Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1334/2022 19.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə3 3-cü şəxsin nümayəndəsi Nümayəndə4 iştirakları ilə, İddiaçı (3-cü şəxs qismində Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti işə cəlb olunmaqla) cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti cəlb olunmaqla) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin balansında olan Bakı şəhəri, Xətai rayonu, D.Səfərov küçəsi, 7 saylı binanın dam örtüyünün iddiaçıya məxsus “Kia Cerato” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə düşərək yararsız hala düşməsi nəticəsində avtomobilə dəymiş 0531 manat zərərin və ödənilmiş 116 manat dövlət rüsumunun Bakı şəhər İcra Hakimiyyətindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə3 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən İddiaçı qeydiyyatda olmaqla yaşadığı 4 mərtəbəli, 4 girişli, 57 mənzilli yaşayış binası Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla, həmin Birliyin 66 saylı Mənzil-kommunal istismar sahəsinin xidmət dairəsindədir. Qeyd edilən ünvanda yerləşən yaşayış binası Əmlak Məsələləri Dövlət Xidmətinin daşınmaz dövlət əmlakı haqqında Registrində Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında qeydiyyata alınmışdır. Binanın qorunub saxlanılması və idarəçiliyinin həyata keşirilməsi həmin təşkilat tərəfindən təmin edilir. Ona görə də, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti hazırki mülki iş üzrə cavabdeh qismində cəlb edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən, İddiaçı iddia tələbi üzrə istinad olunan halların tam, obyektiv və hərtərəfli araşdarılması məqsədilə Xətai rayonu, Daşqın Səfərov küçəsi, 7 ünvanında yerləşən yaşayış binasının balanssaxlayan təşkilatı Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi olduğundan həmin Birlik cavabdeh qismində işə cəlb edilməlidir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi Nümayəndə4 bildirmişdir ki, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 379 saylı məktubda mübahisələndirilən Bakı şəhəri, Xətai rayonu, Daşqın Səfərov küçəsində yerləşən 7 saylı binanın 7 və 8 saylı mənzillərinin dam örtüyündə 2017-ci ildə uçqun baş verdiyindən həmin il qeyd edilən mənzillərin dam örtüyündə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən təmir işləri aparıldığı qeyd edilmişdir. Xətai Rayon İcra Hakimiyyətinin məhkəməyə təqdim etdiyi həmin məktubda qeyd edilən binanın istismarını həyata keçirən Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tabeliyindəki 66 saylı Mənzilkommunal istismar sahəsinin yanlış və əsassız olaraq verdiyi xx.xx.2022-ci il tarixli, 36 saylı arayışa istinad edərək, qeyd edilən ünvanda yerləşən binanın dam örtüyündə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən 2017-ci ildə təmir işləri aparıldığı göstərilmişdir. Bununla əlaqədar bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinin “Mənzil fondunun əsaslı təmiri ilə bağlı xərclərin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyində olan mənzil-kommunal təsərrüfatı birliklərinin yerli xərclərində nəzərdə tutulması barədə” xx.xx.2015-ci il tarixli 399 saylı Sərəncamına əsasən dövlət büdcəsinin Bakı şəhəri üzrə yerli xərclərinin “Mənzil və kommunal təsərrüfatı” bölməsinin “Mənzil təsərrüfatı” köməkçi bölməsi üzrə “Mənzil fondunun əsaslı təmiri” maddəsinə ayrılan vəsaitin növbəti büdcə ilindən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin strukturunda olan mənzil-kommunal təsərrüfatı birliklərinin yerli xərclərində nəzərdə tutulması göstərilmişdir. Ona görə də, qeyd edilən sərəncama uyğun olaraq, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə mənzil fondunun əsaslı təmiri xərc maddəsi üzrə vəsait ayrılmadığından Departament tərəfindən (və ya sifarişi əsasında) paytaxt ərazisində yerləşən dövlət mənzil fonduna aid yaşayış binalarında, o cümlədən ünvan 1 ünvanında heç bir təmir işləri həyata keçirilməmişdir. Həmin təmir işləri Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən aparılmışdır. Həmin Birlik hüquqi şəxsdir, VÖENİ var, müstəqil balansa məxsusdur. Belə olduğu təqdirdə həmin Birliyin cavabdeh qismində işə cəlb edilməsi məqsədə müvafiqdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin əsl cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə əvəz edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa başqa məhkəmədə baxılmağa verilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin hüquqi ünvanı ünvan 4l qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 45-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 44, 45 və 263-264cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-1334/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1334/2022
19.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver