Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1224/2023 21.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi İddiaçı və cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddiası üzrə mülki işə 21 iyul 2023-cü il tarixdə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30,000 manat borcun və 180 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı cavabdehə 2020-ci ilin aprel ayında 60.000 manat borc pul vermişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh borcdan 20.000 manat, 2022-ci ilin may ayına kimi isə hissə-hissə 10.000 manat olmaqla, ümumilikdə 30.000 manat pulu iddiaçıya qaytarmışdır. Hazırda 30.000 manat borcu qalmışdır. İddiaçı cavabdehdən qalan borcunun ödənilməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə bugünə qədər borcunu ödəməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddia ərizəsində yazılanlarla razılaşmayaraq iddia tələbinin təmin olunmaması xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, tərəflər arasında iddiaçı tərəfindən cavabdehə borc verilməsini təsdiq edən heç bir yazılı müqavilə mövcud deyildir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. 07 iyul 2023-cü il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında şahid qismində dindirilən X2 bildirmişdir ki, iddiaçının qızı, cavabdehin keçmiş həyat yoldaşıdır. O, cavabdeh ilə nikaha daxil olanda ev almaqları üçün cavabdeh onun atasında borc pul istəmişdir. İddiaçı isə 60,000 manat məbləğində cavabdehə borc pul vermişdir. Ötən il ərzində cavabdeh həmin borcdan cəmi 30,000 manat məbləğində pulu iddiaçıya qaytarmışdır. 07 iyul 2023-cü il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında şahid qismində dindirilən X2 bildirmişdir ki, X1 bildirmişdir ki, iddiaçının qaynatasıdır. Cavabdeh onun nəvəsi ilə nikaha daxil olarkən ev almaq üçün iddiaçıdan borc pul istəmişdir. İddiaçı isə bundan sonra cavabdehə qaytarmaq şərtilə 60,000 manat borc pul vermişdir. Pulun verilməsində şəxsən o, özü də iştirak etmişdir. İş materiallarında olan iddiaçı ilə cavabdeh arasında olan vatsap yazışmalarından görünür ki, iddiaçı cavabdehdən 30,000 manat borcunun qaytarılmasını tələb edir, cavabdeh isə cavabında pulu olmadığı, ancaq məhkəmə qərarından sonra pulu qaytaracağını bildirir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının qızı ilə nikaha daxil olarkən özünə mənzil almaq üçün iddiaçından 60,000 manat borc pul almışdır. Bundan sonra cavabdeh müxtəlif dövrlərdə həmin borcdan 30,000 manat hissəni iddiaçıya geri qaytarmış, lakin qalan 30,000 manat borcu isə indiyə kimi cavabdehə geri qaytarmamışdır. Bununla tərəflər arasında razılaşdırılmış şifahi borc müqaviləsindən yaranmış öhdəlik Cavabdeh tərəfindən yerinə yetirilməmiş, borc alan 60,000 manat məbləğində pul vəsaitini tam həcmdə olmaqla borc verən İddiaçı qaytarmamışdır. Mülki Məcəllənin: 386-cı maddəsinə əsaslanaraq hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıya qaytarmalı olduğu 60,000 manat borcu qaytarmaq öhdəliyini tam yerinə yetirmədiyi üçün, həmin məbləğdən qalan 30,000 manat borc ondan tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə həmçinin tələbin ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia təmin olunduğundan məhkəmə xərclərinə aid edilən dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 30,000 manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilsin. 180 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-1224/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1224/2023
21.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver