Məhkəmə qərarları › İş №e-2(009)-1196/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1196/2022

31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1196/2022 31.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 aprel 2021-ci il tarixli, 303136-CNS-21376 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən istehlak məqsədilə illik 22 faiz hesablanması şərti ilə 48 ay müddətində 1.900 manat məbləğində kredit verilmişdir. 21.02.2022-ci il tarixli maliyə arayışına əsasən borclu şəxs üzərinə götürdüyü kredit ödəliklərini 09.07.2021-ci il tarixdən icra etmiş və nəticədə cavabdehin Banka 1.849,44 manat məblğində əsas borc, 284,82 manat məbləğində faiz borcu, 279,60 manat məbləğində cərimə borcu, ümumilikdə isə 2.413,86 manat məbləğində borcu qalmışdır. Borclu Cavabdeh 02.09.2021-ci il və 04.10.2022-ci il taixinə yaranmış borcu barədə pretenziya məktubu göndərilmişdir. 21.10.2021-ci il tarixli hesabdan çıxarışa əsasən 1.900 manat məbləğində Cavabdeh Mehman oğluna kredit verilişdir. 20.09.2021-ci il tarixli maps arayışına əsasən Cavabdeh Səbail rayon Buxra küç, Ö/T148 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Göstərilənləri nəzərə alaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 aprel 2021-ci il tarixli, 303136-CNS-21376 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 21.02.2022-ci il tarixə banka borcu olduğu 1.849,44 manat məbləğində əsas borcu, 284,82 manat məbləğində faiz borcu, 279,60 manat cərimə borcu, ümumilikdə isə 2.413,86 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 44.14 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 aprel 2021-cu il tarixli, 303136-CNS- 21376 saylı “Nağd pul krediti müqaviləsi”nin kserosurətindən görünür ki, Bank Cavabdeh illik 22% faiz hesablanması şərti ilə 48 ay müddətinə 1.900 manat məbləğində istehlak məqsədi ilə kredit xətti açılmışdır. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş 21.02.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 21.02.2022-ci il tarixə banka 1849,44 manat əsas, 284,82 manat faiz, 279,60 manat cərimə, cəmi 2413,86 manat borcu yaranmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 09 aprel 2021-cu il tarixli, 303136-CNS-21376 saylı saylı kredit xətti müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh illik 22% dərəcəsi olmaq şərti ilə 48 ay müddətində 1.900 manat məbləğində kredit xətti açılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun 1849,44 manat əsas, 284,82 manat faiz, 279,60 manat cərimə borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən müqavilə üzrə ödənilməmiş qalmış 1849,44 manat əsas, 284,82 manat faiz, 279,60 manat cərimə, cəmi 2413,86 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 44,14 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 09 aprel 2021-cu il tarixli, 303136-CNS-21376 saylı kredit müqaviləsi üzrə 21.02.2021-ci il tarixə yaranmış 1849,44 manat əsas, 284,82 manat faiz, 279,60 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 44.14 manat, cəmi 2.458 (iki min dörd yüz əlli səkkiz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar