Məhkəmə qərarları › İş №e-2(009)-1333/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1333/2023

03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1333/2023 03.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı BOKT ASC-nin – Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı BOKT ASC-nin – Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 025 ÇF-PB-R19 saylı kredit müqaviləsi üzrə cavabdehdən 2500.14 manat əsas borc, 59.44 manat hesablanmış faiz borcu, 4763.63 manat dəbbə pulu olmaqla, cəmi 7323.21 manat kredit borcu və 93.30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı BOKT ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Cavabdeh ilə İddiaçı BOKT ASC arasında xx.xx.2019-cu il tarixli, 025 ÇF-PB-R19 saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq xx.xx.2019-cu il tarixli, 025 ÇF-PB-R19 saylı kredit müqaviləsi üzrə 5 il müddətinə, 1 faizlə, 2646.42 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1.3-cü maddəsinə əsasən Kreditor müştərinin əmlak vəziyyəti pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə güzəştli kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımı qaydada icra edilməzsə borcun qaytarılmasını tələb etmək hüququ vardır. xx.xx.2019-cu il tarixli, 025 ÇF-PB-R19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı BOKT ASC-yə 2500.14 manat əsas borc, 59.44 manat hesablanmış faiz borcu, 4763.63 manat dəbbə pulu olmaqla, cəmi 7323.21 manat borcu vardır. Eyni zamanda nəzərəinizə çatdırırıq ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış əvvəlki problemli kredit müqaviləsi restruktrizasiya edilmiş və cavabdehlə hazırkı müqavilə bağlanmışdır. Təəssüf ki, cavabeh bu müqavilə üzrə də borc öhdəliyini qəsdən icra etməkdən imtina edir. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş verilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul edərək izahatında hal-hazırda maddi imkanı az olduğundan ödəməli olduğu borcun hissə-hissə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 025 ÇF-PB-R19 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC Cavabdeh 5 il müddətinə, 1 faizlə, 2646.42 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı BOKT ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2019-cu il tarixli, 025 ÇF-PB-R19 saylı kredit müqaviləsinə əsasən İddiaçı BOKT ASC-yə 2500.14 (iki min beş yüz manat on dörd qəpik) manat məbləğində əsas borc, 59.44 (əlli doqquz manat qırx dörd qəpik) manat məbləğində faiz borcu, 4763.63 (dörd min yeddi yüz altmış üç manat altmış üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 7323.21 (yeddi min üç yüz iyirmi üç manat iyirmi bir qəpik) manat borcu vardır. İş materiallarında olan İddiaçı BOKT ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdeh Banka olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. Əsaslandırıcı hissə: İş materialları ilə müəyyən olunur ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 025 ÇF-PB-R19 saylı kredit müqaviləsinə əsasən İddiaçı BOKT ASC Cavabdeh 5 il müddətinə, 1 faizlə, 2646.42 (iki min altı yüz qırx altı manat qırx iki qəpik) manat məbləğində kredit vermiş, lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin 2500.14 (iki min beş yüz manat on dörd qəpik) manat məbləğində əsas borc, 59.44 (əlli doqquz manat qırx dörd qəpik) manat məbləğində faiz borcu, 4763.63 (dörd min yeddi yüz altmış üç manat altmış üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 7323.21 (yeddi min üç yüz iyirmi üç manat iyirmi bir qəpik) manat borc yarandığını iddia və tələb edir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. - 741-ci maddəsinə əsasən müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq sürətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, Cavabdeh İddiaçı BOKT ASC ilə kredit müqaviləsi bağlayaraq üzərinə götürülmüş öhdəlikləri icra etməmiş, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda iddiaçının məhkəmə qaydasında Cavabdeh 2500.14 manat məbləğində əsas və 59.44 manat hesablanmış faiz borcunun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddianın “4763.63 (dörd min yeddi yüz altmış üç manat altmış üç qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, kredit müqaviləsindən irəli gələn 2500.14 (iki min beş yüz manat on dörd qəpik) manat məbləğində əsas borcunun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 4763.63 manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 200 manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 2500.14 (iki min beş yüz manat on dörd qəpik) manat məbləğində əsas borc, 53.41 (əlli üç manat qırx bir qəpik) manat faiz borcu, 200 (iki yüz) manat cərimə olmaqla, ümumilikdə 2759.58 (iki min yeddi yüz əlli doqquz manat əlli səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş 93.30 (doxsan üç manat otuz qəpik) manat məbləğində dövlət rüsumunun 30 (otuz) manat hissəsi cavabdehdən tutulmalı, dövlət rüsumunun 63.30 (altmış üç manat otuz qəpik) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2500.14 (iki min beş yüz manat on dörd qəpik) manat məbləğində əsas borc, 53.41 (əlli üç manat qırx bir qəpik) manat faiz, 200 (iki yüz) manat cərimə borcu olmaqla, cəmi 2759.58 (iki min yeddi yüz əlli doqquz manat əlli səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi İddiaçı BOKT ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar