Məhkəmə qərarları › İş №e-2(009)-1200/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1200/2025

02.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1200/2025 02.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçılar X1 və X2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə istifadə hüququnun tanınması və mənzildən istifadə hüququna maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar X3 və X4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə istifadə hüququnun tanınması və mənzildən istifadə hüququna maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. AR MPM-nin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması,tikintinin,qurğunun,torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İddiaçıların irəli sürdüyü tələblərdən görünür ki, həmin tələblər Xətai rayonu ərazisində yerləşən daşınmaz əmlaka - mənzillə bağlıdır. Yəni iddiaçılar həm mənzilə istifadə hüququnun tanınması, həm də maneənin aradan qaldırlması barədə tələb irəli sürmüşlər. Hakim qeyd edir ki, hazırki tələb daşınmaz əmlaka hüquqların tanınması və maneələrin aradan qaldırılması ilə bağlı olduğundan və mübahisəli mənzil Xətai rayonunda yerləşdiyindən, hazırki iddia tələbinə Səbail rayon Məhkəməsində baxıla bilməz. Hakim izah edir ki, iddiaçının irəli sürdüyü tələbin taleyi mübahisə obyekti olan daşınmaz əmlakın yerində müayinəsindən, həmin əmlaka, habelə daşımalara dair sənədlərin vaxtında toplanmasından, şahidlərin hamısının cəlb edilərək dindirilməsindən və ekspertizanın keçirilməsindən asılı ola bilər ki, bu hərəkətlər mübahisəli daşınmaz əmlakın yerləşdiyi yerdə daha uğurla həyata keçirilə bilər. Digər tərəfdən hazırkı işə mübahisəli daşınmaz əmlakın yerləşdiyi rayonun məhkəməsində baxılması, iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə icrasının daha asan ola biləcəyi mülahizəsindən də doğur. Beləliklə hakim hesab edir ki, iddia ərizəsi aidiyyatı üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından və iddiaçı tərəfindən verilmiş ərizənin AR MPM-nin 39-cu maddələrində nəzərdə tutulmuş aidiyyət qaydalarına uyğun olaraq daşınmaz əmlakın yerləşdiyi rayon məhkəməsinə aid olması müəyyən edildiyindən, iddia ərizəsi geri qaytarılmalıdır. AR MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim eyni zamanda qeyd edir ki, məhkəmənin elektron sistemi vasitəsilə göndərilən iddia ərizəsi yalnız iddiaçılardan biri tərəfindən (İddiaçı) imzalanmışdır. İddia ərizəsinə isə həmin iddiaçının digər iddiaçının adından ərizəni imzalanma səlahiyyəti verən etibarnamə əlavə edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İş aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından iddiaçılar X1 və X2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə istifadə hüququnun tanınması və mənzildən istifadə hüququna maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar