Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1300/2025 26.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC-nin Kaspian filialı ilə cavabdeh – X2 arasında bağlanmış 6 İyul 2023-cü il tarixli, KSNPU-02545 saylı kredit müqaviləsinə əsasən illik 18 % faiz dərəcəsi olmaqla 41 ay müddətinə 3000 manat məbləğində cavabdehə kredit verilmişdir.6 İyul 2023-cü il tarixli, KSNPU-02545 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan ƏliyarliDilarə Emin qızı kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tamvə vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdaredilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 6 İyul 2023-cü il tarixli, KSNPU-02545 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəliəsasında, hər ayın 6-dan gec olmayaraq hər ay 98,5 manat ödənişetməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdimolunan maliyyə arayışına əsasəncavabdeh X1 xx.xx.2023-cü il tarixli, KSNPU02545 saylı kredit müqaviləsi üzrə borcununməbləğiəsas borcuna görə 1931,84 manat, faiz borcuna görə 75,24 manat, dəbbə borcuna görə 129,88 manat, borcun cəmi məbləği 2136,96 manat təşkil edir.Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 6 iyul 2023-cü il tarixli, KSNPU-02545 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1931,84 manat, faiz borcuna görə 75,24 manat, dəbbə borcuna görə 129,88 manat, cəmi 2136,96 manat məbləğində pulun və 42 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçıASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə İddiaçı ASC-nin Kaspian filialı ilə digər tərəfdən Cavabdeh arasında bağlanılmış 6 İyul 2023-cü il tarixli, KSNPU-02545 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 41 ay müddətinə, illik 18%-lə 3000 manat məbləğində kredit verilmişdir. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh 6 İyul 2023-cü il tarixli, KSNPU-02545 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 1931,84 manat, faiz borcuna görə 75,24 manat, 129,88 manat cərimə borcu olmaqla, cəmi 2136,96 manat borcu təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 6 İyul 2023-cü il tarixdə kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 13 ay müddətinə, illik 18%-lə 3000 manat məbləğində kredit verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və banka 1931,84 manat, faiz borcuna görə 75,24 manat, 129,88 manat cərimə borcu olmaqla, cəmi 2136,96 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən müqavilə üzrə ödənilməmiş qalmış 1931,84 manat, faiz borcuna görə 75,24 manat, 129,88 manat cərimə borcu olmaqla, cəmi 2136,96 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 42 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ndan İddiaçı ASC-nin xeyrinə 6 İyul 2023-cü il tarixli, KSNPU-02545 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə yaranmış 1931,84 manat əsas borc, 75,24 manat faiz borcu, 129,88 manat cərimə borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 42 manat, cəmi 2178,96 (iki min yüz yetmiş səkkiz manat, doxsan altı qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1300/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1300/2025
26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver