Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1262/2025 01.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin - Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC - Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə xx.xx.2024-cü il tarixli BPM**********61 kredit müqaviləsinə əsasən 10000 manat əsas borc, 1738,33 manat faiz borcu olmaqla, cəmi 11738.33 manat, kredit xətti üzrə 999.78 manat əsas, 215 faiz borcu olmaqla, cəmi 1215.39 manat kredit borcunun tutulması, həmcinin, iddia ərizəsi üçün ödənilmiş 128.86 AZN dövlət rüsumu və 0,4 AZN qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: "xxxx" ASC-nin Sabunçu filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BPM**********261 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 ay müddətinə, illik 14.9 faiz dərəcəsi ilə hesablanmaqla 10000 manat məbləğində kredit kart verilmişdir. Eyni zamanda "xxxx" ASC-nin Sabunçu filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BPM**********261 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 35 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 1000 manat məbləğində kredit xətti ayrılmışdır. Borclu Cavabdeh kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. Filial tərəfindən verilmiş maliyyə arayışlarına əsasən Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə kredit müqaviləsi üzrə banka borcu 10000 manat əsas, 1738.33 manat faiz borcu olmaqla, cəmi 11738.33 manat, kredit xətti üzrə 999.78 manat əsas, 215.61 manat faiz borcu olmaqla, cəmi 1215.39 manat borc təşkil edir. Beləliklə, Cavabdehu kreditlərin vaxtında qaytarılması haqqında tərəflərindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditlərə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 128.86 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh sonuncu rəsmi qeydiyyatda olduğu yer üzrə xx.xx.2025-ci il tarixində 6-2-22/2-12146/2025 saylı xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli BPM**********61 nömrəli, kredit müqaviləsindən görünür ki, Bank borcluya 36 ay müddətinə, illik 14.9 faiz dərəcəsi ilə hesablanmaqla 10000 manat məbləğində kredit kart verilmişdir. - "xxxx" ASC-nin Sabunçu filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BPM**********261 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 35 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 1000 manat məbləğində kredit xətti ayrılmışdır. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC-nin Sabunçu filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BPM**********261 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 ay müddətinə, illik 14.9 faiz dərəcəsi ilə hesablanmaqla 10000 manat məbləğində kredit kart verilmişdir. Eyni zamanda "xxxx" ASC-nin Sabunçu filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BPM**********261 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 35 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 1000 manat məbləğində kredit xətti ayrılmış, lakin Cavabdeh müqavilərinin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmış, nəticədə Cavabdeh 10000 (on min) manat əsas borc və 1738,33 (bir min yeddi yüz otuz səkkiz manat otuz üç qəpik) manat faiz borcu olmaqla, cəmi 11738,33 (on bir min yeddi yüz otuz səkkiz manat otuz üç qəpik) manat məbləğində borc, kredit xətti üzrə 999,78 (doqquz yüz doxsan doqquz manat yetmiş səkkiz qəpik) manat əsas borc və 215,61 (iki yüz on beş manat altmış bir qəpik) manat faiz borcu olmaqla, cəmi 1215,39 (bir min iki yüz on beş manat otuz doqquz qəpik) manat məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh "xxxx" ASC ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda Bankın məhkəmə qaydasında kredit müqaviləsi ləğv edilməklə Cavabdeh oğlundan 10000 (on min) manat əsas borc və 1738,33 (bir min yeddi yüz otuz səkkiz manat otuz üç qəpik) manat faiz borcu olmaqla, cəmi 11738,33 (on bir min yeddi yüz otuz səkkiz manat otuz üç qəpik) manat məbləğində borc, kredit xətti üzrə 999,78 (doqquz yüz doxsan doqquz manat yetmiş səkkiz qəpik) manat əsas borc və 215,61 (iki yüz on beş manat altmış bir qəpik) manat faiz borcu olmaqla, cəmi 1215,39 (bir min iki yüz on beş manat otuz doqquz qəpik) manat məbləğində borcunun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 10.000 (on min) manat əsas borc və 1738,33 (bir min yeddi yüz otuz səkkiz manat otuz üç qəpik) manat faiz borcu olmaqla, cəmi 11.738,33 (on bir min yeddi yüz otuz səkkiz manat otuz üç qəpik) manat məbləğində borc, kredit xətti üzrə 999,78 (doqquz yüz doxsan doqquz manat yetmiş səkkiz qəpik) manat əsas borc və 215,61 (iki yüz on beş manat altmış bir qəpik) manat faiz borcu olmaqla, cəmi 1.215,39 (bir min iki yüz on beş manat otuz doqquz qəpik) manat məbləğində borc və ödənilmiş 128,86 (bir yüz iyirmi səkkiz manat səksən altı qəpik) manat dövlət rüsumu və 0,40 (sıfır manat qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10.000 (on min) manat əsas borc və 1.738,33 (bir min yeddi yüz otuz səkkiz manat otuz üç qəpik) manat faiz borcu olmaqla, cəmi 11.738,33 (on bir min yeddi yüz otuz səkkiz manat otuz üç qəpik) manat məbləğində borc, kredit xətti üzrə 999,78 (doqquz yüz doxsan doqquz manat yetmiş səkkiz qəpik) manat əsas borc və 215,61 (iki yüz on beş manat altmış bir qəpik) manat faiz borcu olmaqla, cəmi 1.215,39 (bir min iki yüz on beş manat otuz doqquz qəpik) manat məbləğində borc və ödənilmiş 128,86 (bir yüz iyirmi səkkiz manat səksən altı qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1262/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1262/2025
01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver