Məhkəmə qərarları › İş №e-2(009)-1209/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1209/2023

13.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1209/2023 13.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehu nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı - Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(103)-2940/2020 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh hər ay hər uşağa görə 130 (yüz otuz) manat sabit pul məbləğində tutulan alimentin miqdarının dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat, cəmi 660 (altı yüz altmış) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o, iş üzrə Cavabdeh ilə 04 iyun 2007-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuş və onların birgə nikahdan 12 avqust 2007-ci il təvəllüdlü X12, 28 may 2010-cu il təvəllüdlü X13, 29 avqust 2016-cı il təvəllüdlü X14 doğulmuşdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli 2(009)-2492/2019 saylı qətnaməsinə əsasən iddiaçı tərəf olaraq onun Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanması və aliment tələbinə dair" iddia ərizəsi təmin edilərək, tərəflər arasında bağlanmış nikahın pozulması, 12 avqust 2007-ci il təvəllüdlü X12, 28 may 2010-cu il təvəllüdlü X13, 29 avqust 2016-cı il təvəllüdlü X5 ananın himayəsində saxlanması və 12 avqust 2007-ci il təvəllüdlü X12, 28 may 2010-cu il təvəllüdlü X13, 29 avqust 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 20 avqust 2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli 2(009)-2492/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2020-ci il tarixli 2(103)-2940/2020 saylı qətnaməsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli 2(009)-2492/2020 saylı qətnaməsi aliment məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2016cı il təvəllüdlü X14 anası X4 yanında saxlanılması və xx.xx.2019-cu il tarixindən etibarən uşaqlar yetkinlik yaşına çatana qədər hər ay hər uşaq üçün 130 (yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, hüquqlarını müdafiə etdiyi şəxs X6 ödənilməsi qərara alınmışdır. Aşağıda göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(103)-2940/2020 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2016cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh hər ay hər uşağa görə 130 (yüz otuz) manat sabit pul məbləğində tutulan alimentin miqdarının dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat, cəmi 660 (altı yüz altmış) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X6 verilməsi barədə qətnamə çıxarılması zəruridir. İddiaçı tərəf ilkin mediasıya sessiyasında iştirak etmiş, cavabdeh tərəf mediasiya sessiyasında iştirak etməmişdir. Hazırki iddia ərizəsinə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmçinin bildirmişdir ki, cavabdehin 219,41 manat əmək haqqı alması barədə dəlili əsassızdır. Belə ki, hər ay tutulmalı olan aliment məbləğindən əlavə əvvəlki dövr üçün yaranmış aliment borcunun hissə- hissə ödənilməsi barədə tərəflər arasında razılıq əldə edilmiş və aliment məbləği ilə yanaşı borc məbləği də əlavə olmaqla hər ay iddiaçının hesabına cavabdehin iş yerindən, yəni əmək haqqından tutulmaqla 512 manat aliment ödənilir. Etirazın dəlilləri: Məhkəmə iclasında iştirak etmiş Cavabdehu nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etiraz edərək göstərmişdir ki, o, cavabdehin rəsmi gəlirləri barədə məlumatı təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2020ci il tarixli 2(103)-2940/2020 saylı qətnaməsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli 2(009)-2492/2020 saylı qətnaməsi ilə tutulan 480 manat aliment məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 130 (yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdır. İş materiallarında olan əlavə edilmiş Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 510925 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X12 adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan əlavə edilmiş Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 510924 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X13 adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan əlavə edilmiş 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 582775 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2016-ci il təvəllüdlü X14 adlı uşaqları anadan olmuşdur. İş materiallarında əlavə edilmiş Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 353280 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X2 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən nikahlarına xx.xx.2020-ci il tarixində xitam verilmişdir. Cavabdeh bank hesabından çıxarışdan görünür ki, xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində hər ay hesaba əmək haqqı qismində 219,41 manat pul vəsaiti daxil olmuşdur. X4 bank hesabından çıxarışdan görünür ki, hazırda hər ay hesaba aliment qismində 512 manat Baş Dövlət Yol Polisi İdarəsindən daxil edilir. İş materiallarında əlavə edilmiş 3 saylı Bakı Asan xidmət Mərkəzinin qeydiyyat şöbəsin tərəfindən verilmiş AZ-İİ seriyalı 556479 nömrəli nikahın haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X3 xx.xx.2023-cü il tarixində nikaha daxil olmuşlar. Əsaslandırıcı hissə: Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2020-ci il tarixli 2(103)-2940/2020 saylı qətnaməsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli 2(009)-2492/2020 saylı qətnaməsi ilə tutulan 480 manat aliment məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 130 (yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdır. Tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X14 iddiaçının himayəsindədirlər və uşaqların saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği onların artan tələbatlarını ödəmək üçün kifayət etmir. Həmçinin müəyyən edilmişdir ki, X4 bank hesabından çıxarışdan görünür ki, hazırda hər ay hesaba aliment qismində 512 manat Baş Dövlət Yol Polisi İdarəsindən daxil edilir. Cavabdeh X3 ilə xx.xx.2023-cü il tarixində nikaha daxil olmuşlar. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Göründüyü kimi məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən təqdim edilmiş Cavabdeh bank hesabından çıxarışda xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində hər ay hesaba əmək haqqı qismində 219,41 manat pul vəsaiti daxil olması müəyyən edilsə də, iddiaçı tərəfindən X4 bank hesabından çıxarışdan görünür ki, hazırda hər ay hesaba aliment qismində 512 manat Baş Dövlət Yol Polisi İdarəsindən daxil edilir. Bundan başqa, o da müəyyən edilmişdir ki, Cavabdeh X3 ilə xx.xx.2023-cü il tarixində nikaha daxil olmuşlar. Alimentin miqdarını müəyyən edərkən məhkəmə alimentin tutulmasına dair qətnamənin çıxarılmasından müəyyən müddət keçməsini, hazırkı dövrədək müddət ərzində yaşayış səviyyəsinin müəyyən dərəcədə artmasını, uşaqların mənafeyini, onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının zəruriliyini, respublikada 2023-cü il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, eyni zamanda hər iki tərəfin ailə və maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin uşaqları xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşaq üçün sabit pul məbləğində 165 (bir yüz altmış beş) manat olmaqla, cəmi 495 (dörd yüz doxsan beş) manat sabit pul məbləğində alimentin tutulması məqsədəuyğundur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. (9.1) Məhkəmə iddianın qismən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 32,6 (otuz iki manat altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-2940/2020 saylı qətnaməsi əsasında Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində tutulan 130 (bir yüz otuz) manat alimentin həcmi artırılaraq hər uşaq üçün 165 (bir yüz altmış beşi) manat sabit pul məbləğində müəyyən edilməli, birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün sabit pul məbləğində 165 (bir yüz altmış beş) manat olmaqla, cəmi 495 (dörd yüz doxsan beş) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaqlar yetkinlik yaşına çatanadək) İddiaçı ödənilməli, eləcə də Cavabdeh 32,6 (otuz iki manat altmış qəpik) dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-2940/2020 saylı qətnaməsi əsasında Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində tutulan 130 (bir yüz otuz) manat alimentin həcmi artırılaraq hər uşaq üçün 165 (bir yüz altmış beşi) manat sabit pul məbləğində müəyyən edilsin, birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün sabit pul məbləğində 165 (bir yüz altmış beş) manat olmaqla, cəmi 495 (dörd yüz doxsan beş) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaqlar yetkinlik yaşına çatanadək) İddiaçı ödənilsin. Cavabdeh 32,6 (otuz iki manat altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar