Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1277/2023 19.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddia ərizəsi üzrə, həmçinin Cavabdeh İddiaçınə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, əmlak tələbinə dair qarşılıqlı iddia ərizəsi mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24.480 manat pul tutularaq İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçınə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, əmlak tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsində sadalanan əmlakların İddiaçı tərəfindən Cavabdeh naturada təhvil verilməsi, sadalanan əşyaların naturada təhvil verilməsi mümkün olmadıqda həmin əşyaların dəyərinin əvəzi olan cəmi 37202 manatın, eləcə də qarşılıqlı iddia üzrə iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olan 202 manatın İddiaçındən tutularaq Cavabdeh xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həm ilkin iddia tələbi üzrə iddiaçnın etibarnamə əsasında nümayəndəsi Vəkil1, həm qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, tərəflərin məhkəmədən kənar razılığa gəldiyini və bu səbəbdən qaldırılan iddia tələblərindən imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Ərizəçilər AR MPM-262.4-cü maddəsinin tələblərinin onlara izah olunub aydın olmasını qeyd etmişlər. Məhkəmə hesab edir ki, ərizələr təmin edilməli, mülki işin icraatına ilkin və qarşılıqlı iddia tələbəri üzrə iddiaçıların iddiadan imtina etməsi ilə əlaqədar xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən şin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, iş üzrə icraata xitam verilməsi hüquq və azadlıqların və ya qanuni mənafeyin müdafiəsi üçün məhkəməyə müraciət etmiş şəxsin həmin iş üzrə məhkəmə müdafiəsi hüququnun olmaması, itirilməsi və ya bu hüquqa xitam verilməsi ilə əlaqədar məhkəmənin mülki işə baxılması üzrə prosessual fəaliyyətinin qətnamə çıxarılmadan başa çatdırılmasıdır. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmədə mülki işin başlanılması üçün əsas olan iddianın verilməsi iddiaçının birtərəfli iradə ifadəsi olduğu üçün, həmin iddia üzrə mülki işin davam etdirilməsi də bir qayda olaraq iddiaçının belə bir arzusunun olmasından asılıdır. İddiaçının iddiadan imtina etməsi onun iddiasına əsasən başlanılmış işin məhkəmə icraatını davam etdirmək arzusunun olmadığını təsdiq edir. İddianın verilməsi kimi iddiadan imtina da iddiaçının hüququdur. İddiaçı iddiadan imtina etməklə irəli sürdüyü tələbin məhkəmədə müdafiəsi hüququndan da imtina edir. Məhz bu səbəbdən qanunvericilik iddiadan imtinanın məhkəmə tərəfindən qəbul olunmasını həmin iddiaya əsasən başlanılmış mülki işin icraatına xitam verilməsini prosessual hüquqi əsası kimi müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflərin məhkəmədən kənar razılığa gəldiyi və bu səbəbdən qaldırdıqları iddia tələblərindən (ilkin və qarşılıqlı) imtina etmələri qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, məhkəmə tərəfindən qəbul edilməli və işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 261.0.4 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddia ərizəsi üzrə, həmçinin Cavabdeh İddiaçınə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, əmlak tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işin icraatına ilkin iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsinin və vəkili B.X.Məmmədovun iddiadan imtina etməsi ilə əlaqədar xitam verilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1277/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1277/2023
19.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver