Məhkəmə qərarları › İş №e-2(009)-1226/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1226/2022

17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1226/2022 17.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X1, İddiaçı ASC-nin - Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC - Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 105GTKR3506051AA saylı kredit müqaviləsinə əsasən 3077.79 (üç min yetmiş yeddi manat yetmiş doqquz qəpik) əsas borc və 701.12 (yeddi yüz bir manat on iki qəpik) faiz borcu olmaqla, cəmi 3778.91 (üç min yeddi yüz yetmiş səkkiz manat doxsan bir qəpik) manat məbləğində borcun, xx.xx.2018-ci il tarixli, **********01944105 saylı kartına dair müqaviləyə əsasən 69.51 (altmış doqquz manat əlli bir qəpik) manat əsas borc və 15.39 (on beş manat otuz doqquz) manat faiz borcu olmaqla, cəmi 84.9 (səksən dörd manat doxsan qəpik) manat borcun və ödənilmiş 58.63 (əlli səkkiz manat altmış üç qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 105GTKR3506051AA saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 27.34 faiz dərəcəsi ilə 5200 manat məbləğində, həmçinin xx.xx.2018-ci il tarixli, **********01944105 saylı kredit kartına dair müqaviləyə əsasən ona 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli, 105GTKR3506051AA saylı kredit müqaviləsinə əsasən 3077.79 (üç min yetmiş yeddi manat yetmiş doqquz qəpik) əsas borc və 701.12 (yeddi yüz bir manat on iki qəpik) faiz borcu olmaqla, cəmi 3778.91 (üç min yeddi yüz yetmiş səkkiz manat doxsan bir qəpik) manat məbləğində borcun, xx.xx.2018-ci il tarixli, **********01944105 saylı kartına dair müqaviləyə əsasən 69.51 (altmış doqquz manat əlli bir qəpik) manat əsas borc və 15.39 (on beş manat otuz doqquz) manat faiz borcu olmaqla, cəmi 84.9 (səksən dörd manat doxsan qəpik) manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 105GTKR3506051AA saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 27.34 faiz dərəcəsi ilə 5200 manat məbləğində, həmçinin xx.xx.2018-ci il tarixli, **********01944105 saylı kredit kartına dair müqaviləyə əsasən ona 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli, 105GTKR3506051AA saylı kredit müqaviləsinə əsasən 3077.79 (üç min yetmiş yeddi manat yetmiş doqquz qəpik) əsas borc və 701.12 (yeddi yüz bir manat on iki qəpik) faiz borcu olmaqla, cəmi 3778.91 (üç min yeddi yüz yetmiş səkkiz manat doxsan bir qəpik) manat məbləğində borcun, xx.xx.2018-ci il tarixli, **********01944105 saylı kartına dair müqaviləyə əsasən 69.51 (altmış doqquz manat əlli bir qəpik) manat əsas borc və 15.39 (on beş manat otuz doqquz) manat faiz borcu olmaqla, cəmi 84.9 (səksən dörd manat doxsan qəpik) manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə və xx.xx.2018-ci il tarixli kredit kartı müqaviləsinə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən İddiaçı ASC qarşısında məsuliyyətcavabdehlik daşıyır. Belə olan halda İddiaçı ASC-nin məhkəmə qaydasında Cavabdeh xx.xx.2019-cu il tarixli, 105GTKR3506051AA saylı kredit müqaviləsinə əsasən 3077.79 (üç min yetmiş yeddi manat yetmiş doqquz qəpik) əsas borc və 701.12 (yeddi yüz bir manat on iki qəpik) faiz borcu olmaqla, cəmi 3778.91 (üç min yeddi yüz yetmiş səkkiz manat doxsan bir qəpik) manat məbləğində borcun, xx.xx.2018-ci il tarixli, **********01944105 saylı kartına dair müqaviləyə əsasən 69.51 (altmış doqquz manat əlli bir qəpik) manat əsas borc və 15.39 (on beş manat otuz doqquz) manat faiz borcu olmaqla, cəmi 84.9 (səksən dörd manat doxsan qəpik) manat borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 58.63 (əlli səkkiz manat altmış üç qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, 105GTKR3506051AA saylı kredit müqaviləsinə əsasən 3077.79 (üç min yetmiş yeddi manat yetmiş doqquz qəpik) əsas borc və 701.12 (yeddi yüz bir manat on iki qəpik) faiz borcu olmaqla, cəmi 3778.91 (üç min yeddi yüz yetmiş səkkiz manat doxsan bir qəpik) manat məbləğində borc, xx.xx.2018-ci il tarixli, **********01944105 saylı kartına dair müqaviləyə əsasən 69.51 (altmış doqquz manat əlli bir qəpik) manat əsas borc və 15.39 (on beş manat otuz doqquz) manat faiz borcu olmaqla, cəmi 84.9 (səksən dörd manat doxsan qəpik) manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58.63 (əlli səkkiz manat altmış üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-230, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 105GTKR3506051AA saylı kredit müqaviləsinə əsasən 3077.79 (üç min yetmiş yeddi manat yetmiş doqquz qəpik) əsas borc və 701.12 (yeddi yüz bir manat on iki qəpik) faiz borcu olmaqla, cəmi 3778.91 (üç min yeddi yüz yetmiş səkkiz manat doxsan bir qəpik) manat məbləğində borc, xx.xx.2018-ci il tarixli, **********01944105 saylı kartına dair müqaviləyə əsasən 69.51 (altmış doqquz manat əlli bir qəpik) manat əsas borc və 15.39 (on beş manat otuz doqquz) manat faiz borcu olmaqla, cəmi 84.9 (səksən dörd manat doxsan qəpik) manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58.63 (əlli səkkiz manat altmış üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar