Məhkəmə qərarları › İş №e-2(009)-1201/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1201/2025

16.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1201/2025 16.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs Maraqlı şəxs iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Neft Şı̇ rkətı̇ nin Nəqlı̇ yyat İdarəsı̇ nə qarşı (Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməklə) “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Neft Şı̇ rkətı̇ nin Nəqlı̇ yyat İdarəsı̇ nə qarşı (Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməklə) “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Nəqliyyat İdarəsindən 72636,12 (yetmiş iki min altı yüz otuz altı manat on iki qəpik) manat avtomobilə dəymiş ziyan, 500 (beş yüz) manat qüsur aktının tərtibi üçün ödənilmiş pul, cəmi 73136,12 (yetmiş üç min yüz otuz altı manat, on iki qəpik) və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 310 manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə 2022-ci il istehsal tarixli, **-TF-*** dövlət qeydiyyat nişanlı, «Mitsubishi Outlander minik» markalı avtomobil İddiaçı adına qeydiyyatdan keçmişdir. - Azərbaycan Respiblikası DİN-nin Binəqədi RPİnin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Roman Xəlilov tərətindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli «Cinayət təqibinin həyata keçirilməsinə xitam verilməsi haqqında» Qərardan görünür ki, ....xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Maraqlı şəxs Müzəf ər oğlu yol vərəqəsi əsasında ibarə etdiyi SOCAR Nəqliyyat İdarəsinə məxsusMercedes Benz 4140 markalı **-JE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Binəqədi-Balaxanı şossesi ilə Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunun yaxınlığında üzü Balaxanı dairəsi istiqamətində iki istiqamətli bir zolaqlı yolda düzünə hərəkətdə olan zaman araməsafəsini tənzimləyə bilmədiyənə görə yolun hərəkət hissəsində tıxacda dayanmış «Mitsubishi Outlander minik» markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq zəncirvari qəza törətməsi nəticəsində Hundai Accent markalı, **-NV-*** dövlət nömrə nişanlı, Chevrolet Nexia markalı **-AX-*** dövlət qeydiyyat nişanlı və Hundai Avante markalı, **-YH-*** dövlət qeydiyyat nişanlı avtomobillərə də maddi ziyan dəyməsinə səbəb olmuşdur. Həmçinin baş vermiş yol-nəqliyyat hadisəsi zamanı «Mitsubishi Outlander minik» markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qisimində əyləşmiş X3 YÜNGÜL dərəcli, İddiaçı isə AĞİR dərəcəli, Hundai Accent markalı, **-NV- *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X1 dərəcəsi təyin olunmayan bədən xəsarətləri aldıqları məlum olmuşdur. Lakin yol nəqliyyat hadisəsi faxtı əsasında toplanmış material üzrə aparılmış araşdırma müddətindən AĞİR dərəcəli bədən xəsarəti almış İddiaçı Maraqlı şəxs ilə barışdığını nəzərə alaraq sonuncu barəsində aparılan cinayət təqibinə xitam verilmiş, qərarın surəti sürücü Maraqlı şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi məqsədi ilə icra olunması üçün Binəqədi RPİ-nin DYPŞ-nə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, Mİ-166824 nömrəli "xxxx" MMC tərəfindən verilmiş qüsur aktından görünür ki, 2022-ci il istehsal tarixli, **-TF-*** dövlət qeydiyyat nişanlı, «Mitsubishi Outlander minik» markalı avtomobilin əvvəlki vəziyyətinin bərpası üçün 75614.03 manat məbləğ müəyyən edilmişdir. - Qəbzdən görünür ki, avtomobilə dəyən ziyanın müəyyən edilməsi məqsədilə qüsur aktının tərtib edilməsi üçün 500 (beş yüz) manat ödəniş edilmişdir. - İcbari sığortaya qanunvericiliyin tələbinə uyğun olaraq "xxxx" tərəfindən xx.xx.2024-cü il tarixdə baş vermiş sığorta hadisəsinə görə mülkiyyətimdən olan **-TF-*** dövlət qeydiyyat nişanlı, «Mitsubishi Outlander minik» markalı avtomobil dəyən zərərə görə azadolma məbləği çıxıldıqdan sonra 2750 manat sığorta ödənişi edilmişdir. - xx.xx.2025-ci il tarixli Pretenziya məkubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Nəqliyyat İdarəsindən 5 (beş) gün müddətində avtomobilə dəymiş 72864,03 (yetmiş iki min səkkiz yüz altmış dörd manat üç qəpik) manat ziyanın ödənilməsi xahiş edilmişdir. - Xəbərnamədən görünür ki, pretenziya məkubu xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Nəqliyyat İdarəsi tərəfindən imzalanmaqla qəbul edilmişdir. - Qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün 310 manat dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, Maraqlı şəxs SOCAR Nəqliyyat İdarəsinin işçisi olmaqla sonucu tərəfindən verilmiş yol vərəqəsi əsasında Mercedes Benz 4140 markalı **-JE-*** dövlət qeydiyyat nişanlı yük maşınını idarə edərkən yol nəqliyyat hadisəsi törətdiyindən SOCAR Nəqliyyat İdarəsi hüquqi şəxs olaraq öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Hesab edirik ki, tələb üzrə cavabdeh olan şəxs müəyyən edildiyindən digər atydınlaşdırılmalı məsələ iddiaçıya məxsus avtomobilə dəyən zərərin məbləğinin müəyyən edilməsidir. Hamıya bəlli olduğu kimi, “Mitsubishi” markalı avtomobillərin ən keyfiyyətli və real bazar qiymətlərinə uyğun təmiri "xxxx" MMC-də həyata keçirilir. Belə ki, "xxxx" MMC 2006-cı ildən etibarən Azərbaycanda «Mitsubishi Motors» şirkətinin rəsmi və səlahiyyətli dileridir. İddiaçıya məxsus avtomobilə dəyən ziyanın müəyyən edilməsi məqsədilə "xxxx" MMC-yə müraciət edilmiş və MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli, Mİ-166824 nömrəli qüsur aktından görünür ki, 2022-ci il istehsal tarixli, **-TF- *** dövlət qeydiyyat nişanlı, «Mitsubishi Outlander minik» markalı avtomobilin əvvəlki vəziyyətinin bərpasıüçün 75614.03 manat məbləğ müəyyən edilmişdir. Həmçinin qüsur aktın tərtib edilməsi üçün iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına 500 manat ödəniş edilmişdir. Avtomobilə dəymiş ziyanın 2977,91 (iki min yeddi yüz əlli) manatı "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmiş və qalan 72636,12 (yetmiş iki min altı yüz otuz altı manat on iki qəpik) manat ziyanın isə ödənilməmiş qalmaqdadır. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli Pretenziya məkubu göndərilmiş, pretenziya məkubu xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Nəqliyyat İdarəsi tərəfindən qəbul edilmiş olsa da hər hansı ödəniş edilməmiş, ümumiyyətlə münasibət bildirilməmişdir. Ona görə də hesab edirik ki, avtomobilə dəymiş ziyanın ödənilməmiş 72636,12 (yetmiş iki min altı yüz otuz altı manat on iki qəpik) manat hissəsi, həmçinin qüsur aktının tərtibi üçün iddiaçı tərəfindən ödənilmiş 500 (beş yüz) manat pul, ümumilikdə 73136,12 manat SOCAR Nəqliyyat İdarəsindən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya etiraz edərək bildirdi ki, hadisə baş vermişdir, lakin dəymiş zərərin həcmi real deyil, ona görə etiraz edir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Maraqlı şəxs bildirmişdir ki, belə bir hadisə baş vermişdir. Həmin vaxt ondan dəymiş zərərin əvəzi olaraq 15000 manat istəmişlər. Hazırda tələb edilən məbləğ çox yüksəkdir. Ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, Mitsubishi markalı **-TF- *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin dəyəri və görülən işlərin ümumi dəyəri, ümumilikdə 75614,03 manat müəyyən edilmişdir. - Cinayət təqibinin həyata keçirilməsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, xx.xx.1961-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi ev 9, mənzil 1də qeydiyyatda olan və yaşayan Maraqlı şəxs barəsində cinayət təqibinin həyata keçirilməsinə xitam verilmiş, qərarın sürəti, sürücü Maraqlı şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi məqsədi ilə icra olunması üçün Binəqədi RPİnin DYPŞ-nə göndərilmişdir. - "xxxx" MMC-nin 08 sentyabr 2025-ci il tarixli ƏEM/S 23-516/25 nömrəli ekspert rəyindən görünür ki, Mitsubishi markalı **-TF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində dəyişdirilməli olan və təmir edilməli olan hissələr (detallar), həmin hissələrə aid görüləcək işlər (xidmətlər) "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli qüsur aktında düzgün qeyd olunsa da dəyişdirilməli olan və təmir edilməli olan hissələrin (detalların) və həmin hissələrə aid görüləcək işlərin (xidmətlərin) dəyəri düzgün hesablanmamışdır. Göstərilən hissələrin (detalların) və həmin hissələrə aid görülməli olan (görülmüş) işlərin (xidmətlərin) dəyəri 52362.0 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Maraqlı şəxs Müzəf ər oğlu yol vərəqəsi əsasında ibarə etdiyi SOCAR Nəqliyyat İdarəsinə məxsus Mercedes Benz 4140 markalı **-JE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Binəqədi-Balaxanı şossesi ilə Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunun yaxınlığında üzü Balaxanı dairəsi istiqamətində iki istiqamətli bir zolaqlı yolda düzünə hərəkətdə olan zaman araməsafəsini tənzimləyə bilmədiyənə görə yolun hərəkət hissəsində tıxacda dayanmış «Mitsubishi Outlander minik» markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq zəncirvari qəza törətməsi nəticəsində Hundai Accent markalı, **-NV-*** dövlət nömrə nişanlı, Chevrolet Nexia markalı **-AX-*** dövlət qeydiyyat nişanlı və Hundai Avante markalı, **-YH-*** dövlət qeydiyyat nişanlı avtomobillərə də maddi ziyan dəyməsinə səbəb olmuşdur. Yol nəqliyyat hadisəsi faktı əsasında toplanmış material üzrə aparılmış araşdırma müddətindən ağır dərəcəli bədən xəsarəti almış İddiaçı Maraqlı şəxs ilə barışdığını nəzərə alaraq sonuncu barəsində aparılan cinayət təqibinə xitam verilmiş, qərarın surəti sürücü Maraqlı şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi məqsədi ilə icra olunması üçün Binəqədi RPİ-nin DYPŞ-nə göndərilmişdir. İddiaçı cavabdehin işçisinin qanunsuz və hüquqazidd əməli nəticəsində ona maddi zərər yetirilməsinə baxmayaraq zərəri ödəmədiyi üçün hazırki iddia tələbi ilə müraciət edərək cavabdehdən ona məxsus “Mitsubishi” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yetirilmiş maddi zərərin əvəzinin ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, işin araşdırılmış hallarına əsasən iddiaçının nəqliyyat vasitəsinə cavabdehin işçisinin qanunsuz hərəkəti nəticəsində zərər dəyməsi işin mübahisəsiz halıdır. Məhkəmə, iddia tələbinin maddi zərərin ödənilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır. - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqə – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2022-ci il tarixdə Qərara almışdır ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Həmin Qərarda göstərilmişdir ki, “istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəblinəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır.” Qərarda həmçinin göstərilmişdir ki, “İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəbli-nəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür.” Mübahisənin mahiyyəti üzrə düzgün həll olunması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə ekspertizası tədqiqatının nəticəsi üzrə qəbul olunmuş "xxxx" MMC-nin 08 sentyabr 2025-ci il tarixli ƏEM/S 23-516/25 nömrəli ekspert rəyindən görünür ki, Mitsubishi markalı **-TF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində dəyişdirilməli olan və təmir edilməli olan hissələr (detallar), həmin hissələrə aid görüləcək işlər (xidmətlər) "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli qüsur aktında düzgün qeyd olunsa da, dəyişdirilməli olan və təmir edilməli olan hissələrin (detalların) və həmin hissələrə aid görüləcək işlərin (xidmətlərin) dəyəri düzgün hesablanmamışdır. Göstərilən hissələrin (detalların) və həmin hissələrə aid görülməli olan (görülmüş) işlərin (xidmətlərin) dəyəri 52.362.0 manat təşkil edir. Məhkəmə qeyd edilən mütəxəssis rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, rəylə razılaşmamaq üçün heç bir əsas yoxdur. Məhkəmə, qanunvericiliyin tələbini və yuxarıda göstərilən Plenum Qərarındakı hüquqi mövqeni nəzərə alaraq, eləcə də təqdim edilmiş sübutları tədqiq edərək, iddiaçıya məxsus olan “Mitsubishi” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə cavabdehin işçisi tərəfindən zərər vurulmasını nəzərə alıb belə qənaətə gəlir ki, vurulmuş zərərin əvəzi olaraq cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Neft Şı̇ rkətı̇ nin Nəqlı̇ yyat İdarəsı̇ ndən İddiaçı xeyrinə 52.362 manat məbləğində pul vəsaiti tutulmalıdır. İddia tələbinin “500 (beş yüz) manat qüsur aktının tərtibi üçün ödənilmiş pulun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, qüsur aktı iddiaçı tərəfindən könüllü olaraq əldə edilmiş və qeyd edilən məbləğ ödənilmişdir, buna görə də məhkəmə hissədə iddianın təmin edilməsinini məqsədə müvafiq hesab etmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Neft Şı̇ rkətı̇ nin Nəqlı̇ yyat İdarəsı̇ ndən 52.362 (əlli iki min üç yüz altmış iki) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 247.09 (iki yüz qırx yeddi manat doqquz qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməli, "xxxx" MMC tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 350 (üç yüz əlli) manatın 200 (iki yüz) manatı cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Neft Şı̇ rkətı̇ nin Nəqlı̇ yyat İdarəsı̇ ndən, 150 (bir yüz əlli) manatı İddiaçı tutularaq "xxxx" MMC-nin (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ********************, bank: "xxxx" ASC, VÖEN: **********, M.h: AZ03NABZ**********000002944, Kod: 805711, S.W.İ.F.T: İBAZAZ2X) hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Neft Şı̇ rkətı̇ nin Nəqlı̇ yyat İdarəsı̇ ndən 52.362 (əlli iki min üç yüz altmış iki) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 247.09 (iki yüz qırx yeddi manat doqquz qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. "xxxx" MMC tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 350 (üç yüz əlli) manatın 200 (iki yüz) manatı cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Neft Şı̇ rkətı̇ nin Nəqlı̇ yyat İdarəsı̇ ndən, 150 (bir yüz əlli) manatı İddiaçı tutularaq "xxxx" MMC-nin (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ********************, bank: "xxxx" ASC, VÖEN: **********, M.h: AZ03NABZ**********000002944, Kod: 805711, S.W.İ.F.T: İBAZAZ2X) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar