Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1282/2023 22.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ASC-nin – Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı ASC – Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 79574 (yetmiş doqquz min beş yüz yetmiş dörd) manat, faiz borcu üzrə 3268.20 (üç miniki yüz altmış səkkiz.20) manat, dəbbə pulu 45.34 (qırz beş.34) manat, cəmi 82887.54 (səksən iki min səkkiz yüz yeddi manat.54) manat borcun və ödənilmiş 339 (üç yüz otuz doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tələbin girov predmeti olan ümumi çəkisi 1403.5 qram olan qızıl zinət əşyalarına yönəldilməsi, qızıl zinət əşyalarının açıq hərracdan satılması və əmlakın satılması nəticəsində əldə edilmiş vəsait hesabına İddiaçı ASC-yə olan 82887.54 (səksən iki min səkkiz yüz səksən yeddi.54) manat məbləğində borcun və ödənilmiş 339 (üç yüz otuz doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı ASC ilə Cavabdeh arasında 16 mart 2023-cü il tarixində LB/23/070/000190 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh 36 (otuz altı) ay müddətinə, illik 21% (iyirmi bir) hesablanmaqla 79574 (yetmiş doqquz min beş yüz yetmiş dörd) manat məbləğində kredit verilmişdir. Bundan başqa, əsas öhdəliyin icrasının təmini məqsədilə İddiaçı ASC ilə Cavabdeh arasında 16 mart 2023-cü il tarixində G-LB/23/070/000190 saylı Girov müqaviləsi bağlanmışdır. Girov müqaviləsinə əsasən, Cavabdeh mülkiyyətində olan ümumi çəkisi 1403.5 qram olan qızıl-zinət əşyaları girov predmeti kimi göstərilmişdir. Lakin cavabdeh tərəfindən 16 mart 2023-cü il tarixli LB/23/070/000190 saylı Kredit müqaviləsinin şərtləri pozularaq, öhdəliklər icra edilmir. Belə ki, PROG802/23 saylı 26 may 2023-cü il tarixli maliyyə arayışına əsasən, cavabdehin İddiaçı ASC-yə əsas borcu 79574 (yetmiş doqquz min beş yüz yetmiş dörd) manat, faiz borcu 5564.88 (beş min beş yüz altmış dörd.88) manat, dəbbə pulu 391.17 (üç yüz doxsan bir.17) manat, ümumilikdə 85530.05 (səksən beş min beş yüz otuz.05) manat təşkil edir. Yuxanda göstərilənləri və AR MPM-nin 53-cü maddəsini rəhbər tutaraq, iddia ərizəsinin "Xahiş edirik" hissəsinin “- Cavabdeh əsas borcu 79574 (yetmiş doqquz min beş yüz yetmiş dörd) manat, faiz borcu 5564.88 (beş min beş yüz altmış dörd.88) manat, dəbbə pulu 391.17 (üç yüz doxsan bir.17) manat, ümumilikdə 85530.05 (səksən beş min beş yüz otuz.05) manat təşkil edir. İddiaçı 19 iyul 2023-cü il tarixdə məhkəməyə “iddia tələbinin artırılması” barədə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr" tələbinə dair e- 2(009)-1282/2023 saylı mülki iş məhkəmənin icraatındadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. xx.xx.2023-cü il tarixli PRG834/23 saylı maliyyə arayışa əsasən, xx.xx.2023-cü il tarixli LB/23/070/000190 saylı Kredit Müqaviləsi üzrə cavabdehlərin "xxxx" ASC-yə əsas borcu 79574 (yetmiş doqquz min beş yüz yetmiş dörd) manat, faiz borcu 5564.88 (beş min beş yüz altmış dörd.88) manat, dəbbə pulu 391.17 (üç yüz doxsan bir.17) manat, ümumilikdə 85530.05 (səksən beş min beş yüz otuz.05) manat təşkil edir. Yuxanda göstərilənləri və AR MPM-nin 53-cü maddəsini rəhbər tutaraq, iddia ərizəsinin "Xahiş edirik" hissəsinin “- Cavabdeh əsas borcu 79574 (yetmiş doqquz min beş yüz yetmiş dörd) manat, faiz borcu 5564.88 (beş min beş yüz altmış dörd.88) manat, dəbbə pulu 391.17 (üç yüz doxsan bir.17) manat, ümumilikdə 85530.05 (səksən beş min beş yüz otuz.05) manat məbləğində borcun və ödənilmiş 339 (üç yüz otuz doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələbin girov predmeti olan ümumi çəkisi 1403.5 qram olan qızıl zinət əşyalarına yönəldilməsi, qızıl zinət əşyalarının açıq hərracdan satılması və əmlakın satılması nəticəsində əldə edilmiş vəsait hesabına "xxxx" ASC-yə olan 85530.05 (səksən beş min beş yüz otuz.05) manat borcun və 339 (üç yüz otuz doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edəsiniz” qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Etirazın dəlilləri: Cavabdeh məhkəməyə iddiya etiraz ünvanlayaraq göstərmişdir ki, səhhəti ilə bağlı ayın 23-28 tarix aralığında əməliyyat olacaqdır. Onun məhkəmədə iştirak etdə bilməsinə imkan olmayacaq. Xahiş edir ki, onun iştirakı olmadan məhkəmə baxışı həyata keçirilməsin. Bank tərəfindən aldadılmışdır. Qızıllarını bankdan 21% adı ilə gətirib hər ay 56% ilə ödədiyi pulları %-ə çıxmışlar. Atası yeni vəfat etmişdir. Onkoloji xəstə idi. Ondan istifadə olunub. 6 ailənin qızılları ordadır. Vətəndaşlar tələb edir. Rəsmi iş yerilə hədələyirlər. Bank bütün ödənişləri narahat olma deyib %-ə tutmuşdur. Bu ilin yanvarında problemli şöbədə ona yaxın olan adamı gördü və əlində 1000 manat aparmışdır. Ona başa salmışdır ki, hamısı bankın xeyrinə tutulsun və o, onda anlamışdır ki, aldadılıb. Əməliyyatdan sonra sənədi təqdim edəcəkdir. Hal-hazırda analıq məzuniyyətindədir. Yazıb bildirmişdir ki, iyun ayında əməliyyat olmuşdur. Rekvizitləri ərizəsinə əlavə edir. Himayəsində yeni doğulmuş körpə var. Əməliyyat yeri tam sağalmayıb. Evdən çıxmasına həkim icazə vermir. Körpəsini qoymağa adam yoxdur. Tək anası var o da səhhətilə bağlı övladını etibar edə bilmir. Yaşlı qadındır. Əlavə olaraq bildirmişdir ki, onun bankdan şikayəti var 21% qızıldan götürüb atasının onkoloji xəstə olduğuna başı ona qarışmışdır. Ödənişi 56% hesablayıb siliblər hamısını %-lərə. Ayda neçə min ödənilib. Onun iştirakı olmadan baxılmasına etiraz edir. Səhhəti tam düzəlsin özü iştirak edib hüquqlarının bərpasını Muğan bankdan tələb edəcəkdir. Cavabdeh məhkəməyə ərizə yazaraq bildirmişdir ki, səhhətində yaranmış problemlə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Məhkəmə cavabdehin iştirakının təmin edilməsi üçün məhkəmə iclasını bir neçə dəfə təxirə salsa da, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib belə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında əlavə edilmiş 16 mart 2023-cü il tarixli LB/23/070/000190 nömrəli Kredit Müqaviləsindən görünür ki, Bank borcluya 36 ay müddətinə, illik 21 faiz hesablanmaqla 79574 (yetmiş doqquz min beş yüz yetmiş dörd) manat məbləğində kredit vermişdir. - İddiaçı ASC tərəfindən verilmiş 26 may 2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Muğanbank” ASC ilə Cavabdeh arasında bağlanmış xx-xx-2023-cü il tarixli, LB/23/070/000190 nömrəli Kredit Müqaviləsinə üzrə Cavabdeh xx.xx.2023-cü il tarixinə İddiaçı ASC-yə cəmi borcu 82887.54 (səksən iki min səkkiz yüz yeddi, 54 qəpik) manat, əsas borcu 79574 (yetmiş doqquz min beş yüz yetmiş dörd), faiz borcu üzrə 3268.20 (üç miniki yüz altmış səkkiz, 20 qəpik), dəbbə pulu 45.34 (qırz beş manat 34 qəpik) manat təşkil edir. - İddiaçı ASC tərəfindən verilmiş 13 iyul 2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Muğanbank” ASC ilə Cavabdeh arasında bağlanmış xx-xx-2023-cü il tarixli, LB/23/070/000190 nömrəli Kredit Müqaviləsinə üzrə Cavabdeh İddiaçı ASC-yə cəmi borcu 85.530,05 manat, əsas borcu 79.574, faiz borcu üzrə 5564,88, dəbbə pulu 391,17 manat təşkil edir. - İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 11 may 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, LB/23/070/000190 saylı Kredit müqaviləsi üzrə öhdəliklərini 5 (beş) iş günü ərzində icra etmədiyi halda girov qoyulan qızıl-zinət əşyalarına qanunvericiliyə uyğun olaraq tutma yönəldilməsi barədə xəbərdar olunmuşdur. - İddiaçı ASC-nin 16 mart 2023-cü il tarixli girov qoyulmuş qiymətlilərin dəyərlərinin qiymətləndirmə və təhvil-təslim atından görünür ki, ümumi çəkisi 1403,5 qram olan qızıl girov qoyularaq 79574 AZN kredit verilə verilə bilər. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 mart 2023-cü il tarixli, G-LB/23/070/000190 nömrəli girov müqaviləsindən görünür ki, Cavabdeh qız kredit müqaviləsinin təminatı olaraq çəkisi 1403.5 gr olan qızıl girov qoymuşdur. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 16 mart 2023-cü il tarixində LB/23/070/000190 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh 36 (otuz altı) ay müddətinə, illik 21% (iyirmi bir) hesablanmaqla 79574 (yetmiş doqquz min beş yüz yetmiş dörd) manat məbləğində kredit verilmişdir. Bundan başqa, əsas öhdəliyin icrasının təmini məqsədilə İddiaçı ASC ilə Cavabdeh arasında 16 mart 2023-cü il tarixində G-LB/23/070/000190 saylı Girov müqaviləsi bağlanmış və girov müqaviləsinə əsasən, Cavabdeh mülkiyyətində olan ümumi çəkisi 1403.5 qram olan qızıl-zinət əşyaları girov predmetidir. Lakin, cavabdeh tərəfindən 16 mart 2023-cü il tarixli LB/23/070/000190 saylı Kredit müqaviləsinin şərtləri pozulmuş, öhdəliklər icra edilməmişdir. Belə ki, hazırda cavabdehin İddiaçı ASC-yə əsas borc üzrə 79574 (yetmiş doqquz min beş yüz yetmiş dörd) manat, faiz borcu üzrə 5564.88 (beş min beş yüz altmış dörd manat səksən səkkiz qəpik) manat, dəbbə pulu 391.17 (üç yüz doxsan bir manat on yeddi qəpik) manat, cəmi borcu 85530.05 (səksən beş min beş yüz otuz manat beş qəpik) manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) - 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. - 298.2-ci maddəsinə əsasən, bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. - 298.3-cü maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə həmçinin tələbin girov predmetinə yönəldilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girov ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə tələbin girov ilə yüklü edilmiş göstərilən əmlaka yönəldilməsini və açıq hərracda satılmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda tələbin girov yüklü edilmiş əşyaya yönəldilməsi qaydasını müəyyən edərək qeyd edir ki, iddiaçının tələbinin girov göstərilən daşınar əmlaka yönəldilməsi yüklü edilmiş əşyaların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Odur ki, kredit müqaviləsi üzrə borc tələbi kreditin təminatı kimi göstərilən daşınar əşyaya yönəldilməli və əşya açıq hərracdan satılmalıdır. Məhkəmə hesab edir ki, girov predmeti açıq hərracda satılmalı və həmin əşyaların satılmasından əldə edilən vəsaitdən borc ödənilməli, satışdan əldə olunan vəsaitdən artıq qalan hissəsi girov qoyana qaytarılmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, iddianın verilməsi ilə bağlı İddiaçı ASC tərəfindən 339 (üç yüz otuz doqquz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 mart 2023-cü il tarixdə LB/23/070/000190 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 79574 (yetmiş doqquz min beş yüz yetmiş dörd) manat əsas borc, 5564.88 (beş min beş yüz altmış dörd manat səksən səkkiz qəpik) faiz borcu, 391.17 (üç yüz doxsan bir manat on yeddi qəpik) manat dəbbə pulu olmaqla, cəmi 85530.05 (səksən beş min beş yüz otuz manat beş qəpik) manat borc və ödənilmiş 339 (üç yüz otuz doqquz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, tələb girov predmeti olan ümumi çəkisi 1403.5 qram olan qızıl-zinət əşyalarına yönəldilməli, qızıl-zinət əşyaları açıq hərracda satılmalı və əşyaların satılması nəticəsində əldə edilmiş vəsait hesabına "xxxx" ASC-yə olan 85.530,05 (səksən beş min beş yüz otuz manat beş qəpik) manat borcu ödənilməlidir. Satışdan əldə edilən məbləğ borc məbləğindən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixdə LB/23/070/000190 nömrəli kredit müqaviləsi üzrə 79.574 (yetmiş doqquz min beş yüz yetmiş dörd) manat əsas borc, 5564.88 (beş min beş yüz altmış dörd manat səksən səkkiz qəpik) faiz borcu, 391.17 (üç yüz doxsan bir manat on yeddi qəpik) manat dəbbə pulu olmaqla, cəmi 85.530,05 (səksən beş min beş yüz otuz manat beş qəpik) manat borc və ödənilmiş 339 (üç yüz otuz doqquz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tələb üzrə tutma girov predmeti olan - Cavabdeh məxsus ümumi çəkisi 1403.5 qram olan qızıl-zinət əşyalarına yönəldilsin. Ümumi çəkisi 1403.5 qram olan qızıl-zinət əşyaları açıq hərracdan satılsın və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı ASC-yə olan borc ödənilsin. Satışdan əldə edilən məbləğ borc məbləğindən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun)Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1282/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1282/2023
22.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver