblər ki, qeyri-yaşayış sahəsinin istifadə edilməsinə imkan verməyəcəklər. İddiaçı bunu bildiyi halda, bu halı ondan gizlədərək qeyri-yaşayış sahəsini ona icarəyə vermiş, orada yaşayan qonşular sırf onunla qərəzli münasibətdə olduğu üçün müxtəlif bəhanələrlə Yasamal rayon İcra Hakimiyyətinə müraciət etmiş, sonuncu müraiətlərin əsaslı-olub olmamasına əhəmiyyət vermədən həmin qeyri-yaşayış sahəsində təmir işləri aparmağıma manelər yaratmış, hətta Yasamal Rayon İcra Hakimiyyəti cavabdeh İddiaçı qızma qarşı (üçüncü şəxs Cavabdeh1) “yaşayış binasının qeyri-yaşayış hissəsində (zirzəmi) sökülmüş divarların bərpa edilməsi və binanın əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə marciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli 2- 1(112)-3102/2023 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan apelyasiya şikayəti verilmiş, hazırda iş Bakı apelyasiya Məhkəməsinin inzibati kollegiyasının icraatmdadır. Həmin qərarla müəyyən edilmişdir ki: Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər iş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Yasamal rayonu MKTB-nin 21 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli Aktı;Yasamal rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairə üzrə nümayəndəsi tərəfindən cavabdehə ünvanlanmış məktub; - MA seriyalı, ******* nömrəli, xx.xx.2011-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış; - ünvan 4 ünvanında yerləşən 4 mərtəbəli binanın zirzəmisində gedən söküntü barədə FHN-nin 112 saylı qaynar xəttinə daxil olmuş şikayət əsasında tərtib edilmiş Akt; - Bakı şəhəri, Yasamal rayonu, 535-ci məhəllə, Hüseyn Cavid prospekti 22 ünvanında yerləşən 200,8 kv.m olan qeyri-yaşayış sahəsinin (zirzəmi) 170 kv.m hissəsinə dair bağlanılmış xx.xx.2022-ci il tarixli İcarə müqaviləsi; - Mübahisəli əraziyə keçirilmiş baxış nəticəsində ünvanda tikintinin gedişatma dair aparılmış foto şəkillər və video çəkilişin aparılmasına dair disk; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 10/917 nömrəli Ekspert Rəyi; - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Aqentliyinin mütəxəssis rəyi. Həmin işə baxılarkən, 2-1(112)- 13379/2022-ci il saylı xx.xx.2022-ci il tarixli məhkəmənin qərardadı ilə iş üzrə tikinti-texniki ekspertiza təyin edilmiş və mübahisəli qeyri-yaşayış sahəsində aparılmış söküntü və yenidən qurma işləri qanunvericiliyin tələblərinə uyğun aparıldığına dair ekspert qarşısında suallar qoymuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/917 nömrəli Ekspert Rəyinin nəticə hissəsində qeyd edilmişdir: İiş materiallarında olan, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023- cü il tarixli 10/917 nömrəli Ekspert Bakı şəhəri Yasamal rayonu, 5'35-ci məhəllə, H.Cavid prospekti 22 ünvanında yerləşən 4 mərtəbəli yaşayış binasının zirzəmi (qeyri-yaşayış) hissəsində baxış zamanı binanın yarımzirzəmi mərtəbəsin bir hissəsində təqribən 30-35 sm hündürlükdə torpaq qatının çıxardılaraq mərtəbə hündürlüyünün artırılması müşahidə edildi. Qazılmış sahədə qalmış mövcud torpaq kütləsi binanın bünövrəsindən üst səviyyədə yerləşir. Yarımzirzəmi mərtəbəsinin hündürlüyü h=3,0 metr təşkil edir. Torpaq qatı çıxarılan sahələrdə əsas yükdaşıyan divarların perimetri boyunca hündürlüyü 45-50 sm, qalınlığı isə 10-15 sm olmaqla monolit dəmir-beton divarların gücləndirmə tədbirləri görülmüşdür. Baxış zamanı binanın əsas yükdaşıyan konstruksiyalarında və sonradan gücləndirmə tədbirləri görülmüş sahələrdə çat, deformasiya və aşınmalar müşahidə edilmədi. Qərardadın üçüncü sualı ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri Yasamal rayonu, 535-ci məhəllə, H.Cavid prospekti 22 ünvanında yerləşən 4 mərtəbəli yaşayış binasının zirzəmi (qeyri-yaşayış) hissəsində hərhansı konstruksiyasında dəyişiklər edilmədiyi və aparılmış təmir işləri cari təmir işlərinə aid olduğundan, həmin görülmüş tikinti işləri tikinti norma və qaydalarına uyğun aparıldığı müəyyən olunur. Qərardadın dördüncü sualı ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin mütəxəssis rəyinə əsasən, ünvan 8 ünvanda yerləşən yaşayış binasının əsas yükdaşıyan konstruksiyalarında və sonradan gücləndirmə tədbirləri görülmüş sahələrdə çat, deformasiya və aşınmalar müşahidə edilmədi. Eyni zamanda tədqiq olunan ünvanda yerləşən yaşayış binasının yarımzirzəmi mərtəbəsi texniki cəhətdən işlək vəziyyətdədir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Aqentliyinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi iş materiallarına əlavə edilmişdir. Mütəxəssis rəyi ekspertin rəyi ilə eynilik təşkil etmişdir. Hazırkı mübahisəyə münasibətdə məhkəmə həmin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edilmiş və qeyd olunan rəylərdən (ekspert və mütəxəssis) müəyyən edilir ki, tikinti obyekti də aparılmış təmirbərpa işləri şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmamışdır. Göründüyü kimi, qeyri-yaşayış sahəsində təmir-işlərinin başa çatdırılmamasmda mənim təqsiri olmamışdır. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Cavabdehlər və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəmə iclasına dəvət edilmişlər, lakin onlar məhkəmə iclasında iştirak (nümayəndəsinin iştirakını təmin etməmiş) etməmiş və bunun səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə ilkin iddia üzrə iddiaçı tərəfin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. İlkin iddia tələbinə münasibətdə məhkəmə qeyd edir: İş materiallarında olan İddiaçı (icarəyə verən) ilə Cavabdeh1 (icarəçi) arasında bağlanmış və 19 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən rəsmiləşdirilmiş 21 aprel 2022-ci il tarixli «İcarə Müqaviləsi»nə əsasən icarəyə verən icarəçiyə Bakı şəhəri Yasamal rayonu, 535-ci məhəllə, Hüseyn Cavid prospekti 22 ünvanında yerləşən ümumi sahəsi 200.8 kv metr olan qeyri-yaşayış sahəsini icarəyə verməyi, icarəçi isə aylıq 300 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı (icarəyə verən) ilə Cavabdeh1 (icarəçi) arasında bağlanmış 21 aprel 2022-ci il tarixli «İcarə Müqaviləsi»nə əsasən icarəyə verən icarəçiyə Bakı şəhəri Yasamal rayonu, 535-ci məhəllə, Hüseyn Cavid prospekti 22 ünvanında yerləşən ümumi sahəsi 200.8 kv metr olan qeyri-yaşayış sahəsini icarəyə verməyi, icarəçi isə aylıq 300 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İlkin iddia tələbinin məzmunundan görünür ki, iddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliyinin yerinə yetirilməməsinə istinad edərək, ödənilməmiş icarə haqqını və eyni zamanda ona dəymiş zərərin əvəzini tələb edir. AR Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386-cı maddəsinə əsaslanaraq hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 684.2-ci maddəsinə əsasən kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. 685.1-ci maddəsinə əsasən Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. 692.2-ci maddəsinə əsasən kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda 700.1-ci icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə işin faktiki hallarını yuxarıda göstərilən maddi hüquq normalarına istinadən yoxlayaraq qeyd edir ki, tərəflər icarə müqaviləsi bağlayaraq əmlak kirayəsi müqaviləsindən irəli gələn öhdəliklərlə yüklü edilmişlər. İcarəyə verən öhdəliyini yerinə yetirərək, icarə obyektini icarəçiyə təhvil vermişdir. İcarəçi isə müqavilə ilə şərtləşdirilmiş qaydada icarə haqqını ödəməkdən yayınmışdır. Bundan başqa işin hallarından müəyyən olunur ki, qeyri-yaşayış sahəsi icarəyə verilərkən təmirli və istifadəyə yararlı halda olmuşdur. Lakin icarəçi sahəni öz zövqünə uyğun olaraq təmir etdirməyə başlamış, daha sonra isə təmir işlərini yarımçıq qoymuşdur. İcarəçi bununla da icarəyə götürmüş olduğu qeyri-yaşayış sahəsini yararsız hala salmışdır. Belə ki, icarə obyekti icarəçiyə istifadəyə yararlı halda verilmiş, lakin icarəçinin öz istəyi ilə tikinti-söküntü işləri aparılmağa başlanmışdır. Həmin işlər icarəçi tərəfindən yarımçıq saxlanılmış və qeyri-yaşayış sahəsi icarəçi tərəfindən yararsız hala salınmaqla icarəyə verənə qaytarılmışdır. Məhkəmə tərəfindən qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətə qaytarılması üçün tələb olunan vəsaitinin müəyyənləşdirilməsi üçün iş üzrə ekspertiza təyin olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyun 2024-cü il tarixli rəyində qeyd edilir ki, Bakı şəhəri, Yasamal rayonu, 535-ci məhəllə, Hüseyn Cavid prospekti 22 ünvanında yerləşən qeyri-yaşayış sahəsində aparılmalı müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyəri 1 kv.m sahəyə təqribən 300 manat dəyərində vəsaitinin sərf olunduğunu nəzərə alaraq qeyri-yaşayış sahəsində aparılmalı təmir işlərinin ümumi dəyəri 60,240 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yekun nəticəyə gələrək qeyd edir ki, iddiaçıya dəymiş zərərin aradan qaldırılması üçün 60,240 manat və 7,200 manat icarə haqqı Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, İcarə müqaviləsinin 3-cü və 5-ci bəndlərinə əsasən icarə müddəti xx.xx.2024-cü il tarixədək və icarə haqqı aylıq 300 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda 24 ay üçün aylıq 300 manat icarə haqqı hesablanmaqla 7,200 manat icarə haqqı Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinə digər Cavabdeh2 cavabdehliyinə münasibətdə isə məhkəmə qeyd edir ki, tələb ona münasibətdə əsassızdır. Belə ki, İcarə müqaviləsi Cavabdeh1la İddiaçı arasında bağlanmış və onlara münasibətdə öhdəliklər yaratmışdır. Cavabdeh2 isə tərəflər arasında yaranmış hazırki mübahisəyə aiddiyyəti müəyyən edilməmişdir. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir: İddiaçı ərizəsində qeyd edir ki, əmlakdan istifadə ondan asılı olmayan səbəblərdən, icarəyə verənin təqsiri ucbatından mümkün olmamışdır. Əks halda o, qeyri-yaşayış sahəsindən istifadə etməklə fayda əldə edəcək və müqavilə üzrə öhdəliyini yerinə yetirəcəkdi. Onun tərəfindən qeyri-yaşayış sahəsində yaxılaşdırma işləri aparılmışdır və bu səbəbdən həmin işlərin dəyərinin əvəzi cavabdehdən tutulmalıdır. İş materiallarında olan: Bakı İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixli Qərarının surətindən görünür ki, iddiaçı Yasamal rayon İcra Hakimiyyətinin cavadeh İddiaçı qarşı (üçüncü şəxs Cavabdeh1 oğu) “binanın əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddiası əsassız hesab edilmişdir. Həmin iş üzrə keçirilmiş ekspert rəyində qeyd edilir ki, binanın əsas yükdaşıyan konstruksiyalarında və sonradan gücləndirmə tədbirləri görülmüş sahələrdə çat, deformasiya və aşınmalar müşahidə edilməmişdir. Təmir-tikinti işlərinin tikinti normaqaydalarına uyğun aparıldığı müəyyən olunur. Mülki Məcəllənin: 677.1-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin predmeti olan əşyanın bu Məcəllənin 676-cı maddəsinin tələblərinə uyğun gəlməməsi kirayəçiyə hüquqi müdafiə vasitələrini tətbiq etmək hüququ verir. 677.2-ci maddəsinə əsasən əgər kirayəyə götürülən əşyanın müqaviləyə uyğunsuzluğu kirayəçiyə müqavilə bağlanarkən məlum olmuşsa, o bu Məcəllənin 677.1ci maddəsində müəyyənləşdirilmiş hüquqlardan istifadə edə bilməz. 680.2-ci maddəsinə əsasən kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. 1087.1-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. 1089.1-ci maddəsinə əsasən icraçı işləri aparması gedişində qəsdən və ya ehtiyatsızlıq üzündən vurulan zərərin kompensasiyası üçün sahibkar qarşısında məsuliyyət daşıyır. 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Məhkəmə qeyd edir ki, Yasamal rayon İcra Hakimiyyətinin Cavabdeh1 3-cü şəxs qismində cəlb edilməklə İddiaçı qarşı qaldırmış olduğu tələblə bağlı iddiaçı müvəqqəti olaraq sahədən istifadə edə bilmədiyinə istinad edir. Lakin iş materiallarından görünür ki, həmin tələb əsassız hesab edilmişdir. Həmin vaxtdan isə icarə müqaviləsinin qüvvədən düşmə vaxtına kimi 1il müddətə yaxın vaxt qalmasına baxmayaraq icarəçi başladığı təmirtikinti işlərini davam etdirməyərək, qeyri-yaşayış sahəsini istifadəyə yararsız hala salmışdır. İcarəçinin yalnız o halda icarə obyektinə xərcləmiş olduğu vəsaiti icarəyə verəndən tələb etmək hüququ var ki, həmin vəsaitlə obyektdə gördüyü işlər yaxşılaşdırma işləri olsun, həmin işlər nəticəsində qeyri-yaşayış sahəsinin cari vəziyyəti dəyişdirilərək daha yaxşı vəziyyətə gətirilsin. Hazırki işdə isə bu hal müşahidə olunmur. Bundan başqa eyni zamanda qeyri-yaşayış sahəsindən icarə müqaviləsi üzrə istifadəyə icarəyə verən tərəfindən icarəçiyə başqa heç bir maneçiliklər yaradılmamışdır. İddiaçı Cavabdeh1 iddiasında ona yaranmış maneələrin İddiaçı və ətrafı tərəfindən yaradıldığını göstərsə də, iş materialları ilə bu hal öz təsdiqini tapmır. Əksinə işin məhkəmədə baxılması müddətində S.Kərimovun nümayəndəsi-vəkilinin izahatından da görünmüşdür ki, icarəyə verən hazırki vaxtda da icarə münasibətlərinin davam etdirilməsində maraqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış icarə münasibətləri icarəçinin təqsiri ucbatından davam etdirilmədiyindən və icarəçi bu münasibətlərin davam etdirilməsindən qəsdən yayındığından onun hazırki tələbi əsassızdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, ilkin iddia tələbi qismən təmin olduğu, qarşılıqlı iddia tələbi təmin olunmadığı halda isə, ilkin iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 345,85 manat dövlət rüsumunun 180 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qarşılıqlı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət büdcəsi onun özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. 67,440 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutulub İddiaçı ödənilsin. İlkin iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 180 manat hissəsi Cavabdeh1 tutulub İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin. xx.xx.2024-cü il tarixli ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi isə Cavabdeh1 tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** X1 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ********************, hesab AZ34CTRE********************, S.W.İ.F.T. Bik:CTREAZ22) köçürülsün Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar