Məhkəmə qərarları › İş №e-2(009)-1349/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1349/2022

28.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1349/2022 28.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı - Cavabdeh oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından anadan olmuş 16 iyun 2015-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2923/2017 saylı 03 avqust 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq cavabdehin bütün gəlirlərinin ¼ (dörddə bir) hissəsi həcmində müəyyən edilməsi, vəkilə çəkilmiş 150 manat, mediasiya xidmətinə çəkilmiş 52 manat xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdehla 31 may 2014-cü il tarixdə nikaha daxil olmuşdur. Həmin nikahdan 16 iyun 2015-ci il tarixdə X7 adlı oğulları anadan olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2923/2017 saylı, 03 avqust 2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşağın saxlanmasına görə sabit pul məbləğində 137 manat aliment müəyyən edilmişdir. Həmin vaxtdan 5 il keçmiş, istehlak qiymətləri artmış, uşağın saxlanması bahalaşmışdır. Bundan əlavə Cavabdeh “See Breeze” otelində administrator işləməklə yüksək əmək haqqı alır. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, aliment məbləği artırılaraq cavabdehin aylıq gəlirlərinin ¼ (dörddə bir) hissəsi həcmində təyin edilməlidir. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh oğlu və nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilsə də, nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyi səbəbindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 665722 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2923/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia qismən təmin edilərək Cavabdeh oğlu ilə X6 arasında 31 may 2014-cü il tarixdə bağlanmış və həmin tarixdə Bakı şəhəri Səadət Sarayı tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 790 nömrə ilə qeydə alınmış nikah pozulması, nikah pozulduqdan sonra 16 iyun 2016-cı il təvəllüdlü X7 anası X2 yanında saxlanılması, 16 iyun 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh oğlundan 23 may 2017-ci il tarixdən başlayaraq hər ay uşaq üçün 137 (yüz otuz yeddi) manat sabit pul məbləğində aliment tutularaq, X3 ödənilməsi, 16 iyun 2016-cı il təvəllüdlü X5 3 yaşına çatanadək (16 iyun 2019-cu il tarixədək) iddiaçı Gülşən Moralın yaşaması üçün Cavabdeh Sadiq oğlundan əlavə hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməsi, iddiaçı Cavabdeh oğlunun cavabdeh X3 qarşı “azyaşlı uşağın himayəyə verilməsi” tələbinin təmin edilməməsi qət edilmişdir. İşə əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 383685 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh oğlu ilə X6 arasındakı nikah xx.xx.2017-ci il tarixdə pozulmuş, bu barədə nikahın ləğv olunması haqqında akt qeydləri kitabında 193 № ilə qeydiyyat aparılmışdır. Nikah pozulduqdan sonra qadına Məhərrəmova soyadı verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında X4 Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-də işləyir və əmək haqqı 4555,43 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2015-ci il təvəllüdlü X7 iddiaçının – anasının himayəsindədir və uşağın saxlanması üçün cavabdehdən – atasından tutulan alimentin məbləği onun artan tələbatlarını ödəmək üçün kifayət etmir. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Belə olan halda alimentin miqdarı dəyişdirilərkən məhkəmə uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, eyni zamanda tərəflərin maddi və sosial vəziyyətini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən onun qazancının (başqa gəlirlərin) – əmək haqqının ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutulması uşağın mənafeyi baxımından məqsədəuyğundur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 131 (yüz otuz bir) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə iddia tələbinin 150 (yüz əlli) manat məbləğində hüquqi yardıma görə xərclərin əvəzinin ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi yardım üçün 6 saylı vəkil bürosunun hesabına 150 (yüz əlli) manat xidmət haqqı ödəmişdir. Məhkəmə həmçinin iddia tələbinin 52 (əlli iki) manat mediasiya xərcinin tutularaq ona ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya prosesinin keçirilməsi ilə bağlı 52 (əlli iki) manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. (MPM-121.1) Məhkəmə sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, hüquqi xidmət haqqı olan 150 (yüz əlli) manatın 75 (yetmiş beş) manat hissəsi, eləcə də iddiaçı tərəfindən ödənilmiş 52 (əlli iki) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan təmin edilməli, İddiaçı Cavabdeh oğlu ilə birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2923/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında Cavabdeh oğlundan hər ay sabit pul məbləğində tutulan 137 (bir yüz otuz yeddi) manat məbləğində aliment miqdarı dəyişdirilməklə artırılaraq xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh oğlundan hər ay qazancının və başqa gəlirinin ¼ (dörddə bir) hissəsi miqdarında müəyyən edilməli, xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh oğlundan hər ay qazancının və başqa gəlirinin ¼ (dörddə bir) hissəsi miqdarında pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı, eləcə də hüquqi xidmət haqqı olan 150 (bir yüz əlli) manatın 75 (yetmiş beş) manat hissəsi və 52 (əlli iki) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməli, həmçinin Cavabdeh oğlundan 131 (bir yüz otuz bir) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan hər ay sabit pul məbləğində tutulan 137 (bir yüz otuz yeddi) manat məbləğində alimentin miqdarı dəyişdirilməklə artırılaraq xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh oğlundan hər ay qazancının və başqa gəlirinin ¼ (dörddə bir) hissəsi miqdarında müəyyən edilsin, xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh oğlundan hər ay qazancının və başqa gəlirinin ¼ (dörddə bir) hissəsi miqdarında pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş mediasiya xidməti haqqı olan 52 (əlli iki) manat və hüquqi xidmət haqqı olan 150 (bir yüz əlli) manatın 75 (yetmiş beş) manat hissəsi Cavabdeh oğlundan tutularaq iddiaçıya ödənilsin. Cavabdeh oğlundan 131 (bir yüz otuz bir) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar