Məhkəmə qərarları › İş №e-2(009)-1316/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1316/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1316/2024 24.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: "xxxx" ASC ilə Allahverdiyeva Həlməxatın Səfər qızı arasında xx.xx.2021-ci il tarixli BPM**********47 nömrəli tam kart müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Allahverdiyeva Həlməxatın Səfər qızına illik 18 faiz ilə, 36 ay müddətinə 3100 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 165507 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən Allahverdiyeva Həlməxatın Səfər qızı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Naxçıvan MR Şərur rayon 1 saylı Notariat ofisi tərəfindən verilmiş 184 nömrəli məktubdan görünür ki, Allahverdiyeva Həlməxatın Səfər qızının mirası qəbul etmiş vərəsəsi Cavabdeh Şərur rayon 1 saylı Notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən Cavabdeh ünvan 1 ünvanından yerləşən mənzilə dair xx.xx.2022-ci il tarixində 2V-34 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Bankın Naxçıvan filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Allahverdiyeva Həlməxatın Səfər qızının xx.xx.2024-cü ilədək kredit üzrə Banka ödənilməmiş 2537,57 manat əsas borcu qalmışdır. Cavabdeh mərhum Allahverdiyeva Həlməxatın Səfər qızından qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə "xxxx" ASC-yə 2537,57 manat borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 2537,57 manat borcun və 55,41 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırkı mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" ASC ilə cavabdeh Allahverdiyeva Həlməxatın Səfər qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********47 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Allahverdiyeva Həlməxatın Səfər qızına 36 ay kredit müddəti olmaqla, illik 18% dərəcəsi olmaq şərti ilə, 3100 manat məbləğində kredit verilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən borclu Allahverdiyeva Həlməxatın Səfər qızının xx.xx.2024-cü il tarixə banka əsas borc üzrə 2537,57 manat borcu yaranmışdır. İş üzrə Naxçıvan MR Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnaməsinə əsasən Allahverdiyeva Həlməxatın Səfər qızı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 309 nömrə ilə qeyd edilmişdir. İş üzrə Naxçıvan MR Şərur rayon 1 saylı xüsusi notariusu X2 tərəfindən verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə” əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş, Allahverdiyeva Həlməxatın Səfər qızının vərəsələri Bakı şəhəri, Sabunçu rayonu, Pirşağa qəsəbəsi, X3, ev 5 ünvanında qeydiyyatda olan – Cavabdehdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Məhkəmə hazırki tələb üzrə kredit alan Allahverdiyeva Həlməxatın Səfər qızının vərəsəsi Cavabdehlik daşımasına hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. İş materiallarından müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC ilə borclu Allahverdiyeva Həlməxatın Səfər qızı arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən Allahverdiyeva Həlməxatın Səfər qızına 36 ay müddətinə, illik 18% olmaq şərti ilə kredit xətti açılmış, kreditin ilkin limiti 3100 manat müəyyən edilmişdir. İş materiallarından eyni zamanda müəyyən edilmişdir ki, borclu Allahverdiyeva Həlməxatın Səfər qızı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun həmin müqavilə üzrə 2537,57 manat borcu yaranmışdır. İş materiallarından görünür ki, kredit alan Allahverdiyeva Həlməxatın Səfər qızı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir və onun ölümündən sonra Cavabdeh miras qoyan – H.Allahverdiyevanın əmlakına dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. AR Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, AR Mülki Məcəllənin 470, 472, eləcə də 1146 ,1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, Cavabdeh kredit alan və mərhum Allahverdiyeva Həlməxatın Səfər qızının vərəsəsi kimi ondan miras qalmış əmlakı (ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 87,56 kv.m, yaşayış sahəsi 44,08 kv.m, yardımçı sahəsi 43,8 kv.m, 2 otaqlı olan mənzil) qəbul etdiyi üçün və həmin əmlakın dəyəri mərhumun bank qarşısında olan öhdəliyin həcmindən kifayət qədər böyük olduğu üçün, Cavabdeh hazırki tələb üzrə cavabdehlik daşıyan şəxsdir. Bu səbəbdən də iddiaçı hazırki tələblə Cavabdeh qarşı çıxış etməkdə tam haqlı hesab edilməlidir. Beləliklə Cavabdeh kredit müqaviləsi üzrə borclu olan Allahverdiyeva Həlməxatın Səfər qızının öhdəliklərinə görə cavabdehliyi qanunla müəyyən olunduğu üçün və iddiaçı tələbin sahibi kimi həmin borcu cavabdehdən tələb etməkdə tam haqlı olduğun üçün, irəli sürülmüş iddia tələbi əsaslı hesab ediməli və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir. Həmin Məcəllənin399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göstərilən Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilədən yaranan öhdəliklərin növlərindən biri borc müqaviləsindən əmələ gələn öhdəliklərdir. Mülki Məcəllənin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Göstərlən Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Qeyd edilən Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. AR Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən müqavilə üzrə ödənilməmiş qalmış 2537,57 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 55,41 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış 2537,57 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 55,41 manat və 0,40 manat bank xidmət haqqı- cəmi 2593,38 (iki min beş yüz doxsan üç manat otuz səkkiz qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar